Kommunal xidmətlərin qiyməti bahalaşa bilər?

Kommunal xidmətlərin qiyməti bahalaşa bilər?2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,5%, 2019-cu ildə isə 2% təşkil edəcək.

Bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Bildirilir ki, ilkin qiymətləndirmələrə görə, 2017-ci ildə Azərbaycanda iqtisadiyyatı 0,1% böyüyüb. İnflyasiyaya gəlincə, 2018-ci ildə bu göstərici 6%, 2019-cu ildə 5% təşkil edəcək. Düşünürük ki, manatın məzənnəsinin sabitliyinə inam artdığından inflyasiya da 5-6% ətrafında sabitləşəcək.

Bəs göstərilən iqtisadi artım bu il və növbəti ildə əhalinin sosial həyatında, əmək haqqı və kommunal xidmətlərdə hansı dəyişikliklərə səbəb olacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sonxeber.az-a açıqlamasında bildirib ki, 2018-ci ildə Azərbaycanda iqtisadi artımın 1,5%, 2019-cu ildə isə 2% təşkiletməsi
inflaysiya təzyiqlərinin həcmi azalmasına təsir edəcək. 2018-2019 –cu illərdə qiymət dinamikasına öz təsirini göstərəcək.

İqtisadçı bildirib ki, burada digər bir məqam yerli istehsal qiymətlərinin dəyişməsi məsələsidir. Yerli istehsalın sənayə məhsulları üzrə qiymət dəyişməsi 2016-cı ildə 37% olub. Bu kifayət qədər yüksək rəqəmdir. Bunu isə şərtləndirən müxtəlif faktorlar var idi. Bu isə həmin ilin sonunda qəbul edilmiş qərarla enerji satışı üzrə həyata keçirilən məhsulların satışı kommunal xidmətlərin qiymətinin artırılması kimi məqamlar idi. Lakin, 2018-ci ildə indiki halda enerji qiymətlərinin və kommunal xidmətlərin qiymətlərinin dəyişməsi gözlənilmir.

Ekspertin sözlərinə görə, hazırda əmək haqqı xərcləri üzrə qiymətləndirmələr də pozitiv deyil. Hökumət bu il əməkhaqqı artımının 0,5% olacağını proqnozlaşdırır. Bu isə çox kiçik bir göstəricidir. Bu rəqəm inflyasiya təzyiqlərinin məhdudlaşdıra bilər. Ümumən isə hökumətin Mərkəzi Bankın kredit siyasətini davam etdirməsi, eyni zamanda bank mənşəli vəsaitlərin dövriyyəyə daxil olmasında azalma prosesini müşahidə etməyimiz inflyasiya təzyiqlərinə əks təsir göstərəcək.

"2018-və 2019-cu illərdə inflayasiya ötən iki illə müqayisədə az olacaq. Düşünürəm ki, real inflyasiya 10% ətrafında olacaq. Alıcılığın azalması təzyiqləri güclü olsa bu inflyasiya təsirlərini 5-6%-ə qədər azalda bilər. inflaysiya zəif olarsa əhalinin gəlirlərinin dəyərsizləşməsi aşağı templə davam edəcək. Lakin, bunun əhalinin gəlirlərin artmasına təsiri olmayacaq" R.Həsənov deyib.

Aysel Kərimova

Sosial   Baxılıb: 7701   Tarix: 23 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR