11 gün yoxa çıxan təzə gəlinlə bağlı şok detal

11 gün yoxa çıxan təzə gəlinlə bağlı şok detal"Gəlinim tapılıb. Amma kaş ki, tapılmayaydı".
Bunu AzNews.az-a açıqlamasında Göygöl rayonunda evdən qaçan iki aylıq gəlin - Asiya Ağakişiyevanın qayınatası Tanrıverdi Bayramov deyib. Onun sözlərinə görə, Asiya polis şöbəsinə verdiyi izahatda qayınatasının ünvanına ağır ittihamlar yazıb:

"Gəlin olasan, oturduğun yerdə evindən qaçasan və adama heç nədən şər atasan? Gəlinim bizi şərləyib. Deyib ki, qayınatam mənə zəhər verib. Polis şöbəsində izahat verib ki, guya onu Gəncədə bir qoca arvad saxlayıb, onunla qalırmış. Anlaya bilmirəm, qoca arvad 13 gündə çıxıb bir dəfə zəng eləmədi, demədi ay qonşu, evimə bir qız gəlib? Ay bala, sənin atan, anan narahat olar? Asiya hazırda atası evindədir. Bir dəfə bizdə olanda pomidor turşusundan zəhərlənmişdi. Atasına dedim ki, qızın zəhərlənib. Gəldik ona su, qatıq verdik, keçdi. İndi gedib polis şöbəsində izahat verib ki, "məni yola vermirdilər, zəhər içib özümü öldürmək istədim". Oturduğum yerdə işə düşmək buna deyirlər. Mən bunu belə qoymayacam. Axşam onunla üz-üzə oturdum. Dedim ki, biz sənə güldən ağır nə demişik? Başını salıb aşağı, polisə deyir ki, "məni burdan apar". İki ay evimin gəlini olub, ona gözün üstə qaşın var deyən olmayıb".

Tanrıverdi Bayramovun sözlərinə görə, Asiya evliliyi ilə bağlı son fikrini bildirib: "Qız deyir ki, mən o evə qayıtmayacağam. İkincisi də, o gəlin bundan sonra mənə lazım deyil. Bu biabırçılıqla mən yaşaya bilmərəm. Mən kamerada onun getməyinə yenidən baxdım. O, evdən çıxanda hazırlıqlı çıxıb. 3 dənə üst-üstə kofta geyinib, sonra başqa seylər də götürüb könüllü şəkildə taksiyə oturub gedir. Hara gedir, onu kim qarşılayıb - bax bu, artıq polisin işidir. O gəlini mən aparıb neyləyəcəm? Oğlum da onu qəbul eləmir. Bütün kənd bizi tanıyır, 13 gün evdə olmayan gəlini kim evinə buraxar? Bütün Azərbaycan bizdən danışır".

Xatırladaq ki, Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Rayonunun Mollacəlilli kəndində yaşayan 20 yaşlı Asiya Ağakişiyeva 13 gün axtarışdan sonra Gəncədə kirayə tutduğu mənzildə tapılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 10107   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Report-a isinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib. Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. E.Bağıro

18 aprel
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18 aprel
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18 aprel
.

Marketdən 8 min manatlıq spirtli içki oğurlandı - ANBAAN VİDEO

Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 800 manat dəyərində spirtli içki oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərl

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel