Elmar Məmmədyarov Qarabağ münaqişəsinin həllindən danışdı

Elmar Məmmədyarov Qarabağ münaqişəsinin həllindən danışdıXarici İşlər Naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valteri qəbul edib.

Sonxeber.az narizlikdən verilən məlumata əsasən bildirir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycanın ərazilərinin işğal olunmasının beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edildiyini xatırladıb.

Bildirib ki, BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1994) saylı qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və ərazilərinin işğalı qınanılır, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması faktının bir daha təsdiq olunduğunu deyən nazir qətnamələrdə işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu qeyd edib.

O, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının qaçqın və məcburi köçkünlərin geri qayıtmasına, kommunikasıyaların bərpasına, etimadın yaranmasına və regionda sülh və təhlükəsizliyin bərpa olunmasına xidmət edəcəyini deyərək, buna qarşı yalnız Ermənistanın çıxış etdiyini nəzərə çatdırıb. Yenilənmiş Madrid prinsiplərində bu məqamların əks olunduğunu deyən nazir münaqişənin mərhələli həllinin beynəlxalq ictimaiyyət tərəfindən mümkün həll yolu kimi qəbul edildiyini vurğulayıb.

Elmar Məmmədyarov 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərarı ilə Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə daha bir təsirli formada cavab verdiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik tərkibinin dəyişdirilməsi və Suriyadan olan erməni əsilli qaçqınların bir qisminin bu ərazilərdə yerləşdirilməsinin Ermənistan tərəfindən Cenevrə Konvensiyaları və əlavə protokollar əsasında üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulması olduğunu qeyd edib və ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar qarşısında bu məsələnin davamlı şəkildə qaldırılacağını bildirib.

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Vyanada Minsk Qrupunun digər üzvləri ilə məsləhətləşmə və məlumatlandırma xarakterli görüşlər keçirməsinin müsbət hal olduğunu deyib. O əlavə edib ki, ATƏT Minsk Qrupunun bütün üzvləri, eləcə də müqabil beynəlxalq təşkilatlar da münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həlli prosesinə töhfə verməlidirlər.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin digər müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 657   Tarix: 15 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. (Dilican mahalı - red.) Sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinya

19 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart