Bu dərmanları təhlükəsiz hesab edirik, amma...

Bu dərmanları təhlükəsiz hesab edirik, amma...Hazırda qış fəslidir və soyuq havalar da insanlarda müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Həmçinin də uşaqlar bu cür xəstəliklərə tez yoluxurlar. Onlarda qrip, soyuqdəymə, özkürək, qızdırma və sair kimi hallara daha sıx rastlanır. Xüsusilə də bu il geniş şəkildə yayılmış, adıçəkilən xəstəliklərdən bir neçə günə qurtulmaq mümkün deyil və hətta bu aylarla davam edir. Uşaqda xəstəliyin sağalmadığını görən valideyn isə çox təşvişə düşür. Çarəni dərman preparatlarında görürlər. Uşaqlara sağlamlıq baxımından daha uyğun gördükləri bitki dərmanları verməyə çalışırlar. Amma mütəxəssislər, bütün dərmanların olduğu kimi, bitki tərkibli dərmanların da yerli-yersiz istifadəsi zamanı müəyyən fəsadlara yol açacağını bildirirlər.
Bununla bağlı məluymat verən pediatr Altay Abdullaoğlu deyir ki, bütün dərmanların fəsadları, yan təsirləri mövcuddur: "Həkimin məsuliyyəti xəstəyə doğru diaqnoz qoymaq və o xəstəni sağaltmaq üçün imkan daxilində ən yüngül, ən az sayda dərmanların təyin edilməsidir. Uşaqlara dərman preparatları verilərkən mütləq olaraq onların yaşı, çəkisi nəzərə alınmalıdır. Lakin həkim doğru diaqnoz qoyduqdan, uşağın yaşını, çəkisini düzgün nəzərə aldıqdan sonra belə fəsadlar baş verərsə, bundan dolayı həkim məsul deyil".

Abdullaoğlu bildirir ki, bəzi valideynlərdə belə bir düşüncə var ki, həkim dərmanı yazdı və o dərmandan sonra fəsadlar əmələ gəldisə, deməli burda mütləq olaraq həkim günahkardır: "Təbii ki, bu düzgün düşüncə deyil. Belə ki, həkim xəstəliyi müalicə etmək üçün bəzən dərman yazmaq məcburiyyətindədir. Dərmansız xəstəliyi müalicə etmək mümkünsüzdür. Və hazırda müasir təbabətdə fəsadı olmayan dərman preparatı da mövcud deyil. Ən sadə hesab etdiyimiz dərmanların belə çox sayda fəsadları mövcuddur".

Pediatr vurğulayır ki, bəzən valideynlər yanlış olaraq elə bilirlər ki, dərmanların bir çoxunun, xüsusi ilə də bitki tərkibli dərmanların fəsadları yoxdur: "Buna valideynlərin həkimə müraciət etmədən, istifadə etdiyi "qızdırma salıcı" dərmanları da misal göstərmək olar. Bunlardan ən sadəsi, yan təsiri az olaraq hesab olunanı, uşaqlar və böyüklər tərəfindən daha çox istifadə edilən "parasetamol" tərkibli dərmanlardır. Lakin hətta bu tərkibli dərmanların belə çox sayda fəsadları ola bilər. Bu dərmanı istifadə etdikdən sonra mədə-bağırsağın, ürəyin, tənəffüs siteminin, dərinin, qaraciyərin, böyrəyin, sinir sisteminin, gözün, qan xəstəliklərinin belə, bir sıra poblemləri ortaya çıxa bilər. Ona görə də hətta sıradan hesab olunan dərmanları belə həkim göstərişi olmadan qəbul etmək doğru deyil. Bizlər bir həkim olaraq, müasir tibb olaraq, bir valideyn olaraq dərmanların bu yan təsirlərindən xilas ola bilmərik, lakin dərmanların yersiz istifadəsinin qarşısını ala bilərik".

Mənbə: Ailem.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1893   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021