Putinin analoqsuz müharibəsi - Ölkə "qan gölü"nə çevriləcək

Putinin analoqsuz müharibəsi - Ölkə "qan gölü"nə çevriləcəkRusiya prezidenti Vladimir Putin Suriyaya 140 təyyarə göndərərək, analoqu olmayan hava əməliyyatlarına başlayıb. Rusiya təyyarələri ayda 2 mindən artıq reyd edərək, Suriya münaqişəsində pozulmuş qüvvələr balansını bərpa ediblər.

2015-cü ildə Bəşər Əsəd rejiminin taleyi tükdən asılı vəziyyətdə idi. Rejim Suriyanın 17% ərazisinə nəzarət edir, hərbi və iqtisadi resurslarının tükənməsi ilə üzləşmişdi. Amma Putin bölgəyə hərbi qüvvələr göndərərək, güc balansını rəsmi Dəməşqin xeyrinə dəyişdi. Hazırda Əsəd Suriyanın 66%-nə nəzarət edir.

"Hizbullah" və İran qüvvələri ilə sıx əməkdaşlıq edən ruslar Qətər və Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi cihadçı qüvvələri də darmadağın edib. Türkiyədən Suriyaya keçən 180 min silahlı cihadçı İsrailin istəyi və ABŞ-ın himayəsi sayəsində Əsəd qüvvələrinə ciddi problemlər yaradırdı.

Onlar Türkiyə sərhəddindən Hamaya qədər bütün Suriya ərazisinə daxil olmuşdular. Lakin Rusiya təyyarələrinin (Su-25, Su-27 və Su-35) bombardumanları nəticəsində cihadçıların bütün uğurları geridə qaldı. "Hizbullah" və İran qoşunlarının köməyi ilə Dəməşqdən Aralıq dənizi sahilinə kimi zolaq yaradan hökumət qoşunları Homs bölgəsindəki təhlükəni aradan qaldırdılar.

Rusiyanın və digər müttəfiqlərin köməyi ilə onlar Deyr-əz-Zoru və Hələbi azad etdilər, Türkiyə ilə sərhəddə yerləşən İdlib bölgəsində nəzarəti ələ aldılar. 2013-2016-cı illərdə İŞİD və "Ən Nüsrə Cəbhəsi"nin əlində qalmış Hələb şəhərinin azad edilməsi isə Suriya münaqişəsində hökumət qüvvələrinin ən böyük uğuru sayılır. Cihadçılara pul və silahı Qətərlə ABŞ Türkiyə vasitəsilə ötürürdü.

Suriyada qələbə qazanmaq istəyən Putin Hmeymim bazasına səfəri zamanı qalib gəldiklərini və ordunun zamanla bölgədən çıxarılacağını elan etmişdi. Yerli aerodromlarda isə 60 təyyarə saxlamışdı. Amma Putin Suriyadakı hərbi qələbəni siyasi qələbəyə çevirəcəyi ilə bağlı açıqlama verdikdən sonra 2 ciddi uğursuzluğa düçar oldu.

Soçidə Suriyada yekun sülh sazişi və yeni konstitusiyanın hazırlanması ilə bağlı keçirilən konfransda heç bir ciddi uğur əldə olunmadı. Putin müxalifət və Əsəd rejiminin 4 bənddən ibarət sülh sazişi imzalamasını gözləyirdi.

1. Prezident Bəşər Əsədin başçılığı alıtnda konstitusion orqana keçidlə bağlı müvəqqəti hökumətin yaradılması.

2. Cəmiyyətin müxtəlif təbəqələrinin və parlament sisteminin fikri nəzərə alınaraq, yeni konstitusiyanın qəbul edilməsi.

3. Parlament seçkilərinin keçirilməsi və bundan sonra yeni prezident seçkiləri. Seçkilərdə şəffaflığı təmin etmək üçün BMT bayrağı altında 5 min müşahidəçinin cəlb olunması.

4. Parlamentdəki fraksiyaların sayına uyğun olaraq yeni hökumətin formalaşdırılması.

Lakin ABŞ və Səudiyyə Ərəbistanının təsiri altında silahlı müxalifət Soçidəki konfransa qatılmadı. Çox güman ki, Putin buna görə müxalifətdən qanlı qisas alacaq. İdlib vilayətində cihadçıların 11 ayrı qruplaşması Səudiyyə Ərəbistanının maliyyəsi hesabına vahid orduya çevrilib. Serakib şəhərində qərargah quran cihadçılar ciddi maliyyə dəstəyi də alırlar.

Fevralın 4-də Rusiyaya məxsus Su-25 təyyarəsi İdlib vilayətində vuruldu. Onun ABŞ istehsalı olan "Stinger" raketi ilə vurulduğu bildirilir. Beləliklə, ABŞ yenidən cihadçılara silah yardımı göstərməyi bərpa edib.

Suriya münaqişəsi ilə bağlı Soçi konfransının uğursuzluğu Putinin siyasi, İdlibdə vurulan Su-25 təyyarəsi isə onun hərbi fiaskosu kimi dəyərləndirilməlidir.

Hazırda Suriyada İran-Türkiyə-ABŞ alyansı ABŞ-Səudiyyə Ərəbistanı-İsrail koalisiyası ilə qarşı-qarşıyadır. Qarşıda ABŞ-Rusiya ziddiyyətlərinin daha da kəsakinləşməsi və Suriyanın daha dəhşətli qan gölünə çevriləcəyini gözləmək lazımdır.

Mənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2334   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib. O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi

11 aprel
.

Azərbaycan Prezidenti: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

"Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir". AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib. "Biz Qarabağd

16 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır". Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsind

16 aprel