Prezident bu borcların silinməsini təklif edib

Prezident bu borcların silinməsini təklif edibAzərbaycan prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev tərəfindən MM-ə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsi təqdim edilib.

Qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;

Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9086   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart
.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

Azərbaycanda Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat". "axşam.az"a istinadən xəbə

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart