Qeyri-rəsmi yaşadığı kişinin bağırsaqlarını deşdi - Azərbaycanda - Təfərrüat
Ağdamın Xındırıstan kəndində baş vermiş bıçaqlanma hadisəsinin bəzi detalları məlum olub.
Kənd sakinlərindən birinin AzNews.az-a verdiyi məlumata görə, 44 yaşlı qadın qeyri-rəsmi yaşadığı kişini, oğlunun Xındırıstanda yaşayan qaynanasının evinə qonaq dəvət edib:
"Onların biri Gəncədən, digəri isə Bərdədəndir, hər ikisi kəndə qonaq gəlib. Hadisə isə dünən gecə baş verib. Kişinin telefonuna zəng gəlib. Lalə sevgilisindən zəng edənin kim olduğunu soruşduqda, kişi müxtəlif bəhanələr gətirərək sualdan yayınmağa çalışıb. Bundan əsəbləşən qadın onun üstünə cumaraq bıçaqla bir neçə yerdən xəsarət yetirib. Kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib".
Bərdə rayon Mərkəzi Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, qeyri-rəsmi yaşadığı qadın tərəfindən bıçaqlanan kişinin vəziyyəti ağırdır:
"Xəstə bizə döş qəfəsi və qarın boşluğundan bıçaqlanma yarası ilə daxil olub. Bağırsaq bir neçə yerdən deşilib. Biz onu əməliyyat etdik. Hazırda reanimasiyadadır, səhhəti ağırdır".
Qeyd edək ki, Ağdamda bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. O, Bərdə rayonundan olan 1974-cü il təvəllüdlü Yusifov Pərviz Vasif oğlu də həmin evdə olub. Evdə yemək yeyilərkən L. Əliyeva ilə P. Yusifov arasında mübahisə baş verib. Nəticədə L. Əliyeva P. Yusifovu bıçaqlayıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 1844 Tarix: 13 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib - FOTO
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığ
7 aprelHakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb
Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind
14 aprelBakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO
Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas
14 aprelBakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB
Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl
11 aprelBakıda mənzildə meyit tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm
14 aprelDaha bir məhkum Bakı həbsxanasında öldü
Bakıda daha bir məhkum həbsxanada ölüb. xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada cəza çəkən Nəcəfov Elşən Nəcəf oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir
11 aprel