Atasını müdafiə etmək istəyən oğul bıçaqlandı - VİDEO
Qaxda 28 yaşlı gənc bıçaqlanıb. Atasını başqa bir şəxsin təhqir etdiyini görən gənc mübahisəyə qarışıb. Amma onun bu müdaxiləsi qanı bahasına başa gəlib.
Sonxeber.az Milli.az-a istinadən xəbər verir ki, hadisə Qaxın Nizami parkı ərazisində baş verib. Mübahisə zəminində Qax sakini, 28 yaşlı Nüsrət Hilal oğlu Əliyev bıçaqlanıb.
Teymur Abdurrahmanov (hadisə şahidi): "Çevrildim gördüm ki, mübahisə edirlər. Oğlu da eşidib getdi ki, sən kimə söyürsən. Böyrünə bıçaq vurdu. Mən də kömək etdim. Gətirdim xəstəxanaya".
Nüsrət Əliyevə döş qəfəsinin sol hissəsinin kəsilmiş-deşilən, lakin daxilə nüfuz etməyən bıçaq yarası dioqnozu qoyulub. Onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. Hadisəni Rüfət adlı şəxsin törətdiyi bildirilir. O, keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1268 Tarix: 22 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşŞəmkirdə mağaza yanıb - VİDEO
Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya
23 aprelAzərbaycanda zəlzələ oldu
Goranboyda 3.1 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb
23 aprelAbel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır
23 aprelAzərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA
Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il
23 aprelElçin Əfəndiyev əməliyyat olunub
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib
22 aprelSumqayıtda müəllim vəfat etdi
Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib
23 aprel