Əməliyyata məruz qalan deputat müsahibə verdi: "Səhhətim normaldır, işimin başındayam"

Əməliyyata məruz qalan deputat müsahibə verdi: "Səhhətim normaldır, işimin başındayam"Bir müddət öncə Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edən deputat Nəriman Əliyevin ürək əməliyyatı keçirdiyi barədə məlumat vermişdik. həkimlər əməliyyatın yüngül keçmədiyini də gizlətməmişdilər.

Sonxeber.az bildirir ki, modern.az saytının əməkdaşı təsadüfən dəniz kənarında Nəriman Əliyevlə qarşılaşıb və fürsət düşmüşkən deputatla həmsöhbət olub.

- Nəriman müəllim, səhhətiniz necədir?

- Hazırda səhhətim çox normaldır, heç bir problem yoxdur. Artıq işə çıxıram və gündə ən azı 3-4 kilometr piyada gəzirəm. Yəni normal insan necədirsə, mən də eləyəm. Əvvəl düşünürdüm ki, ürək əməliyyatı və ondan sonrakı mərhələ çox çətin proses olacaq. Amma indi bunun tam əksi baş verdi. Özümü ürək əməliyyatından çıxan biri kimi hiss etmirəm. Yaxşıyam...

- Səhhətinizlə bağlı müxtəlif fikirlər səsləndirildi. Maraqlıdır, necə oldu ki, həkimə müraciət etdiniz? Nədən şikayətiniz var idi?

- Açığı, ürəyimdə müəyyən problemlərin olduğunu hiss etdim. Bu səbəbdən düşündüm ki, özümü müayinə etdirim. Həkimə getdim və ürək damarlarımın vəziyyətini müəyyən etmək məqsədilə angioqrafiya müayinəsindən (anju) keçdim. Bu zaman məlum oldu ki, ürəyimdə anadangəlmə ciddi problemlər var. Çox səmimi və birmənalı şəkildə bildirmək istəyirəm ki, bəlkə də bu problemlə hansısa Avropa ölkəsi, yaxud Türkiyədə əməliyyat olunsaydım, sonumun necə olacağını təsəvvür etməzdim.

- Yəni dediyinizdən belə başa düşdük ki, Azərbaycan səhiyyəsini həmin ölkələrin səhiyyəsindən üstün hesab edirsiniz?

- Bunu yalnız mən demirəm, xaricdən gələn həkimlər də təsdiqlədilər. Səhiyyəmizin yüksək səviyyədə olmasına görə ilk növbədə cənab Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm. 2017-ci ildə Bakıda Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzi açılıb. Burada Avropa standartlarına cavab verən texnika və avadanlıqlar quraşdırılıb. Əgər Bakı Ürək Mərkəzi olmasaydı, əminəm ki, indi həyatda olmazdım. Çünki nə qədər güclü həkim olsan da, müasir texnika və avadanlıqlar da zəruri amillərdən biridir. Eyni zamanda, cənab Prezidentimizin səhiyyəni diqqət mərkəzində saxlamasının nəticəsidir ki, artıq Azərbaycanda müasir səhiyyə ocaqlarının sayı artmaqdadır. Səhiyyə ocaqlarımız nəinki Türkiyə, hətta Avropa standartlarından qat-qat üstün olan avadanlıqlarla təchiz olunub. Bu baxımdan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinin rəhbərliyinə təşəkkür etmək istəyirəm. Mehribam xanım Əliyeva hər zaman səhiyyənin inkişafını diqqətdə saxlayıb və bu istiqamətdə bir çox işlərə imza atıb. Bu gün Azərbaycan səhiyyəsi demək olar ki, dünya səhiyyəsində özünəməxsus yer tutur. Bilirsiniz, hətta Almaniya, Türkiyədən gələn həkimlər də bildirdilər ki, məni əməliyyat edən həkimlər kifayət qədər dəqiq iş görüblər. Yəni əməliyyatımın çox uğurlu keçdiyini onlar da təsdiqlədilər. Həkimlərin kiçik səhvi belə, mənfi nəticələrə səbəb ola bilərdi. Bütün bunlar dostum, həmkarım Rəşad Mahmudovun rəhbərliyi ilə həyata keçdi. Bu baxımdan ona da xüsusi təşəkkür etmək istəyirəm.

- Nəriman müəllim, deyirlər, yaxın dost dar gündə tanınar. Bəs sizi kimlər axtardı, kimlər sizinlə maraqlandı?

- Bu məsələ ilə əlaqədar Yeni Azərbaycan Partiyasının, Milli Məclisin rəhbərliyinə təşəkkür etmək istəyirəm. O cümlədən dostlarıma, deputat həmkarlarıma, Milli Məclisin Aparat işçilərinə, Masallı sakinlərinə minnətdaram. Təsəvvür edin, onların arasında günlərlə xəstəxanın həyətində məni gözləyənlər oldu. Mən insanlarla təmasda olmağı sevirəm. Amma bu cür münasibət məni daha da ruhlandırdı. Onların diqqəti mənim üçün ciddi motivasiya qaynağı oldu. Həmçinin Bakı Ürək Mərkəzinin işçiləri də mənə xüsusi qayğı ilə yanaşdılar. Səhhətimlə maraqlananlara, xəstəxanada olduğum dövrdə mənə diqqət edənlərə, bütün dostlara, həmkarlara təşəkkür edirəm. Ailəmə mənəvi dəstək olduqları üçün ayrıca minnətdarlığımı ifadə etmək istəyirəm. Səhhətimlə maraqlananlar məndən zərrəcə narahat olmasınlar, bilsinlər ki, hazırda heç bir problem yoxdur və hər şey normaldır. Artıq iş başındayam.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1222   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021