Bakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJ

Hərdən düşünürəm ki, xoşbəxtlik sadəcə insanlara, canlılara məxsus bir hiss deyil. Məncə, cansız əşyalar - mənzillər, otaqlar, divarlar da xoşbəxt ola bilərlər. Bu xoşbəxt mənzillərdən biri də Bakı şəhər, Səbail rayonu Tərlan Əliyarbəyəv küçəsi 6 ünvanında yerləşir.

Unudulmaz şair Səməd Vurğunun ömrünün son iki ilini (1954-1956) keçirdiyi bu ev əzəməti ilə birgə, xoşbəxtliyini də nümayiş etdirir. 1974-cü ildə təşkil edilən bu ev-muzeyin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olub. Bu Azərbaycanda yazıçı və bəstakarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir.

Mənzilə daxil olan kimi onun aurasına qapılırsan. Sanki divarlar da məğrur şəkildə hansı şəxsiyyətləri gördüklərini sənə bildirməyə çalışırlar.

Gözlərin sırasız şəkildə əşyaları seyr etməyə başlayır. Səməd Vurğun, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun otağın fərqli künclərində duran kiçik büstlərinin baxışları sanki eyni nöqtədə kəsişərək söhbətləşirlər.

Muzeyin direktoru, mərhum şairimiz Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə xanım bizi çox xoş qarşıladı. O, muzeyə direktor təyin olduqdan sonra burada etdiyi yeniliklərdən danışdı. Şübhəsiz ki, bu muzeyi daha da dəyərli və gözəl edən də elə Nüşabə xanımın muzeydə Yusif Səmədoğlu və Vaqif Səmədoğlu guşələrini yaratmasıdır. O, muzeyə direktor təyin olduğu il (2015) bu təşəbbüsünü reallaşdıraraq, sadəcə bir ailə üçün yox, həm də ədəbiyyat üçün böyük bir addım atıb. Axı bu üç dahini sadəcə qan bağları, eyni mənzildə yaşamaqları yox, həm də ədəbiyyat kimi müqəddəs bir məfhum da birləşdirir.

Nüşabə xanım "Səməd Vurğunun şeirlərini daha çox sevirsiniz, yoxsa Vaqif Səmədoğlunun" sualına belə cavab verdi.

- Səməd Vurğunun şeirlərini məktəb vaxtından öyrənirdik. O, həqiqətən də ədəbiyyatımızda əvəzolunmaz şairlərdəndir. Düzü, o vaxtlar ədəbiyyatı çox sevsəm də, poeziya ilə o qədər də maraqlanmırdım. Poeziyanı mənə sevdirən isə Vaqif Səmədoğlu oldu.

Elə doğrudan da müqayisə edilməməli olan bu iki şairin poeziyamızda xüsusi yeri var. Yazıçı Yusif Səmədoğlu isə bu iki şairdə də olan ilahi verginin nəsrimizdəki təcəssümüdür.

Səməd Vurğunun yazı masasındakı telefonunu görən kimi Vaqif Səmədoğlunun qardaşı Yusifə ithaf etdiyi, atasının ölümünə həsr olunmuş "Qantel" şeirini xatırlatdım.

Bi­lir­siz qan­tel nə­dir?
Çu­qun­dan tö­kül­müş,
U­zun­bel sək­ki­zə bən­zər
ə­zə­lə bər­ki­dən.
Mən bir də­fə
dün­ya­nın ən ağır
qan­te­li­ni qal­dır­dım:
te­le­fon ça­ğır­dı mə­ni,
gö­tür­düm dəs­tə­yi,
səs gəl­di:
-Özü­nü ələ al,
öl­dü...
Qüv­vəm çat­ma­dı,
düş­dü əlim­dən
dün­ya­nın ən ağır qan­te­li...

Səməd Vurğunun yazı masasının şüşəsi altında qalan çəkilməmiş siqaretləri isə insanı kədərə boğurdu.

Masadakı son əlyazması, yazdığı son şeir, son bənd də elə şairin ölümündən sonra necə qiymətləndiriləcəyindən xəbər verirdi.

Baxt məni bu yerə qonaq göndərdi,

Gedirəm, yamandır ayrılıq dərdi.

Demə Səməd Vurğun gəldi gedərdi,

Unutmaz bu oba, bu mahal məni.

Vaqif Səmədoğlu və Yusif Səmədoğlu üçün ayrılmış guşə də möhtəşəmliyini açıq şəkildə nümayiş etdirirdi. Hər iki yazıçının yazı masaları, çap maşınları, sonuncu siqaret qutuları və siqaretləri.

Vaqif Səmədoğlunun əsaları, fotoaparatları, pianosu. Yusif Səmədoğlunun skripkası, qol saatları, qəlyanları və bütün digər aksesuarlar sahiblərini həm məmnunluq hissi ilə xatırlayır, həm də bizə xatırladırdılar.

Səməd Vurğunun öldüyü vaxt həyat yoldaşı Xavər xanım tərəfindən dayandırılan saat isə bu şairin və övladlarının yaradıcılığının zamanla çərçivələnmədiyini nümayiş etdirirdi. (publika.az)
Bakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJBakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1408   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021