İntim videosu yayılan şagirdlərlə bağlı daha bir rəsmi açıqlama
Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan orta məktəb şagirdinin zorakılıq hərəkətlərinə məruz qalması, hər iki yetkinlik yaşına çatmayan şəxsin adı, soyadı və onlar haqqında digər məlumatların təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyi nəzərə alınmadan bu cür məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndirilməklə ictimaiyyəti ciddi narahat edir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, həmin faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-lərdə bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı, ciddi problemlərə yol açır və həmin şəxslərin gələcək həyatlarını ciddi sınaqlarla qarşı-qarşıya qoyur.
Kütləvi informasiya vasitələrində bu qəbildən olan məlumatların ictimailəşdirilməsi milli mənəvi dəyərlərimizə zidd olmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnu, Cinayət Prosessual Məcəlləsinin, eləcə də digər qanunvericilik aktlarının tələblərinin pozuntusu kimi qiymətləndirilir.
Zorakılığa məruz qalan və cinayət hadisələrinin qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanlar haqqında informasiyaların yayımına həssaslıqla yanaşmaları barədə Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri hələ də bundan nəticə çıxarmamışlar.
Göstərilənləri nəzərə alaraq, gələcəkdə yetkinlik yaşına çatmayanlar haqqında məlumatları yayacaqları təqdirdə kütləvi informasiya vasitələrinin redaksiyası, baş redaktoru (redaktoru), yayılmış məlumat və materialların müəllifləri barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcəkdir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2553 Tarix: 13 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşGöytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib (VİDEO)
Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb. Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib. Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir. Son günlər, konkret 20 gün ərzind
29 martAzərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO
Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı
29 martAzərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək
Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin b
29 martOnların təhsilhaqqını dövlət ödəyəcək
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd
29 martBu foto və videoları media subyektinə təqdim edənlər cərimələnəcək
İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin
29 martAzərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali
29 martİsmayıl Tamoyev Bakı həbsxanasında öldü
Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır
29 mart