Türk düşmənlərinin kökü kəsiləcək: Ankaranın strategiyasında 3 vacib istiqamət

Türk düşmənlərinin kökü kəsiləcək: Ankaranın strategiyasında 3 vacib istiqamətDünən Suriya hökumətinə bağlı qüvvələrin Türkiyənin "Zeytun budağı" əməliyyatı keçirdiyi Afrinə daxil olması barədə xəbər gündəmi bir anda dəyişdi.

Bölgədə hərəkətlilik dərhal artdı və türk qırıcıları Bəşər Əsəd rejiminə bağlı güclərin girdiyi bölgəni bombalamağa başladı. Türkiyə qırıcılarının aviazərbələri və top atəşləri ilə edilən xəbərdarlıqdan sonra, rejim tərəfdarı olan qüvvələr Afrinin şəhərinə 10 kilometr qalmış geri çəkilməyə məcbur olublar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bu gün keçirdiyi mətbuat konfransında bildirdi ki, iddia edildiyi kimi, Dəməşq və Afrindəki YPG terrorçuları arasında razılaşma yoxdur.

"Hələbin ətrafından Afrinin cənub bölgələrinə, oradan da şəhərə girməyə çalışan 40-50 avtomobillik konvoyun hərəkətini müşahidə etdik. Konvoy artilleriya atəşi ilə dayandırılaraq geri çəkilməyə məcbur edildi. Burada iddia edildiyi kimi bir razılaşma yoxdur", - o söyləyib.

Amma YPG ilə Bəşər Əsədin razılaşma ehtimalı da nəzərdən keçirilir. Belə bir razılaşma olsa, Türkiyə hansı strategiya ilə hərəkət edəcək?

Publika.az "Milliyyət" nəşrinə istinadən xəbər verir ki, belə bir razılaşmanın olduğu təsdiqini taparsa, bu aşağıdakı şəkildə şərh oluna bilər.

1. Bəşər Əsəd və onun arxasındakı Rusiyanın istədiyi təqdirdə YPG-ni hərəkətə keçirə biləcəyini göstərir.

2. Rusiya ilə dialoqun olması vacibdir. Çünki, arxasında Moskva olmasaydı, Əsəd belə bir addım ata bilməzdi. Afrinə nəzarət edən YPG-yə uzun illərdir əsas dəstəyi verən ölkə Rusiyadır.

3. Əsədin əsgərləri Afrində - Türkiyə-Suriya sərhədində yerləşdirilərsə, Dəməşqlə koordinasiyanın qurulmasının əhəmiyyəti daha da artacaq. Bundan başqa, Əsədlə YPG-yə qarşı ittifaq da gündəmə gələcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, rejim YPG-ni təmizləmək üçün Afrinə girərsə, burada heç bir problem yoxdur.

Və nəhayət: YPG Afrindən çıxaraq ehtimal ki, Fəratın şərqinə, yəni ABŞ-ın nəzarət etdiyi bölgəyə keçəcək. Bu, ABŞ-la Rusiya arasında de-fakto razılaşmanın olduğunu göstərir. Yaxın gələcəkdə Fəratın qərbinin YPG-dən təmizlənəcəyini, şərqdə YPG-nin varlığına ABŞ-ın sahib çıxacağını söyləmək olar.

Üç əsas strategiya

"Milliyyət" hesab edir ki, YPG probleminin öhdəsindən gəlmək üçün Ankaranın yürütdüyü strategiya üç istiqamətlidir. Bunlar beynəlxalq, regional və yerli səviyyədədir.

1. ABŞ və Rusiya arasında beynəlxalq tarazlıqda balans yaratmaq çox vacibdir. İki böyük gücə də bel bağlamadan hər ikisi ilə əməkdaşlığı saxlamaq YPG probleminin öhdəsindən gəlmək üçün geniş meydan yarada bilər.

2. Bölgə ölkələri ilə ittifaqın önəmi getdikcə daha önə çıxır. Tehran və Bağdadla dialoq Ankaranı xeyli rahatlatdı. Dəməşqlə ittifaqın da nə qədər fərq yaradacağı aydındır. Rejim bundan sonra YPG ilə məsafəli davranarsa, Ankarada Dəməşqə qarşı mülayim atmosfer yarada bilər.

3. Suriyanın şimalında PKK/YPG bağlantısı olmayan kürd qrupları gözardı edilə bilməz. "Kürd Milli Şurası"nın çətiri altında 8 kürd partiyası var. Bunların hamısı Şimali İraq kürd muxtariyyətinin keçmiş lideri Məsud Bərzaniyə yaxındır. Bu partiyalar uzun müddətdir YPG-yə rəqibdirlər.

Ankara PKK-nın nəzarətində olmayan qruplarla Bərzaninin vasitəsilə dialoq qura bilər. Beləliklə, Bərzaninin dəstəyini alaraq Suriyanın şimalında YPG-yə qarşı olan kürd qruplarını gücləndirmək olar.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1373   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021