Azərbaycan sərhədlərində müharibə başlayır

Azərbaycan sərhədlərində müharibə başlayırBirləşmiş Ştatlar İranla uzunmüddətli münaqişəyə hazırdır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmasterin sözlərinə görə, 2018-ci ilin birinci yarısı islam respublikasına hücum etmək üçün əsl vaxtdır. Amma Vaşinqton üçün bir problem var.

Vaşinqtona Avropa İttifaqının köməyi lazımdır.

Amma avropalılar İranla ticarət etməyə və duşmənçilik etməməyə üstünlük verirlər. Avropa İttifaqının mövqeyi Vaşinqtonda qıcıqlanmaya səbəb olur. Təsadüfi deyil ki, Makmaster Tehranın raket proqramı və İran iqtisadiyyatına dəstək verən investorları ittiham edib.

Suriyada bir sıra rayonları nəzarətdə saxlayan İran İŞİD-dən sonra Donald Tramp administrasiyasının ən prinsipial düşmənidir. 2017-ci ildə Ağ Evdə İranı "dünyada terrorizmin bir nömrəli sponsor" adlandırdılar və bildirdilər ki, yeni sanksiyaların tətbiqi üzərində düşünürlər. ABŞ prezidenti Tehranı bağlanmış nüvə sazişinə yenidən baxmaqla hədələyir. Əgər razılaşma ləğv edilərsə, ticarət məhdudiyyətləri yalnız İrana deyil, həm də onunla ticarət edən hamıya, o cümlədən Avropa İttifaqına toxunacaq.

Hadisələrin belə inkişafı Avropa İttifaqını qətiyyən qane etmir. Quruma üzv ölkələrin şirkətləri artıq İran iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyub.

"Avropalılar və amerikalıların arasında bu məsələdə ciddi fikir ayrılığı var. Tehran bütün aviasiya parkının yenilənməsi haqqında fransızlarla böyük müqavilə bağlayıb. Paris və Berlin İranın karbohidrogen ehtiyatlarının çıxarılmasında fəal şəkildə iştirak etməyə çalışır. Yeni sanksiyalar Avropanın İranla əməkdaşlığı sahəsində böyük perspektivləri şübhə altına qoyur. ABŞ və Avropa İttifaqının maraqları burada diametral əksdir", - Yaxın Şərq və Mərkəzi Asiyanın öyrənilməsi Mərkəzinin direktoru Semyon Baqdasarov "RİA-Novosti" agentliyinə danışıb.

Avropa İttifaqı və ABŞ arasındakı fikir ayrılıqları iqtisadi məzmun daşıyır. Avropa şirkətlərindən fərqli olaraq Amerika şirkətlərindən islam respublikasına praktik olaraq sərmayə qoymayıblar. Əgər Tramp sanksiyalar haqqında qərar qəbul edərsə, Avropa İttifaqından olan şirkətlər milyardlarla dollardan məhrum olacaqlar.

Vaşinqton Tehranla qarşıdurmada iki Yaxın Şərq dövlətinin – Səudiyyə Ərəbistanı və İsrailin sözsüz dəstəyinə bel bağlayır. İsrail yaxın vaxtlarda İranın pilotsuz uçuş aparatını vurmaqla ABŞ-a dəstəyini açıq nümayiş etdirdi. İsrail həmçinin Suriyada İranin obyektlərini bombaladı.

İsrailin baş naziri Binyamin Netanyahu qarşıdumanın davam etdirilməsinə köklənib.

"Lazəm olduğu halda, biz yalnız İranın müttəfiqlərinə qarşı deyil, həm də İranın özünə qarşı hərəkət edəcəyik", - İsrail baş naziri bildirib.

İranın cavabı gecikmədi. Hökumət dairələrinə yaxın "Times of Tehran" nəşri Makmasterin qeydləri iranofobiya nümunəsi kimi" məqaləsini dərc etdi. Nazir Zərif isə anti-Amerika müttəfiqi Rusiyaya yollandı.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq ölkələrinin öyrənilməsi Mərkəzinin elmi işçisi İrina Fyodorova bildirib ki, İranla nüvə sazişinin ləğvi və bu ölkəyə təzyiqin yenilənməsi Rusiyanın maraqlarına uyğun deyil.

"Nüvə razılaşmasının ləğvi bütün dünya üçün təhlükəlidir. Bu, özünün nüvə proqramı olan və İranla oxşar problemləri olan Şimali Koreya ilə razılaşmanı qeyri-mümkün edəcək. Bu həmçinin, İranla problemlərin diplomatik nizama salınmasının altına mina qoyacaq. Bütün bunlar Rusiya və Avropa İttifaqının maraqlarına qəti surətdə uyğun deyil. Bundan başqa, avropalılar üçün perspektivli və inkişaf edən İran bazarına qayıtmaq əhəmiyyətlidir. Fransa təyyarələrin çatdırılması üzrə İranla müqavilə bağlayıb. Bu təyyarələrin detalları ABŞ-da istehsal edilir və Tramp sanksiyaları tətbiq edərsə, irihəcmli saziş təhdid altına düşəcək", - şərqşünas deyib.

Fyodorova hesab edir ki, İranla razılaşmaya yenidən baxılması ABŞ-ın özü üçün də əlverişsizdir və buna görə də demokratlar Trampın kursuna qarşı çıxış edirlər.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2841   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart