Azərbaycan, Rusiya və İran martda... - Ermənistan üçün kabus

Azərbaycan, Rusiya və İran martda... - Ermənistan üçün kabus"Fevralın 8-də yüklənmiş 6 vaqondan ibarət birinci test qatarı Rusiyadan dəmiryolla İrana qədər çatdı. Astara (İran) – Astara (Azərbayan) dəmir yolunun bu ilin martında tammiqyaslı işə düşməsi gözlənilir".

Bu fikirlər erməni yazar Sərkis Artsruninin 1in.am saytında dərc olunan məqaləsində yer alıb.

Erməni yazar qeyd edir ki, dəmir yolunun işə düşməsi sayəsində, faktiki olaraq, Rusiya, Azərbaycan və İranın dəmir yolu sistemləri inteqrasiya olur. İranın IRNA informasiya agentliyinə istinad edən yazıda bildirilir ki, Bakı, Moskva və Tehran hazırda sərnişin qatarlarının işə salınması üzrə aktiv danışıqlar aparır.

"İran dəmir yolunun beynəlxalq işlər üzrə baş direktoru Abbas Nəzəri bildirib ki, regionun bütün ölkələri artıq üçtərəfli dəmir yolu proqramı haqqında xəbərdar edilib. O, deyib ki, Avropa ölkələri Astara–Astara dəmir yolu dəhlizinə böyük maraq göstərir, çünki onların malları Fars körfəzi və Hindistana çatdırıla bilər", - Artsruni yazıb.

Müəllif qeyd edir ki, beləliklə, regionda Azərbaycan, İran və Rusiyanın iştirakı ilə yeni perspektivli əməkdaşlıq platforması formalaşır və üç ölkənin prezidentlərinin vaxtaşırı keçirdiyi sammitlərlə güclənir.

"Bu layihədə mərkəzi rolu Azərbaycan oynayır və daha çox Ermənistanın siyasi və iqtisadi təcridinə yönəlib. Bakıda rəsmi dairələr gizlətmirlər ki, "Şimal-Cənub" layihəsi yalnız iqtisadi deyil, həm də siyasi kontekstdə onlar üçün cəzbedicidir, çünki Ermənistan regional əməkdaşlıqdan kənarda saxlanılır. Diqqətəlayiqdir ki, belə qlobal proqramlar mütəmadi olaraq İran üçün Ermənistanın önəmini azaldır və faktiki olaraq Tehran Avropa və Rusiya bazarları çıxışının təminatı üçün alternativlərini Azərbaycan ərazilərində tapır. Son illər ərzində Tehranda dəfələrlə işarə edirdilər ki, onlar Ermənistanı qlobal rabitə layihələrində etibarlı partnyor hesab edirlər. Amma bizim hakimiyyətimizin reaksiyası, yumşaq desək, qeyri-adekvatdır. Tehran isə sonsuz şəkildə İrəvanın Rusiya təzyiqləri nəticəsində yaranan qadağaları keçə biləcəyini gözləyə bilməz".

Müəllif qeyd edir ki, digər tərəfdən isə Ermənistan üçün formalaşan vəziyyət onun Qarabağ siyasətindəki iflasını üzə çıxarır: "Status-kvonun dəstəklənməsi siyasəti, əslində, qeyri-rasionaldır. Belə ki, status-kvo təkcə ön cəbhədə formalaşan balans yox, həmçinin Ermənistan və Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, demoqrafik statistikasının müqayisəsidir. Qarabağ münaqişəsinin mövcudluğu, bağlı sərhədlər Ermənistanın Rusiyadan asılılığını artırır və iqtisadiyyat boğulur. Bu kontekstdə Azərbaycan faktiki olaraq, bütün regional layihələrin əsas aktyoruna çevrilir və bu da iki ölkənin iqtisadiyyatının Ermənistanın xeyrinə olmayan formada qeyri-bərabər inkişafına gətirib çıxarır".

Müəllif qeyd edir ki, Azərbaycana gələn milyardlarla dollar boşaldılan Ermənistan üçün təhlükə olacaq.

"Ermənistan hökumətinin effektiv siyasət göstəriciləri danışıqlar prosesinin uzadılması yox, konfliktin rasional kompromislər əsasında həll edilməsi olmalıdır. Vaxt gözləmir, o, Ermənistana qarşı işləyir. Danışıqlar prosesindən maksimum qazancla çıxmaq üçün vəziyyəti ayıq şəkildə qiymətləndirmək lazımdır", - o yekunlaşdırıb.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2438   Tarix: 12 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021