Milli Məclisdə mühüm müzakirə

Milli Məclisdə mühüm müzakirə"Ələt azad iqtisadi zonası" haqqında Qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşdan müzakirəyə çıxarılıb.

Spiker Oqtay Əsədov qanun layihəsinin bir sıra komitələrdə və müvafiq dövlət qurumları tərəfindən müzakirə edildiyini xatırladıb.

Qanun layihəsi barədə məlumat verən Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib ki, qanunun gələcək investorların analayacağı dildə yazılıb:

"Qanun layihəsi 5 fəsildən və 30 maddədən ibarətdir. Bu qanunun 3.5-ci maddəsi gələcək investorlar üçün xüussilə əhəmiyyətlidir. Belə ki, həmin maddəyə görə, Azad Zona səlahiyyətli qurumu Azad Zona qanunvericiliyinin ingilis dilinə tərcümə edilmiş mətnlərinin autentikliyini təsdiq edir. Azad Zona səlahiyyətli qurumu tərəfindən autentikliyi təsdiq edilmiş Azad Zona qanunvericiliyi Azərbaycan dilində olan Azad Zona qanunvericiliyi ilə eyni hüquqi qüvvəyə malikdir. Azad Zona daxili qaydaları Azərbaycan və İngilis dillərində dərc olunur. Azad iqtisadi zona səlahiyyətli qurumunun hüquqları və vəzifələrində beynəlxalq təcrübə əsas götürülüb. Əmək münasibətləri tənzimləyən qaydalar, iş şəraitinin təminatı, əmək təhlükəsizliyi beynəlxalq qaydalara əməl edilməsi qanunda qeyd edilib".

Qeyd edək ki, qanunun 16-cı maddəsinə əsasən Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri və Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

Qanunun 17-ci maddəsinə əsasən Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir.

Qanunun 30-cu maddəsi əsasən Azad Zonada işçi dili anlayışını nəzərdə tutur. Bu maddəyə əsasən Azad Zonada Azərbaycan dili ilə yanaşı işçi dil kimi İngilis dili işlədilə bilər. Sənədlərdən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yarandıqda, tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edir.

Deputat Əli Məsimli deyib ki, qanunun Azərbaycan üçün əhəmiyyətlidir: "Azərbaycanın geopolitik və coğrafi şəraiti, habelə Ələtin nəqliyyat qovşağı üzərində yerləşdirilməsinin nəzərə alaraq Azad İqtisadi Zonanın yaradılması məqsədəuyğundur. Düşünürəm ki, qısa müddətə yükdaşıma artacaq".

Hazırda müzakirələr davam edir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 887   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Beşinci sinifdə tərk etdikləri məktəbə 36 il sonra belə qayıtdılar: Onlarla birlikdə şəhid də gəldi - VİDEO

4 keçmiş şagird 36 il sonra onların sosial həyata ilk addımlarını atdıqları, yıxılıb durduqları, ağlayıb güldükləri doğma məktəbə gediblər. Hər gün avtobus dayanacağından məktəbə tələsənlər bu gün heç tələsmədən xatirələrini yada salıblar. Bu gün 4 nömrəli məktəbdə dərs zənginin səsi gəlmir. Həmin məktəbi

18 aprel
.

Buraxılış imtahanlarına asan suallar salınır?

Martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb. -a istinadən xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum bal toplayıb. Abituriyentlərin belə uğurlu nəticə göstərməsi imtahanlarla bağlı bəzi suallar doğurub. Təhsil eksperti Elçin Murad imtahanlardak

18 aprel
.

Çingiz Abdullayev evə buraxıldı - Fotolar

Xalq yazıçısı Çingiz Abdullayev müalicə olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə tibb müəssisəsinin feysbuk hesabında bildirilib. Çingiz Abdullayev ona göstərilən tibbi xidmətlərə görə bütün heyətə təşəkkürünü bildirib. Xatırladaq ki, Xal

17 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel
.

Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA + VİDEO

Sosial şəbəkələrdə Beyləqanda yas mərasimi zamanı nə oxuduğu aydın olmayan molla gündəm olub. Yayılan kadrlardan savadsız mollanın oyunbazlığı aydın görünür. Videoya baxanlar mollanı tənqid ediblər. Vətəndaşlar son zamanlar bu kimi hallarla tez-tez rastlaşdıqlarını bildiriblər. Daha ətraflı "AT

18 aprel