Hər gün istifadə etdiyimiz bu qida məhsulunda TƏHLÜKƏ - "Əhali narahatdır"- VİDEO

Hər gün istifadə etdiyimiz bu qida məhsulunda TƏHLÜKƏ - "Əhali narahatdır"- VİDEOXarici ölkələrdən gətirilən və hazırda mağazalarda satılan düyülərin saxta, plastik düyü olduğunu sübut edən video yayılıb.

Yayılan videoda iki nəfər ayrı-ayrı qablara tökülmüş Masallı rayonunda yetişdirilmiş yerli düyü ilə xaricdən gətirilən, saxta olduğu hesab edilən düyünün qəribə üsulla tərkibini yoxlayırlar.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a açıqlamasında bildirib ki, məlumat mediada yayıldıqdan sonra AİB-ə artıq plastik düyü satışı ilə bağlı 10 nəfər müraciət edib. Əhali bundan narahatdır. Amma həmin material dezinformasiyadır, həqiqəti əks etdirmir".

"Ölkədə plastik düyü yoxdur. Xarici ölkələrdə istehsal olunsa da Azərbaycana gətirilmir. Ölkədə 20 ilə yaxındır suni gül satılır, xaricdən idxal olunur. Buna uyğun olaraq da bəzi xarici ölkələrdə, Çində suni düyü istehsalı var. Lakin, o Azərbaycana gətirilmir. Həmin görüntülərə baxanda aydın olur ki, məlumatı yayan şəxs ilk düyünün Masallıya aid olduğunu deyir digərinin isə hansı şirkət tərəfindən istehsal olunduğunu açıqlamır. Öz adını və düyünün üzərinə tökdüyü maddəni açıqlamır. Bu məlumat tam dezinformasiyadır və bazarda rəqabət yaratmaq üçün amildir.Azərbaycanda suni düyü yoxdur. Məlumatı yayan şəxs həmin düyünü bizə təqdim etsə və adını açıqlasa biz həmin düyünü gətirən şəxsi ifşa edib onu bazardan çıxara bilərik", deyə AİB sədri Eyyub Hüseynov bildirib.

Qeyd edək ki, yerləşdirilən videoda hər iki düyünün üzərinə kimyəvi maddə tökülür. Yerli düyünün üzərinə kimyəvi maddə tökülməsinə baxmayaraq, heç bir hadisə baş vermir. Ancaq saxta olduğu hesab edilən plastik düyünün üzərinə kimyəvi maddə töküldükdən bir qədər sonra düyü əvvvəlcə tüslüləməyə başlayır, daha sonra isə rəngi tamam dəyişərək əriyir. Hətta yerləşdiyi qabı da əridir. Xaricdən gətirilən, xüsusilə Çin istehsalı olan düyülərin tərkibinin saxta, plastik olması ilə bağlı dəfələrlə videolar yayılıb.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6809   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

29 mart
.

Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Bununla yanaşı, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər və 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılmas

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Milli Məclis Naxçıvanla bağlı qərar verdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir. Bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçis

29 mart
.

Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb

Sumqayıtda zavodda ölüm hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Sumqayıt Boruyayma Zavodunda qeydə alınıb. Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin iş zamanı başına boru düşüb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

29 mart
.

Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı

Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin sabiq rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyevə yeni vəzifə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Pərviz Vəliyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Əməyi

29 mart
.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

29 mart
.

Bu halda ipotekaya xitam veriləcək

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey

29 mart