MSK daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlədi

MSK daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlədiMərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, iclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudov, Liberal Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı, namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun namizədliyinin təsdiq edilməsi məsələsinə baxılıb və təsdiq edilib.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Sosial   Baxılıb: 1414   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR