"Evli ola-ola mənə sevgi elan edən kişilər..." - azərbaycanlı aktrisa şəxsi həyatından danışdı

"Evli ola-ola mənə sevgi elan edən kişilər..." - azərbaycanlı aktrisa şəxsi həyatından danışdıGənc aktrisa Rada Nəsibovanın yenicag.az-a müsahibəsini təqdim edirik.

– Bu gün subaylardan çox evli kişilərin xanımlara eşq elan etməsi sanki dəb halını alıb. Sənə belə etiraflar çox olur?

– O qədər… Evli ola-ola mənə sevgi elan edən kişiləri heç cür qəbul etmirəm.

– Yəni eşq elan edənlərin hamısı ailəlidir?

– Çoxu evlidir. Bir də görürsən təəssüflə yazırlar ki, kaş səni illər öncə tanıyaydım. Biri yazır ki, səndən xoşum gəlir, amma ailəm, uşağım var. Belə sevgi etirafları o qədər olur ki, özüm də bezirəm.

– Bəs nə cavab verirsən?

– Deyirəm, indi mən günahkar deyiləm ki, əvvəllər sizin rastınıza çıxmamışam. İndi olmadı da, neyləyək. Bu da yəqin bir qismətdir. Siz hələ bir qadını xoşbəxt edin, onu yarıyolda qoymayın, yetər.

– Yəni evli insanla sevgi yaşamazsan?

– Yox. Evli kişinin məşuqəsi olmaqdansa, tək yaşamağa üstünlük verərəm. Çünki həmin kişinin qadını ilə də münasibətlərinə xələl gələ bilər. Həm də niyə hansı kişinin həyatında ikinci olmalıyam? Elə birinci olaram da.

– Amma deyirlər, "sevginin gözü kor olur"…

– O da düzdür. Allah başıma gətirməsin, insan sevəndə o böyük sevginin qarşısında aciz olur. Amma bunu özümə arzulamıram. Çünki bu sevgi qadına xoşbəxtlik gətirmir. Biləndə ki, o kişinin yarısı sənə, yarısı xanımına məxsusdur, tam xoşbəxt ola bilmirsən. Başqa qadının ərindən olan uşağını gizlətməyə məcbursan. Bu yaxınlarda bir sevgi etirafı oldu. Yazdım ki, qadınına dəyər verməyən kişi başqa bir qadına necə dəyər verə bilər axı.

– Əks cinsdə hansı xüsusiyyətlərə üstünlük verirsən?

– Təmizliyə üstünlük verirəm. Kişinin səliqə-səhmanlı, zövqlü olması mənim üçün çox əhəmiyyət daşıyır.

– Hansı xüsusiyyətinə görə o oğlandan uzaqlaşardın?

– Yalana görə. Hərçənd oğlanlar yalanlarını üzə vurmayan qadınları daha çox bəyənirlər. Onlar bağışlayan, özünü görməməzliyə vuran qadınları sevirlər. Elə şeylər var bağışlamaq olar, amma elə şeylər də var ki bağışlamaram.

– Məsələn, nəyi?

– Xəyanəti. Bunu qadın üçün təhqir hesab edirəm. İnanmıram ki, hansısa qadın xəyanəti bağışlasın.

– Hərdən fikirləşmirsən ki, vaxt keçir, ailə qurmaq vaxtıdır?

– Bu, qismətə bağlıdır. Həyat istədiyimiz kimi davam etmir. Hər bir qadının arzusudur ki, mükəmməl ailəsi olsun.

– Sənət adamlarının çoxu şəxsi həyatını səhnəyə qurban verir, sonra da peşmançılıq hissi yaşayırlar. Sən necə düşünürsən?

– Mən əvvəllər düşünürdüm ki, heç kəsə görə sənəti qurban verməyə dəyməz. Çünki kim mənə görə nəyisə qurban verdi ki, mən də kiməsə görə nəyisə qurban verim?!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4055   Tarix: 15 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

"20 il qabaq deyirdi ki, tez öləcəyəm"

Tarzən Rövşən Qurbanov mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, bu barədə musiqiçi "Xəzər axşamı" verilişində qonaq olarkən danışıb. İfaçı Aygün Bəylərin 20 il bundan əvvəl onunla söhbəti zamanı tez öləcəyini söylədiyini bildirib:. "O bilird

8 yanvar
.

Dünya ulduzu Bakıya gəlir - FOTO

"Böyük ehtimalla "JARA" bu yay Bakıya qayıdacaq. Biz buna beynəlxalq status əlavə etmək istəyirik və festivalın adı başqa olacaq. O, "Dream Fest" adlanacaq. Hələlik bunu anons etmirik, amma hər şey qaydasında olarsa, orada çoxlu sayda Rusiya və müxtəlif ölkələrdən sənətçilə

6 yanvar
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Tatlısəs məşhur azərbaycanlının mahnısını oxuyub - Video

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın bəstəsini ifa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər AzTV-nin "Görüş yeri" verilişində yayımlanıb. Verilişdə İ. Tatlısəsin ifa etdiyi "Bu ayrılıq nədən oldu" mahısını

30 yanvar
.

Mədəniyyət Nazirliyi yanında Ekspert şurası yaradılıb

Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb. Şura Mədəniyyət Nazirliyinin tabeliyində olan teatr-tamaşa müəssisələri tərəfindən təklif edilmiş illik repertuarları

21 yanvar
.

Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" . "Qafqazinfo" xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib

2 fevral
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar