Bakının gerçək əhali sayı - Dövlət Komitəsi 2,5 milyon deyir, digər mənbələr 3,5 milyon

Bakının gerçək əhali sayı - Dövlət Komitəsi 2,5 milyon deyir, digər mənbələr 3,5 milyonDövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda 9 898 085 nəfər əhali var.

Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.

Rəsmi məlumata görə, ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayıb.

Dövlət Statistika Komitəsinin məlumatından belə çıxır ki, hazırda Bakı şəhərində 2 milyon 256 min 763 nəfər yaşayır. Bəs bu rəqəm nə dərəcədə reallığa uyğundur?

Dövlət Miqrasiya Xidəti yanında İctima Şuranın sədri Azər Allahverənov Modern.az-a deyib ki, demoqraflar tərəfindən aparılan qiymətləndirmələrə görə, Bakıda rəsmi rəqəmlərdə göstərildiyindən daha çox əhali məskunlaşıb:

"Rəsmi məlumata görə, Bakıda təxminən 2 milyondan çox adam məskunlaşıb. Amma bu, rəsmi rəqəmdir və Bakıda qeydiyyatda olan şəxsləri əhatə edir. Kimlərsə daimi, kimlərsə müvəqqəti əsaslarla burada yaşayır. Demoqraflar tərəfindən aparılan qiymətləndirmələr göstərir ki, Bakıda rəsmi rəqəmlərdə göstərildiyindən daha çox əhali məskunlaşıb".

"Bakıda 3-3,5 milyon əhali var"

Ekspert bildirib ki, qeyri-rəsmi mənbələrdə Bakıda əhali sayının 3-3,5 milyon nəfər aralığında olduğu göstərilib:

"Bunların 22,8 faizi daimi əsaslarla yaşayanlardır. Yerdə qalanlar isə müvəqqəti əsaslarla paytaxtda yaşayanlardır.

Azərbaycanda urbanizasiya templəri vaxtilə çox güclü olub. Xüsusilə 2011-2013-cü ilə qədər Bakıya axın müşahidə edilib. Məhz əhalinin 3,5 milyonunun Bakıda məskunlaşması ilə bağlı səslənən rəqəm də həmin dövrə təsadüf edir.

Bildiyiniz kimi, həmin dövrdə böyük iqtisadi layihələr çərçivəsində Bakıda çoxsaylı tikinti meydançaları vardı. Həmin iş yerlərində çalışa biləcək işçi qüvvəsi lazım idi. Həmin vaxt Bakıya axın başlamışdı.

2013-cü ildən sonra Bakıdakı tikinti bumu sönməyə başladı. 2014-cü ildən etibarən urbanizasiya templəri zəiflədi. 2014-2015-ci ildən sonra geriyə axın başladı. Amma bu axın urbanizasiya templərinin artmasına adekvat deyildi. Yəni paytaxtdan bölgələrə geridönüş (deurbanizasiya) edənlərin sayı o qədər də çox deyildi. Qayıdışın əsas səbəbləri tikinti bumunun səngiməsi, iqtisadi layihələrin dayandırılması ilə bağlı idi. Eyni zamanda, bölgələrdə yeni müəssisələr açıldı, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı".

Çoxrmərtəbəli binaların sənədsiz sakinləri

A.Allahverənovun sözlərinə görə, qeydiyyatsız yaşayanların bir qismi də tikinti bumu dövründə ucaldılan çoxmərtəbəli binaların sakinləridir:

"Bildiyiniz kimi, Bakıda sənədsiz evlər problem olaraq hələ də qalmaqdadır. Bu, danılmaz faktdır. Amma xüsusilə axşam saatlarında monitorinq aparılsa, məlum olar ki, çoxmərtəbəli binaların yarısında işıqlar yanmır. Yəni yaşayış yoxdur. Həmin binaların az bir qismi yaşayış yeri kimi istifadə olunur. Bu o qədər aktual məsələdir ki, bunun üçün xüsusi statistik qeydiyyatın aparılmasına ehtiyac var. Bildiyiniz kimi, prezident İlham Əliyev statistik rəqəmlərin toplanması və metodologiyanın tətbiqilə bağlı bir neçə gün əvvəl sərəncam imzaladı. Həmin sərəncamdan irəli gələn öhdəliklərə uyğun olaraq, müvafiq qurumlar bu rəqəmlərin dəqiqləşdirilməsini təmin edəcəklər".

Bakıdakı məcburi köçkünlər...

Ekspert qeyd edib ki, Bakıda əhalinin qeyri-rəsmi sayında məcburi köçkünlərin də müəyyən payı var:

"Təxminən 300 minə qədər məcburi köçkün Bakı və Bakıətrafında məskunlaşmışdı. Amma bildiyiniz kimi, məcburi köçkünlərin yaşaması üçün bölgələrdə 100-dən çox qəsəbə salınırb. İndiyə qədər müxtəlif ərazilərdə məskunlaşan 250 mindən çox məcburi köçkün həmin qəsəbələrə köçürülüb. Amma hər il proses davam etdiyindən rəqəmlər dəyişir. Mən hesab edirəm ki, bu, son deyil. Çünki qəsəbələrin tikintisi, məcburi köçkünlərin köçürülməsi davam edir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1284   Tarix: 18 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Oruc tutmaq xərçəngin yayılmasını ləngidir

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart