Ermənistandan ilk məğlubiyyət etirafı

İrəvanda Azərbaycanla barışmağa çağırırlar

Erməni mətbuatı ilk dəfədir ki, kütləvi şəkildə 25 ildir ki, davam edən status-kvonun Ermənistanı fəlakətə sürüklədiyindən yazmağa başlayıb.

erməni ekspertləri və siyasətçiləri birdən-birə fikirlərini bu cür 180 dərəcə dəyişməyə vadar edən amil, nə qədər qəribə olsa da, fevralın 8-də İranla Azərbaycan arasında Astara - Astara dəmir yolunun açılması olub.

Erməni mətbuatı detallı şəkildə qeyd edir ki, rəsmi səviyyədə martadan fəaliyyətə başlayacaq dəmir yoluna 2020-ci ildə 164 kilometrlik Rəşt - Astara hissəi də əlavə olunacaq və bununla Rusiya yüklərinin İran körfəzinə daşınmasını nəzərdə tutan Şimal-Cənub dəmir yolu dəhlizi tam gücü ilə fəaliyyətə başalayacaq. Bu məqsədlə Azərbaycanın İrana 500 milyon dollar kredit verməsi də erməni mətbuatında xüsusilə qeyd edilir.

Mövzu ilə bağlı "1in.am" portalında "Ermənistanın təcridi kabusu" başlıqlı məqalə yazmış erməni şərhçi Sarqis Arsruni qeyd edib:

"Status-kvonun dəstəklənməsi üstündə qurulmuş siyasət gerçəklikdə rasional deyil, çünki status-kvo təkcə ön cəbhədə və ya hərbi sahədə formalaşdırılan balansla məhdudlaşmır, həm də Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin, demoqrafiya statistikasının müqayisəsidir. Qarabağ münaqişəsi, sərhədlərin bağlı olması Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı boğur - onun inkişaf resurslarından məhsrum edir. Bu baxımdan Azərbaycan əslində bütün regional layihələrdə əsas aktyora çevrilir ki, bu da məcburən hər iki ölkənin qeyri-bərabər inkişafına səbəb olur ki, bu da Ermənistanın ziyanınadır. Milyardlarla dollar qazanan Azərbaycan boşalmaqda olan Ermənistan üçün təhlükəyə çevrilir".

Ruslar Azərbaycanın İrəvanı qaytarmasını dəstəkləyirlər
Astara - Astara dəmir yolunun açılmasına "ArmenianReport" portalında xüsusi məqalə həsr etmiş jurnalist Romella Mnasakanyan isə məsələnin siyasi tərəfini şəhr edib: "Bizə uzun müddət və həyasızlıqla yalan danışıblar ki, İran bizimlə əməkdaşlığı Azərbaycanla əməkdaşlıqdan üstün tutur. Bizi inandırırdılar ki, siyasi və iqtisadi baxımdan İranın Ermənistandan keçərək Avropaya çıxışı daha əlverişlidir. Bəs nə oldu? Görürük ki, yox. İran başqa yolla getdi. Çünki ona elə təklif etdilər ki, imtina edə bilmədi".

Romella Mnasakanyan Azərbaycanın daha məntiqli siyasət yürütdüyünü vurğulayır: "İranın və Rusiyanın iqtisadi və siyasi təcridi güclənir, bundan Azərbaycan yararlanır, biz yox. Bununla yanaşı, Bakı həm də İsraillə, onun vasitəsi ilə də Amerika ilə yetərincə güclü əlaqələrə malikdir. Bu məsələdə yalnız Ermənistana rəhbərlik edən qanmazları günahlandırmaq lazımdır".

Ermənistan siyasətinin yetərincə güclü oyunçusu, Birinci Qarabağ müharibəsində Ermənistanın qələbəsini təmin etmiş partiya - Erməni Milli Konqressinin rəhbərliyi də təxminən bu fikirdədir. Partiyanın sədr müavini Aram Manukyan Rusiyanın "Vestnik Kavkaza" portalına verdiyi müsahibədə Ermənistanın bu illər ərzində əksər regional layihələri əlindən buraxdığını vurğulayıb:

""Bakı-Tiflis-Ceyhan" neft kəməri və "Bakı-Tiflis-Qars" dəmir yolu Ermənistandan yox, Gürcüstandan keçdi, indi də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi və Çin "İpək yolu". Biz sanki regionda yoxuq. De-yure Ermənistan Qafqazdadır, amma o, Qafqazdan keçən heç bir layihədə iştirak etmir. Biz iqtisadi baxımdan dalandayıq, buna görə heç kim Ermənistana pul yatırmaq istəmir. Əgər biz əvvəllər ildə $3-4 mlrd sərmayə cəlb edə bilirdiksə, keçən il respublikaya $120 mln sərmayə yatırılıb, bu, heç nədir",- deyə Aram Manukyan vurğulayıb.

Erməni siyasətçi vəziyyətdən çıxış yolu kimi Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayır: "Türkiyə və Azərbaycan Qarabağ münaqişəsinin həllində və sərhədlərin açılması məsələsində həmfikirdirlər, bu istiqamətdə ahəngdar çalışırlar. Erməni Milli Konqressi bütün qonşularla yaxşı münasibətlər, xüsusilə də iqtisadi münasibətlər qurmağa çağırır",- deyə Aram Manukyan vurğulayıb.

Qeyd edək ki, Erməni Milli Konqressi Birinci Qarabağ müharibəsini udsa da, partiyanın lideri Levon Ter-Petrosyan tezliklə Azərbaycanla barışmaq qərarına gəlmişdi. Şərtləri də elə ciddi deyildi, Qarabağa Azərbaycan sərhədləri daxilində özəl status verilməli və Ermənistanla birbaşa əlaqəsi üçün Laçından Qarabağa dar dəhliz ayrılmalı idi. Həm də Azərbaycan beynəlxalq layihələri Gürcüstandan keçməklə yox, Ermənistandan keçməklə gerçəkləşdirməli idi. O vaxt Qarabağ klanı - Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları Rusiyanın dəstəyi ilə hərbi çevriliş edərək Levon Ter-Petrosyanı hakimiyyətdən saldılar. Amma bu Ermənistan üçün böyük məğlubiyyətin və böyük fəlakətlərin əsasını qoydu. Tarix göstərdi ki, Levon Ter-Petrosyan Ermənistan üçün daha faydalı bir siyasət yürüdüb.
Ermənistandan ilk məğlubiyyət etirafıErmənistandan ilk məğlubiyyət etirafıErmənistandan ilk məğlubiyyət etirafıMənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2094   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021