Bakıda məhkəmədən yoxa çıxan məhkumların FOTOLARI yayıldı

Bakıda "Gülənçi" olan iki Türkiyə vətəndaşı fevralın 19-da məhkəmədən qaçırılıb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Ayhan Səfəroğlu barəsində 2-ci Ankara sülh Cəza Hakimliyinin 2018-ci il 5 yanvar tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışa verilib. O, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilib. A.Səfəroğlu isə həmin zaman Bakıda, Nərimanov rayonunda yaşayıb. Türkiyə dövləti Azərbaycan Baş Prokurorluğuna müraciət edərək onun saxlanılması və ekstradisiya olunmasını istəyib.

Bu müraciətə əsasən Səfəroğlu fevralın 8-də saxlanılaraq Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində 40 günlük həbs qətimkan tədbiri seçilib. Fevralın 17-də isə baş prokurorun birinci müavini Rüstəm Usubov Nərimanov rayon prokurorluğuna müraciət edərək A.Səfəroğlunun hüquq-mühafizə orqanlarının çağırışlarına gələcəyini, ölkəmizdə daimi yaşayış yerinin olmasını nəzərə alaraq onun barəsindəki həbs qətimkan tədbirinin ləğv edilməsi üçün məhkəməyə təqdimat verilməsini istəyib.

Nərimanov rayon prokuroru Vüqar Əliyev bu müraciətə əsaslanaraq məhkəməyə eyni məzmunlu təqdimat verib. Hakimi Ramin Quliyev təqdimatı təmin edərək A.Səfəroğlunun iclas zalından azadlığa buraxılmasına qərar verib. Lakin A.Səfəroğlu elə oradaca yoxa çıxıb.

Vəkili Zaur Niftəliyev "Qafqazinfo"ya açıqlamasında hadisənin necə baş verdiyini danışıb: "Məhkəmə qərarı elan edildikdən sonra Penitensiar Xidmətin nümayəndələri bizə dedilər ki, aşağıda gözləyin, Ayhanın pal-paltarı,əşyaları barədə aktlaşdırma aparılacaq, sonra özü gələcək. Biz də məhkəmənin girişində təxminən yarım saat gözlədik, Ayhanın dostlarından biri tələsik gəlib dedi ki, onu mülki maşınla apardılar. Kim, hara, niyə apardı, biz bilmədik".

Z.Niftəliyev deyib ki, məsələ ilə bağlı Azərbaycanın dövlət qurumlarına məlumat verilib: "Bizim ehtimalımıza görə onu Dövlət Miqrasiya Xidməti əməkdaşları aparıblar. Amma müraciət etdim, onlarda olmadığı deyildi. Özüm də qanunsuz miqrantların saxlanıldığı yerə baxdım, orada yox idi. Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdim. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən Ayhanın yoldaşını dəvət edib izahat aldılar. Amma polisdən də bir xəbər yoxdu. Bundan sonra Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə də müraciət edib bu barədə məlumat verdim. Dövlət Sərhəd Xidmətinə də sorğu verib ölkədən çıxıb-çıxmadığını soruşmuşuq".

Vəkil bildirib ki, A.Səfəroğlu ilə birgə saxlanılan və eyni cinayətdə ittiham edilən Ərdoğan Taylan da eyni aqibətlə üzləşib: "Həmin gün onun barəsində də həbs qətimkan tədbirinin ləğv edilməsi üçün Binəqədi rayon Məhkəməsinə müraciət edilib və azadlığa buraxılan kimi yoxa çıxıb. Eyni ittihamla tutulan üçüncü bir şəxs də var, o hələ həbsdədir".
Bakıda məhkəmədən yoxa çıxan məhkumların FOTOLARI yayıldıBakıda məhkəmədən yoxa çıxan məhkumların FOTOLARI yayıldıBakıda məhkəmədən yoxa çıxan məhkumların FOTOLARI yayıldıBakıda məhkəmədən yoxa çıxan məhkumların FOTOLARI yayıldı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2845   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021