Eksperdən proqnoz: İlin sonuna qədər...

Eksperdən proqnoz: İlin sonuna qədər...Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 15 faizdən 13 faizə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 18 faizdən 16 faizə, aşağı həddi isə 10 faizdən 8 faizə endirilib.

Nəzərə çatdıraq ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Bütövlükdə MDB-də yalnız Tacikistanda uçot stavkası Azərbaycandan 1 faiz yüksəkdir. Digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir.

Mərkəzi Bank sədri Elman Rüstəmov cari il ərzində uçot dərəcəsinə il ərzində yenə baxılacağını və azaldılma istiqamətində qərar qəbul ediləcəyini bəyan edib.

Qeyd edək ki, faiz dəhlizinin parametrləri AMB-nin İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcək.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli inflyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda, Azərbaycan Mərkəzi Bankının yüksək stavkaya üstünlük verməsinin səbəblərini izah etmək çətindir:

"Azərbaycanda sığortalanan depozit faizləri manatla 15, xarici valyutada isə 3 faiz təşkil etsə də, reallıqda bu rəqəm daha aşağıdır. İnflyasiya səviyyəsi aşağı düşüb. İnflyasiyanın azalması Mərkəzi Bankın uçot dərəcəsinə yenidən baxmasını gündəmə gətirib".

V.Bayramova görə, uçot dərəcəsinin yüksək olması pul-kredit siyasətinin bahalı olmasına şərait yaradır:

"Bahalı kredit siyasətinin yumşaldılması üçün uçot stavkasının endirilməsi mütləq idi. İlkin mərhələdə uçot dərəcəsinin 15 faizdən 12 faizə endirilməsini təklif edirdik. Mərkəzi Bank uçot dərəcəsinin mərhələli şəkildə azaldılmasına baxa bilər.

Bu, 2018-ci ildə inflyasiya dərəcəsindən asılı olacaq. Burada kredit faizləri də rol oynayacaq. Lakin daha məqsədəuyğundur ki, Mərkəzi Bank uçot stavkası ilə kredit faizlərinə təsir göstərsin. Çünki uçot stavkası mərkəzləşdirilmiş kreditlərin bölüşdürülməsi üzrə faiz dərəcəsidir. Uçot stavkasının azaldılması iqtisadiyyata daha ucuz kreditlərin yönəldilməsinə şərait yarada bilər".

V.Bayramov deyir ki, inflyasiya hədəflənən səviyyədə olarsa, ilin sonuna qədər Mərkəzi Bank tərəfindən birrəqəmli uçot dərəcəsinə nail olunacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2766   Tarix: 12 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süni uşaq qidaları bahalaşıb: Sakinlər qiymət artımından narazıdırlar - VİDEO

Süni uşaq qidaları bahalaşıb. Sakinlərin sözlərinə görə, uşaq qidalarında 5-11 manat aralığında bahalaşıb. Əczaçılar isə hesab edirlər ki, qiymət artımı yalnız bahalı süni uşaq qidalarında gözə çarpır. Məsələn, 0-6 aylıq uşaqlar üçün nəzərdə tutulan 800 qramlıq uşaq qidasının qiyməti 98 manatdan 12

4 fevral
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Mikayıl Cabbarov: "Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir"

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib. Bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb. "11 fevral - Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətl

11 fevral
.

Xaricdən gətirilən avtomobillərin gömrük dəyəri 23% artıb – Yeni qiymət

Bu ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dolları dəyərində 6 min 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. -un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 320 dollar (31 min 144 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründ

17 fevral
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu

27 fevral
.

DSX-nin şəxsi heyəti prezident seçkisində fəal iştirak edir - VİDEO

7 fevral tarixində səhər saatlarından şəxsi heyətin Prezident seçkilərində fəal iştirakının təmin edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında yaradılan seçki məntəqələrində səsvermə prosesi başlayıb. Bu barədə DSX-nın mətbuat xidmətindən bildirilib. Seçkilərin yüksək səviyyədə keçirilməs

7 fevral
.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral