Bakıda məhbusları məhkəmə zalından QAÇIRTDILAR

Bakıda məhbusları məhkəmə zalından QAÇIRTDILARBakıda "Gülənçi" olan iki Türkiyə vətəndaşı fevralın 19-da məhkəmədən qaçırılıb.

Sonxeber.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Ayhan Səfəroğlu barəsində 2-ci Ankara sülh Cəza Hakimliyinin 2018-ci il 5 yanvar tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışa verilib. O, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilib. A.Səfəroğlu isə həmin zaman Bakıda, Nərimanov rayonunda yaşayıb. Türkiyə dövləti Azərbaycan Baş Prokurorluğuna müraciət edərək onun saxlanılması və ekstradisiya olunmasını istəyib.

Bu müraciətə əsasən Səfəroğlu fevralın 8-də saxlanılaraq Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində 40 günlük həbs qətimkan tədbiri seçilib. Fevralın 17-də isə baş prokurorun birinci müavini Rüstəm Usubov Nərimanov rayon prokurorluğuna müraciət edərək A.Səfəroğlunun hüquq-mühafizə orqanlarının çağırışlarına gələcəyini, ölkəmizdə daimi yaşayış yerinin olmasını nəzərə alaraq onun barəsindəki həbs qətimkan tədbirinin ləğv edilməsi üçün məhkəməyə təqdimat verilməsini istəyib.

Nərimanov rayon prokuroru Vüqar Əliyev bu müraciətə əsaslanaraq məhkəməyə eyni məzmunlu təqdimat verib. Hakimi Ramin Quliyev təqdimatı təmin edərək A.Səfəroğlunun iclas zalından azadlığa buraxılmasına qərar verib. Lakin A.Səfəroğlu elə oradaca yoxa çıxıb.

Vəkili Zaur Niftəliyev "Qafqazinfo"ya açıqlamasında hadisənin necə baş verdiyini danışıb: "Məhkəmə qərarı elan edildikdən sonra Penitensiar Xidmətin nümayəndələri bizə dedilər ki, aşağıda gözləyin, Ayhanın pal-paltarı,əşyaları barədə aktlaşdırma aparılacaq, sonra özü gələcək. Biz də məhkəmənin girişində təxminən yarım saat gözlədik, Ayhanın dostlarından biri tələsik gəlib dedi ki, onu mülki maşınla apardılar. Kim, hara, niyə apardı, biz bilmədik".

Z.Niftəliyev deyib ki, məsələ ilə bağlı Azərbaycanın dövlət qurumlarına məlumat verilib: "Bizim ehtimalımıza görə onu Dövlət Miqrasiya Xidməti əməkdaşları aparıblar. Amma müraciət etdim, onlarda olmadığı deyildi. Özüm də qanunsuz miqrantların saxlanıldığı yerə baxdım, orada yox idi. Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdim. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən Ayhanın yoldaşını dəvət edib izahat aldılar. Amma polisdən də bir xəbər yoxdu. Bundan sonra Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə də müraciət edib bu barədə məlumat verdim. Dövlət Sərhəd Xidmətinə də sorğu verib ölkədən çıxıb-çıxmadığını soruşmuşuq".

Vəkil bildirib ki, A.Səfəroğlu ilə birgə saxlanılan və eyni cinayətdə ittiham edilən Ərdoğan Taylan da eyni aqibətlə üzləşib: "Həmin gün onun barəsində də həbs qətimkan tədbirinin ləğv edilməsi üçün Binəqədi rayon Məhkəməsinə müraciət edilib və azadlığa buraxılan kimi yoxa çıxıb. Eyni ittihamla tutulan üçüncü bir şəxs də var, o hələ həbsdədir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2855   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Daha bir məhkum Bakı həbsxanasında öldü

Bakıda daha bir məhkum həbsxanada ölüb.  xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada cəza çəkən Nəcəfov Elşən Nəcəf oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir

11 aprel
.

Ukraynada son vəziyyət: "Əhalisi 30 min nəfərə yaxın olan şəhərdə 10 faiz əhali qalıb" - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Xarkov vilayətinin Vovçanska şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib. Belə ki, əhalisi 30 min nəfərə yaxın olan bu şəhərdə 10 faiz əhali qalıb

14 aprel
.

Gürcüstanda yol qəzalarının sayı rekord həddə çatıb

2023-cü ildə Gürcüstanda qeydə alınan yol qəzalarının sayı 14% artaraq rekord həddə - 55,6 minə çatıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat dərc edib. Buna baxmayaraq, qəzalarda həlak olanların sayı 7 310 nəfərə düşüb ki, bu da əvvəlki ill

14 aprel
.

Azərbaycanda FACİƏ: Ata və 6 yaşlı qızı Kür çayında batdı

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb. -a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisind

12 aprel
.

Bakıda evdən naməlum kişi meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.  xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada evlərin birindən 50-60 yaş aralığınad olan naməlum kişi meyiti tapılıb. Onun hansı səbəbdən öldüyü hələlik  bilinmir. Araşdırma aparılır

11 aprel
.

Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən bir km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşka komissarının müavini Həbibullah Musahel bildiri

13 aprel
.

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan  -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl

11 aprel
.

Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib. Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsini

15 aprel
.

Bakıda mağazakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB + VİDEO

Bakıda mağazada yanğın məhdudlaşdırılıb. FHN-dən -a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən "Maşın bazarı"nın ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və mağazad

13 aprel