Ermənilər TƏŞVİŞDƏ - Qarabağda gecələr Azərbaycan hərbçiləri görünür, böyük köç başlayır

Ermənilər TƏŞVİŞDƏ - Qarabağda gecələr Azərbaycan hərbçiləri görünür, böyük köç başlayır30 il əvvəl ermənilərin Azərbaycana qarşı açıq ərazi iddiaları ilə başlayan Qarabağ münaqişəsi bu gün regional təhlükəsizliyə və inteqrasiya proseslərinə mane olan əsas geosiyasi münaqişədir.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və daha 7 ətraf rayonu işğal edən Ermənistan hakimiyyəti işğalçılıq siyasətinin əsas hədəfinə - Dağlıq Qarabağın dünya birliyi tərəfindən öz əraziləri kimi tanınmasına nail ola bilməyib. Əksinə, dünyadan təcrid olunmuş vəziyyətdə qalan bu ərazilərdə yaşayan 80 minə yaxın Azərbaycan ermənisi faktiki olaraq rəsmi Yerevanın girovuna çevrilib.

Hər an yeni müharibənin başlanacağı gözləntisi, yerli məmur və hərbi komandirlərin özbaşınalıq etdiyi, beynəlxalq blokada şəraitində heç bir perspektivin olmadığı Qarabağ ermənilər üçün bataqlığa çevrilib. Onlar hər vəchlə bu bataqlıqdan qurtulmağa və öz xoşbəxtliklərini Ermənistanda, Rusiyada və Qərb ölkələrində tapmağa çalışırlar.

İşğal altındakı torpaqlarda mühacirətin miqyası hakimiyyət tərəfindən gizlədilməyə çalışılsa da, Sokratın da dediyi kimi "bütün gizlinlər nə vaxtsa, gün işığına çıxır".

Fransanın "Le Monde" qəzeti reportajlarının birində Qarabağdan mühacirətin miqyasını Şuşada yaşayan 29 yaşlı Surenin simasında təsvir etmişdi:

"Mən Qarabağa dönmüşəm ki, evimi satım və ailəmi də götürüb Rusiyaya köçüm. Ölkə xaricində daha yaxşı çörək qazanmaq imkanımız var".

Surenin dilindən Azərbaycan torpaqlarında yaşayan ermənilərin psixoloji durumu və narazılıqları da əks olunur.

"Bizim ölkə (Qarabağdakı separatçı rejim-red.) sanki dərin yuxuya gedib. Dağlıq Qarabağın inkişafı mümkünsüzdür. Hökumət əsasən özlərini düşünən biznesmenlərdən ibarətdir. Onlar uf demədən insanları uçurumun kənarına atırlar".

Ermənistan hakimiyyəti Qarabağda yaratdığı marionet rejimin inkişafda olduğunu, təbii artım və repatriasiya nəticəsində əhalinin çoxaldığı illüziyasını yaratmağa çalışsa da, Suren kimi sadə ermənilərin açıqlamaları bu illüziyanı sabun köpüyü kimi dağıdır. İşğal altındakı ərazilərdə son siyahıyaalama yerli əhalinin 150 minə çatdığını təntənə ilə elan etsə də, qeyri-rəsmi məlumatlar bu rəqəmin yalnız kağız üzərində olduğunu və Ermənistan ictimaiyyətini aldatmağa hesablandığını göstərir.

2016-cı ilin aprel döyüşləri zamanı Qarabağ ermənilərinin gələcəkdən inamsızlığı xüsusən sezilirdi. Düşmən tapdağı altındakı keçmiş Ağdərə rayonunun inzibati mərkəzindən bütün əhalinin döyüşlərin başlanmasından qısa müddət sonra köçürülməsi, bölgə sakinlərinin kütləvi panikaya qapılması və Xankəndi-Gorus yolunda Qarabağdan qaçan sakinlərin bir neçə kilometrlik tıxac yaratması da bu inzamsızlıq sindromunun göstərici idi.

Epress.am saytına açıqlama verən Anna Melkiyan adlı Yerevan sakini 14 və 12 yaşlı iki azyaşlı oğlu və əri ilə Kanadaya köçdüyünü və bu addımı atmasına səbəb kimi övladlarının Qarabağda xidmət etməsini istəmədiyini deyib.

Onun sözlərinə görə, xüsusən aprel döyüşlərindən sonra bu qərarı verməyə məcbur olub.

Ermənistan vətəndaşları get-gedə daha aydın şəkildə anlayırlar ki, Qarabağ münaqişəsi həll olunmadan və qonşu dövlətlərlə dostluq münasibətləri bərpa edilmədən rəsmi Yerevanın gələcəyi dumanlı olacaq.

Təsadüfi deyil ki, mühacirət problemini və qocalmaqda olan Ermənistan əhalisinin gələcəkdə təmas xəttini əsgərlə təmin etməkdə çətinlik çəkəcəyini siyasətçilər də dilə gətirir.

"Ermənistan əhalisinin azalması rəsmi faktdır. Bu iqtisadi vəziyyətin acınacaqlı olması, işsizlik, korrupsiya və Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə sıx bağlıdır".

Bu sözləri Ermənistan parlamentində ikinci ən böyük fraksiyaya malik "Çiçəklənən Ermənistan" partiyası sədrinin deputatı Naira Zoqrabyan açıqlayıb.

O, Serj Sarkisyanın sədri olduğu Respublika Partiyasının susaraq üstündən keçdiyi problem haqda açıq danışıb.

"Qarabağa göndərilən əsgərlər arasında ayrı-seçkiliyin olması bu problemə ciddi təsir göstərir. Əgər sadə vətəndaş cəbhə xəttinə nazir övladlarının aparılmadığını bilirsə, o hansı hissələrlə torpaqları qoruyacaq?".

Zoqrabyanın dediklərini Milli Statistika Xidməti də gizlədə bilmir. 2018-ci il yanvarın 1-i üçün Ermənistan əhalisinin rəsmi sayı 2.979.900 nəfər təşkil edir. Bu göstərici 2017-ci ilin yanvarın 1-dən 13.200 nəfər, 2016-cı il yanvarın 1-i ilə müqayisədə isə 25.700 nəfər azdır.

Beləliklə, Dağlıq Qarabağ müharibəsini müstəqilliklərinin başlıca uğuru kimi təqdim edən Ermənistan rəhbərliyinin əslində öz xalqı üçün son 30 ilin başlıca problemini yaratdığını rahatlıqla demək olar.

Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən medianın bu məlumatları təxribat, yalan kimi təqdim etməsi Azərbaycanın işğal edilmiş ərazilərində süni şəkildə məskunlaşdırılan erməniləri sakitləşdirə bilmir. Belə görünür ki, Azərbaycan torpaqlarının işğalının 30 illiyini bayram kimi qeyd etmək istəyən Sarkisyan rejimi çox yaxın vaxtlarda işğal edilmiş ərazilərdə erməni tapmayacaq.

Yenə Epress.am yazır ki, Ermənistan hakimiyyəti mütəmadi olaraq işğal edilmiş bölgələrdə yollar, evlər nümayiş etdirməklə itirilmiş nüfuzu geri qaytarmaq istəsə də, buna nail ola bilmir.

Artıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş bölgələrində süni məskunlaşdırılan ermənilərin geriyə köçü başlayıb.

Son zamanlar bölgədə dəyişən geostrateji durum, xüsusuilə də İran, Rusiya və Türkiyə amilini buraya əlavə etdikdə həmin köçün qaçılmaz olduğu birmənalıdır.

Ermənistan vətəndaşları get-gedə daha aydın şəkildə anlayırlar ki, Qarabağ münaqişəsi həll olunmadan və qonşu dövlətlərlə dostluq münasibətləri bərpa edilmədən rəsmi Yerevanın gələcəyi dumanlı olacaq.

Azərbaycanın işğal edilmiş bölgələrində süni məskunlaşdırılan ermənilər arasında da qorxu yaşanır. Ermənistanın Epress.am saytında dərc edilən yazıda qeyd edilir ki, gecə saatlarında onlar evlərdən bayıra çıxa bimirlər. Buna səbəb kimi gecələr işğal edilmiş bölgələrdə Azərbaycan hərbçilərinin göründüyü göstərilir.

mənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3688   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada maraqlı hadisə: Avtoyuma məntəqəsinə gələn sakinlər fillərlə qarşılaşdılar - VİDEO

Rusiyanın Vladiqafqaz şəhərinin sakinləri avtoyuma məntəqəsində maraqlı mənzərəyə şahid olublar. Məntəqəyə gələn sakinlər avtoyumanı "su parkı"na çevirən fil ailəsi ilə qarşılaşıblar. Belə ki, Şimali Osetiyanın paytaxtına fil sirki gəlib və rəhbərlik əsas artistləri - 37 yaşlı ana fili və onu

24 aprel
.

Vergi dairəsində işləyən məmur rüşvət alarkən yaxalandı - VİDEO

Türkiyədə məmur rüşvət alarkən yaxalanıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbul'da vergi dairəsində işləyən icra məmur, vergi borcu olan kişiyi təhdit edərək rüşvət tələb edib. Məmur rüşvət alarkən polis tərəfindən cinayət başında saxlanılıb. Hadisə ilə bağlı 2 nəfər məhkəmə qərarı il

24 aprel
.

"Qız qülləsi" bağlanır - SƏBƏB

Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adadakı "Qız qülləsi" bir həftə müddətinə bağlı olacaq. Türkiyə mediasına istinadən xəbər verir ki, Mədəni İrs və Muzeylər Baş İdarəsim məlumat yayıb. "Qız qülləsi" Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən nəzarət işlərini

23 aprel
.

Avtobus sürücüsünün burnunu sındırdı - VİDEO

Avtobus sürücüsü hücuma məruz qaldı. Sinxəbər.az xarici mediaya istinadən xəbər verir k, hadisə Türkiyənin Kocaeli şəhərində baş verib. Kocaelinin Gebze rayonunda avtobus sürücüsü yolda rastlaşdığı düşmənin hücumuna məruz qalıb. Hadisə zamanı hücuma məruz qalan sürücünün burnu sınıb. Burnu sınmış avtobu

25 aprel
.

İtkin 4 yaşındakı uşağın cəsədi samanlıqda tapıldı: Əmisi oğlu saxlanıldı

İtkin düşən 4 yaşlı uşağın cəsədi tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, itkin düşən 4 yaşlı uşağın cəsədi samanlıqda tapılıb. Hadisə ilə bağlı uşağın əmisi oğlu saxlanılıb. Əmisi oğlunun ayaqabılarında olan qan lekələrini görən polis onu bölməyə çağırıb

24 aprel
.

Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO

Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb

24 aprel
.

Təbrizdə Ermənistanın baş konsulluğu açılır

Yaxın vaxtlarda İranın Təbriz şəhərində Ermənistanın baş konsulluğu açılacaq. Hökumətin bu gün keçirilən iclasında artıq konsulluğun xərcləri ilə bağlı smeta təsdiqlənib. Qərara əsasən, baş konsulun maaşı 2 565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6 hissəsi qədər olacaq

25 aprel
.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25 aprel