Bu tələbələr universitetdən kənarlaşdırılır - Tələbələr şokda

Bu tələbələr universitetdən kənarlaşdırılır - Tələbələr şokdaBakı Slavyan Universitetinin (BSU) magistr pilləsində təhsil alan tələbələrin Universitetdən kənarlaşdırılması qərarı alınıb.

Bakı Slavyan Universitetinin (BSU) magistr pilləsində təhsil alan rusiyalı tələbə Aysel İsmayılovanın muxalifet.az- ın redaksiyasına şikayəti daxil olub. O bildirib ki, bakalavr təhsilini də BSU-da alıb. Rusiya vətəndaşı olduğundan Azərbaycanda yaşamaq üçün 5 illik icazəsi var. 2016-cı ildə imtahansız şəkildə BSU-nun magistr pilləsinə qəbul edilib.

Birbaşa universitet tərəfindən dəvət olunduğunu deyən xanım, imtahansız təhsilə başladığını qeyd edir. Fevral ayının 8-i isə universitet rəhbərliyi onu çağırıb və təhsildən uzaqlaşdırılacağını bildirib. Səbəb olaraq göstərilib ki, 2015-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi qərar göstərilib. Həmin qərara əsasən, ölkədə 5 illik icazə ilə yaşayan əcnəbilər magistr pilləsinə imtahan verərək qəbul olunmalıdırlar.

A.İsmayılova sual edir ki, bu qərar 2015-ci ildə verilibsə, onları 2016-cı ildə magistr pilləsinə niyə qəbul ediblər? O qeyd edib ki, məhz bu məsələyə görə universitetdə dekan vəzifəsində çalışan Lamiyə Quliyeva vəzifəsindən azad olunub. Universitet rəhbərliyi ona məsləhət görüb ki, Təhsil Nazirliyi ilə əlaqə saxlasın. Nazirliyə vəkili ilə getdiyini deyən A.İsmayılovaya bildiriblər ki, bu məsələnin istisna hal kimi dəyərləndirilməsi mümkün deyil.

Məsələyə aydınlıq gətirmək üçün BSU ilə əlaqə saxlanılıb. Ali təhsil ocağının Əcnəbi Tələbələrlə İş üzrə Şöbəsinin rəhbəri Ülviyyə Məmmədova bildirdi ki, hazırda universitet daxilində bu məsələ ilə bağlı ciddi araşdırma başladılıb, mövcud vəziyyətin həllinə çalışılır:
"Təəssüf ki, universitetimizdə təhsil alan bir neçə əcnəbi tələbə ilə bağlı belə bir problem var. Bu dəqiqə problemin həlli üçün çalışırıq. Universitet daxilində ciddi araşdırma başaldılıb.

Ötən ilin ikinci rübündə məhz bu məsələ ilə bağlı Lamiyə Quliyeva dekan vəzifəsindən azad edilib. Ona görə, sizə bəzi məlumatları deyə bilmirəm. Aysel xanımın vəkili birbaşa bizə müraciət edib. Bu məsələdə, bəli, universitetimizin də öz günahları var. Problemin həlli üçün tələbə universitetdən kənarlaşdırıldıqdan sonra məhkəməyə müraciət edə bilər. Məhkəmə prosesində bütün bu məsələlər – onların imtahansız qəbulu, təhsil prosesinə kimlərin göstərişi ilə başladıqları və s. məqamlara aydınlıq gətiriləcək.

Prosesin sonunda universitetdə özbaşınalığın olduğu təsdiqlənsə, nazirliyin göstərişi ilə tələbənin təhsilə davam etməsi tərəfimizdən təmin ediləcək. Diplom sənədi də təhsil ilinin yekununda ona təqdim olunacaq".

Mənbə:A24.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4204   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir

Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlər Məhkəmə-Hüquq Şurasına həvalə edilir. -ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentə tövsiyə olunan "Məhkəmələr və hakimlər haqqında" Qanuna təkli

29 mart
.

Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal

Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur. Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir

29 mart
.

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb. -a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib v

29 mart
.

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır - FOTO

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib. xəbər verir ki, Ohanyanla birlikdə "Ermənistan" fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub. Bağani

29 mart
.

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədi

29 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

Ermənistandan Solovyovla bağlı QADAĞA

Ermənistan ölkə ərazisində rusiyalı teleaparıcı Vladimir Solovyovun "Rossiya 1" telekanalında yayımlanan müəllif verilişlərinin yayımını qadağan edib. Bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar son vaxtlar Vladimir Solovyovu

29 mart