Nazirlikdən mühüm əməliyyat - Saxta pul satanlar ələ keçdi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Sonxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əskinaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən xüsusi təxirəsalınmaz əməliyyat nəticəsində dəstə üzvləri 11700 saxta manatı 2900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4900 manatlıq saxta əskinas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Nazirlikdən mühüm əməliyyat - Saxta pul satanlar ələ keçdiNazirlikdən mühüm əməliyyat - Saxta pul satanlar ələ keçdiNazirlikdən mühüm əməliyyat - Saxta pul satanlar ələ keçdiNazirlikdən mühüm əməliyyat - Saxta pul satanlar ələ keçdiNazirlikdən mühüm əməliyyat - Saxta pul satanlar ələ keçdiNazirlikdən mühüm əməliyyat - Saxta pul satanlar ələ keçdi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 657   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda soydaşımız qətlə yetirilib: Sinəsinə 11 bıçaq zərbəsi vurulub - VİDEO

Gürcüstanda soydaşımız qətlə yetirilib. Hadisə Bolnisi rayonunun Saraçlı kəndində baş verib. Belə ki, itkin düşən 34 yaşlı kənd sakini İsa Hüseynov bir gün sonra Saraçlı meşəsinə yaxın ərazidə ölü halda tapılıb. Əraziyə Gürcüstan Daxili İşlər Nazirliyinin ekspertiza qrupu cəlb edilib. Ekspertiza nəticəsind

21 aprel
.

Tayvan sahilləri silkələndi: Sunami təhlükəsi varmı?

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Hualien bölgəsindən 51 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəs

21 aprel
.

Zaqatalada 76 yaşlı qadın intihar edib

Zaqatalada 76 yaşlı qadın intihar edib. APA-nın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırm

21 aprel
.

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasını

20 aprel
.

Bakıda əyləncə mərkəzində yanğın - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb. Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Qeyd edilir ki, yanan obyekt "Atrium Kids park" əyləncə mərkəzi kimi fəaliyyət göstərir

20 aprel
.

Sabirabadda qadın kimyəvi maddə içdi, sonra qollarını doğradı

Sabirabadda 32 yaşlı qadın intihara cəhd edib. -ın məlumatına görə, hadisə Sabirabad rayonu, Zalqarağac kəndində qeydə alınıb. Kənd sakini Rəvanə Yaşar qızı Ağayeva kimyəvi maddə içib, sonra qollarını doğrayıb. Qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

21 aprel
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19 aprel
.

Xaçmazda gənc oğlan borca görə özünü öldürdü

Xaçmazda intihar hadisəsi olub. xəbər verir ki, hadisə rayonun Rəhimoba kəndində qeydə alınıb. 28 yaşlı R.Balakişiyev bağ sahəsində talvardan özünü asaraq, həyatına son qoyub. Onun meyitini ailə üzvləri aşkar ediblər. Məlum olub ki, R.Balakişiyevin müxtəlif şəxslərə külli miqdarda borcu olub. Onun məh

20 aprel
.

Suriyada neft boru kəmərində yanğın olub, ölən var

Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi

21 aprel