Zakir Həsənovun irimiqyaslı müharibə xəbərdarlığının səbəbi

Zakir Həsənovun irimiqyaslı müharibə xəbərdarlığının səbəbi
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını vurğulayaraq, müharibənin hər an başlaya biləcəyini istisna etməyib.

Nazir qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidirlər.

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Sonxeber.az-a açıqlamasında bildirib ki, ölkə başçısı İlham Əliyevin son çıxışlarında daha kəskin və hərbi bəyanatlar verməsi təsadüfi deyil. Dövlət başçısının hər bir addımı silahlı qüvvələrimiz tərəfindən daha da möhkəmləndirilir və əsaslı olduğu göstərilir. Digər tərəfdən qərb nümayəndələri qarşısında verilən mesajlar, Avropa Birliyinə daxil olan ölkələr maksimum dərəcədə çalışırlar ki, Cənubi Qafqazda hərbi toqquşmalar reallaşmasın. Bölgə Avropa məkanı ilə inteqrasiya olunub, iqtisadi cəhətdən əlaqələr qurulub. Onların transmilli şirkətləri bu regionda fəaliyyət göstərirlər. Bütün bunların taleyi qərbi narahat edir:
"Belə olan halda Azərbaycan tərəfinə qərbdən müəyyən basqılar və təsirlər edilir ki, Azərbaycan Ermənistanın əleyhinə tutduğu kəskin mövqeləri, Ryusiyadan alınan ağır silahların təmas xəttinə yaxınlaşdırılmasını, qoşunların üz-üzə dayandığı ərazilərdə son dəqiqə müasir silahları toplamasın. Qərbin kəşfiyyat mərkəzləri burada kifayət qədər çoxdur.

Millət vəkili vurğulayıb ki, Rusiyadan İrandan daha çox Avropanın ayrı-ayrı dövlətləri və onların təmsilçiləri Bakıya savaşın nə ilə nəticələnəcəyini çatdırmaq üçün o mesajları gətirir. Onlar Ermənistan tərəfindən çıxış etdiklərini hiss etdirirlər. Öz özlüyündə onların siyasi vəkillik mövqeyi görünür. Onlar Rusiyanın bütövlükdə bölgəyə sahib olacağından qorxurlar. Elə hesab edirlər ki, biz Putinin verdiyi toplarla qalib gəlsək, bu Moskva və Bakı arasında hərbi ittifaqın güclənəcəyindən narahatdırlar. Rusiya ilə Azərbaycan əlaqələrini daha da yaxınlaşdırar. Buna görə də qərb Qarabağ məsələsində Azərbaycana hərbi cəhətdən yardım etmək istəmirlər.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 7081   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel