Nişanlısı tərəfindən zorlanıb hamilə qalan 16 yaşlı qızla bağlı açıqlama

Nişanlısı tərəfindən zorlanıb hamilə qalan 16 yaşlı qızla bağlı açıqlama"16 yaşa çatmış bir qızın zorlanma faktı ilə bağlı istənilən halda 18 yaşa qədər cinsi zorakılıq faktı cinayətdir. 18 yaşdan sonra da bu cinayət hesab olunur".

Bu sözləri Sonxeber.az-a açıqlamasında hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, bu yaş həddinə çatmamış vətəndaşla zorla cinsi əlaqəyə girmək 150.3 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. Lakin, bu məsələdə qızın şikayət verib verməməsi də əsas məqamdır. Bəzən barışıq elan edirlər, könüllülük əsasında məsələ həll olunur:

Nişanlısı tərəfindən zorlanıb hamilə qalan 16 yaşlı qızla bağlı açıqlama"Amma ən azından şikayət verilməlidir, hamilə qalıbsa bu təsdiqini tapmalıdır. İstintaq başlayıb və fakt tam sübuta yetirlmədiyinə görə həmin hələ də şəxs azadlıqdadır. Hazırda hadisə ilə bağlı ilkin ibtidai təhqiqat aparılır".
Hüquq müdafiəçisi əlavə edib ki, qız könüllü ola bilər və qarşı tərəfin də bununla bağlı müyyən sübutları ola bilər. Bu məsələ həssas mövzudur. Lakin hər bir halda burada cinsi zorakılıqdan söhbət gedir. Məsuliyyəti çox ağırdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən
isə Sonxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakıda 16 yaşlı qızın nişanlısı tərəfindən zorlanması hadisəsi Komitə tərəfindən nəzarətə götürülüb:

"Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Suraxanı rayonunda nişanlısı tərəfindən zorlanan 16 yaşlı qızla bağlı araşdırma aparır. Hadisə ilə bağlı yayılmış məlumat təsdiqini tapdıqdan sonra əlavə məlumat veriləcək".

Qeyd edək ki, Suraxanı rayonunda zorlama hadisəsi baş verib. Nişanlı toya qədər gözləyə bilməyib və gələcək həyat yoldaşı ilə onun iradəsinə zidd olaraq cinsi əlaqədə olub.
Fevralın 11-də Suraxanı qəsəbə sakini, 40 yaşlı A.Q. polisə müraciət edib.
Qadın bildirib ki, yeni il gecəsi (31 dekabr 2017) onun 2002-ci il təvəllüdlü qızı evlərinə qonaq gəlmiş nişanlısı – 1996-cı il təvəllüdlü Gürcüstan vətəndaşı M.Q. tərəfindən zorlanıb.
Zorlamazdan əvvəl gəncin nişanlısına psixotrop maddə verdiyi bildirilir. Hadisənin üstü bir ay yarım sonra açılıb, qızın hamilə qaldığı ortaya çıxıb.
Hələlik fakt üzrə heç kim saxlanılmayıb, 31 saylı polis bölməsi fakt üzrə araşdırma aparır.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 8005   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021