Tanınmış şəxsiyyətimizin qızı ilə vida mərasimi başa çatdı - FOTO (YENİLƏNİR)

Tanınmış şəxsiyyətimizin qızı ilə vida mərasimi başa çatdı - FOTO (YENİLƏNİR)Mərhumla vida mərasimi yekunlaşıb.

***

Təzəpir məscidində Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə vida mərasimi keçirilir.

Vida mərasimində ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Böyük sənətkar Akif İslamzadə bildirib ki, Gülarə xanımla görüşəndə huşu yerində olub: "Son dəfə onunla bir ay əvvəl evində görüşdüm. Uşaqları soruşdu, xeyli söhbətləşdik. Mən qızı Qəmərlə bir oxumuşdum. Bizim həyətə gəlin köçmüşdü. Gediş-gəlişimiz də elə o vaxtdan yaranmışdı".

Mərhumun oğlu Bəhlul Seyfəddinoğlu Gülarə Cabbarlı həmişə həyat eşqi ilə dolu bir xanım olduğunu diqqətə çatdırıb : "Ürəyində problemləri var idi. Düşünürəm ki, əsas o səbəbdən onu itirdik. Son günlərə qədər onun heç bir zehni problemləri olmayıb. Ağlı başında, yaddaşı yerində olub. O heç kimi incitməzdi. Bir neçə dəfə ürəyində problem yaransa da, hər dəfə həkimlər onu bu kritik vəziyyətdən çıxartmağa müvəffəq olmuşdular. Sanki ürəyinə danmışdı ki, son saatlarıdır. Bir-bir hamımız ilə görüşdü. Bizdən və Allahından razılıq etdi. Vəsiyyəti o oldu ki, bu gündən sonra da, həm babanızın, həm də mənim adımı qoruyun. Bir də hər kəsdən üzr istədi ki, istəmədən kiminsə xətrinə dəymişəmsə haqqını halal etsin. Uzun müddət əvvəl C.Cabbarlı adına muzeydə işləyib. Daha sonra ev muzeyi təşkil edildi və orada uzun müddət direktor vəzifəsində çalışıb. Gücü çatan qədər C.Cabbarlı irsinin davam etdirilməsində zəhmət çəkmişdi. Demək olar ki, bu istiqamətdə bütün işləri yekunlaşdırmağa vaxt tapdı. Onun əsərlərinin çapına zaman ayırırdı. Bundan sonra da onun davamçısı bizlərik. C.Cabbarlı irsini biz də çalışacayıq imkan daxilində davam etdirək. Bacım Qəmər xanım hazırda ev muzeyinin direktorudur. Yeni layihələr hazırlanır. Sağ olsun hər kəs də bizə bu istiqamətdə dəstək olur."

Mərhumun qızı Qəmər Seyfəddinqızı bildirib ki, Gülarə Cabbarlı uzun illər Azərbaycan mədəniyyətinə xidmət göstərib. Onun sözlərinə görə, anasının ölümündən 1 həftə əvvəl vəziyyəti pisləşib:" Biz onun ad günündə bir yerə toplaşdıq və öz aramızda kiçik bir məclis təşkil etdik. Keçən il də ürəyində problem yaranmışdı, sağaldı. Amma bu dəfə onun ürəyi dözmədi".

Qəmər Seyfəddin qızı qeyd edib ki, anası ailədə hər kəsin mehriban olmasını arzulayıb:" Xalqımızın sağ-salamat olmasını da arzu edib, gözlərini bu dünyaya əbədi olaraq yumdu".

Qeyd edək ki, Gülarə Cəfər qızı Cabbarlı 1930-cu il fevralın 11-də Bakıda, görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının ailəsində anadan olub.

1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Prezident təqaüdçüsü idi./publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1555   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021