Azərbaycanda 9 yaşlı oğlan uşağını zorladılar: "Şalvarını soyundurub..."

Azərbaycanda 9 yaşlı oğlan uşağını zorladılar: "Şalvarını soyundurub..."Azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Ramil Məmmədov 2015-ci ilin aprel ayının əvvəllərində yeznəsi Arzuman Məmmədovla sonuncunun sevgilisi İlahənin kirayədə yaşadığı Lənkəran şəhəri, Vaqif küçəsində yerləşən evə gəlib.

İçki məclisi

Onlar həmin evdə yemək yeyib, spirtli içki qəbul ediblər. Sonra Ramil Məmmədov İlahanin azyaşlı oğlu, 2006-cı il təvəllüdlü Eldar Babayev (ad və soyad şərti verilib - red.) ilə cinsi əlaqədə olmaq istəyib.

Bu niyyətlə Ramil Məmmədov Eldar Babayevin qolundan tutub və həmin evin ikinci mərtəbəsində yerləşən yataq otağına gətirib. Yataq otağında Eldar Babayevə onunla bir yerdə yatmağı təklif edib.

Bundan sonra Eldar Babayev onunla birlikdə çarpayıda uzanıb. Həmin vaxt Ramil Məmmədov Eldar Babayevə "yatanda şalvarı çıxardarlar", - deyə bildirib.

Eldar Babayev onun dediklərinin mahiyyətini dərk etmədiyindən şalvarı soyunmağa etiraz etməyib. O, şalvarını soyunaraq yatağa girib.

Azyaşlıya təcavüz

Ramil Məmmədovun özü də soyunub və daha sonra otağın işğını söndərərək yatağa girib. O, yataqda Eldar Babayevi arxadan qucağına alıb və bədənini öpməklə üzü üstə çarpayıya uzadıb. Sonra o, azyaşlıya zor tətbiq edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Ramil Məmmədova Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

"Birlikdə yeyib-içdik"

Təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2015-ci ilin aprel ayında Arzuman və Mübariz adlı şəxslə birlikdə tarixini xatırlamadığı gün İlahənin kirayədə yaşadığı evə gəlib: "İlahə bizim üçün xörək hazırladı. Arzuman və Mübarizlə evin birinci mərtəbəsində oturaraq yeyib-içdik. Həmin vaxt üç nəfərə 1 litr spirtli içki qəbul etdik".

"Mənimlə çarpayıya uzandı"

Ramil Məmmədovun sözlərinə görə, saat 22 radələrində yatmaq məqsədilə evin ikinci mərtəbəsində onun üçün ayrılmış yataq otağına gedib: "Yatmaq məqsədilə çarpayıya uzanarkən İlahənin oğlu Eldar otağa girdi. O, yanıma gələrək, mənimlə çarpayıya uzandı. Razılığı ilə onun şalvarını və alt tumanını çıxardım. Həmin vaxt içkili olduğumdan nə etdiyimi fikirləşmdim. Cinsi ehtirasımı söndürmək üçün Eldarı qucağıma aldım. Onunla qeyri-təbii yolla cinsi əlaqədə oldum".

"Etdiyim hərəkəti boynuma almadım"

Ramin Məmmədovun sözlərinə görə, həmin vaxt İlahənin qızı otağa daxil olub və ona "siz burada nə işlə məşğul olursunuz", -deyə söyləyib: "Bu vaxtı Eldar çarpayıdan yerə düşdü, şalvarını və alt tumanını götürərək bacısı ilə birlikdə otaqdan çıxdı. Az sonra İlahənin məni çağırdığını eşidərək həyətə düşdüm. İlahə üstünmə qışqıraraq "sən nə üçün Eldara qarşı bu cür nalayiq hərəkətlər etmisən" deyə bildirdi. Etdiyim hərəkəti boynuma almadım. İlahəyə "mən Eldara heç nə eləməmişəm, Eldar sidiyi ilə özünü batırıb", - deyə bildirdim. Sonra maşınıma əyləşərək yaşadığım Göytəpə şəhərinə getdim".

"Törətdiyim əməli etiraf etdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gecəni yaşadığı evdə yatıb və səhərisi günü yuxudan ayılanda Eldara qarşı etdiyi nalayiq hərəkətlərə görə peşman olub, polis işçilərinin onu axtaracağını başa düşüb və bu səbəbdən gizlənib.

O qeyd edib ki, 30 avqust 2016-cı ildə saat 03 radələrində polis işçiləri onu yaşadığı Göytəpə şəhəri, İ.Dadaşov küçəsində evlərində saxlayaraq Lənkəran şəhər polis şöbəsinə gətiriblər: "Polis şöbəsində izahat və ifadə verərkən törətdiyim cinayəti səmimi etiraf etdim".

"Birlikdə yatağa girdik"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində İfadə verən Eldar Babayev bildirib ki, 2015-ci ilin aprel ayının əvvəllərində Arzuman Cəlilabad rayonundan olan dostu Ramillə onlara gəlib, Ramil həmişə onlara gələndə evin ikinci mərtəbəsində yatıb: "Həmin günü axşam vaxtlarında Ramil məni yataq otağına apardı. Məni çarpayıya uzandırdı. Sonra mənə "gəl bir yerdə yataq", - deyə bildirdi. Mən də Ramilin yanında uzandım. Ramil mənə "yatanda şalvarı çıxardarlar" söylədi. Sonra Ramil şalvarımı və alt paltarımı əynimdən çıxardı. Ramil öz də şalvarını əynindən çıxardı və otağın işığını keçirərək yatağa girdi".

"Yataqda üstümə uzandı"

Eldar Babayev qeyd edib ki, yataqda olan zaman Ramil arxadan onu qucağına alıb və bədənini öpüb, sonra onu üzü üstə çarpayıya uzadaraq üstünə uzanıb (zərərçəkmiş ifadəsinin bu hissəsində Ramil Məmmədovun ona qarşı etdiyi hərəkətləri çılpaqlığı ilə danışıb. Bu səbəbdən zərərçəkmişin ifadəsinin həmin hissəsini dərc etmirik – red.).

"Dedi ki, çölə çıxma, yanıma gəl"

Seksual xarakterli həırəkətlərlə üzləşən azyaşlı yerindən qalxıb və otaqdan çıxmaq istəyib: "Bu zaman Ramil mənə dedi ki, çölə çıxma, yanıma gəl. Mən isə qapını açaraq çölə qaçdım. Çölə çıxarkən bacım məni gördü. Məndən nə üçün paltarın əynimdə olmamasını soruşdu. Bacıma Ramilin mənə qarşı elədiyi hərəkəti dedim. Sonra bacım məni evin birinci mərtəbəsinə düşürdü, anamın yanına apardı. Arzuman da həmin vaxt anamın yanında idi. Ramilin mənə qarşı elədiyi hərəkəti onlara danışdım".

"Anam Ramili vurmaq istədi"

Eldar Babayev qeyd edib ki, anası Ramili çağırıb və Ramildən "sən nə üçün başına belə oyun açmısan?", - deyə soruşub: "Ramil də yalandan başqa şey danışdı. Anam Ramilə "sən niyə yalan danışırsan", - deyə söylədi. Sonra anam Ramili vurmaq istədi. Amma Arzuman onu qoymadı. Sonra Ramil küçəyə çıxaraq maşını ilə harasa getdi. Həmin gündən sonra Ramili görməmişəm".

"Dostunun cəzasını verəcəyini bildirdi"

Zərərçəkmişin anası İlahə ifadəsində deyib ki, 2015-ci ilin aprel ayının əvvəllərində Ramil və Mübariz Arzumanla birlikdə yaşadıqları evə gəlib: "Onlara yemək hazırladım, yeyib içdikdən sonra saat 22 radələrində Ramil və Mübariz yatmaq üçün evin ikinci mərtəbəsinə qalxdılar. Ramil oğlum Eldarı da yatdığı otağa apardı. Bir neçə dəqiqədən sonra qızım oğlumu yanımıza gətirdi. Eldarın paltarlarının əynində olmadığını gördüm, ondan nə baş verdiyini soruşdum. Eldar Ramilin ona qarşı elədiklərini danışdı. Bu zaman Eldarın bədəninə əlimlə toxundum. Onun arxasında və qılçalarının arasında sperma olduğunu gördüm. Arzumandan nə üçün Ramili yaşadığımız evə gətirdiyini soruşdum. Arzuman dostunun cəzasını verəcəyini bildirdi".

"Ramili vurmağıma imkan vermədilər"

Zərərçəkmişin anası qeyd edib ki, Arzuman Ramili həyətə çağırıb, həmin vaxt səsə evində kirayədə yaşadığı Sevil adlı qadın da bayıra çıxıb: "Sevilin yanında Ramildən nə üçün oğlumun başına oyun açdığını soruşdum. Ramil də dedi ki, Eldara heç nə eləməyib, Eldar işəyərək özünü batırıb. Oğlumun ayaqlarına baxaraq tökülən sperma olduğunu bildirdim. Sonra Ramilin üstünə qışqıraraq onu vurmaq istədim. Arzumanla Mübariz Ramili vurmağıma imkan vermədilər".

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsinin istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib. Təqsirləndirilən şəxs bundan sonra Ali Məhkəməyə kasasiya şikayəti verib. O, şikayətində işinə yenidən baxılmasını, günahsız olduğunu qeyd edib.

Ramil Məmmədovun şikayəti Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyilə baş tutan prosesdə qərar açıqlanıb. Qərara görə, Ramil Məmmədovun şikayəti təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2461   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO

Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanovun meyiti tapılıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabı

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel