3 nəfəri bıçaqlayan şəxs məhkəməni heyrətə saldı: "Bağışlayıram..."

3 nəfəri bıçaqlayan şəxs məhkəməni heyrətə saldı: "Bağışlayıram..."Bakıda dönərxanada spirtli içki qəbul etmək üstündə 3 nəfərin sağlamlığına ziyan vurmaqda təqsirləndirilən Saleh Şahverdiyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

O, bildirib ki, Saleh Şahverdiyev 2017-ci il oktyabrın 10-da sərxoş vəziyyətdə "Şamaxinka" adlanan ərazidə "Tantuni Köz dönər" restoranına gəlib. O, burada özü ilə gətirdiyi spirtli içkini içmək istəyib. Bu zaman restoranda ofisiant işləyən Fərid Ağayev Saleh Şahverdiyevə burada spirtli içkinin qadağan olduğunu bildirib. Tərəflər arasında mübahisə yaranıb. S. Şahverdiyev konyak şüşəsi ilə Fərid Ağayevin boyun nahiyəsinə zərbə endirib.

Daha sonra restorandan çıxarılan Saleh Şahverdiyev qapının ağzında onu ayırmağa çalışan Qədir Məmmədova cibində gəzdirdiyi bıçaqla zərbə vurub. O, hadisə yerindən qaçmağa çalışıb. Bu zaman Q.Məmmədovla restorana gələn Alı Aliyev onun qarşısını kəsib. Saleh Şahverdiyev ona da iki bıçaq zərbəsi vurub.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 126.2.4 (sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

Saleh Şahverdiyev ittihamlar üzrə özünü təqsirli bilməyib.

O, sərbəst ifadəsində bildirib ki, heç kimi vurmayıb, sadəcə özünü müdafiə edib: "Həmin günü az içmişdim. Sərxoş deyildim. Dönərxanaya girdim. Ofisiantdan qədəh istədim. Gətirdi. Özümlə gətirdiyim konyakdan bir qədər süzdüm. Bu zaman sonradan adını bildiyim Fərid yaxınlaşdı. Dedi ki, burda spirtli içmək qadağandır. Mən də dedim, qadağandısa niyə qədəh gətirirsən? Aramızda mübahisə yarandı. Əl-qol hərəkətləri eləməyə başladı. Yaxamdan yapışdı. Şüşə əlimdəydi. Bu məni vuranda, konyakın şüşəsi ona dəydi. Sonra məni yerə yıxıb, döydülər. Burnumu qırıblar".

S. Şahverdiyev qeyd edib ki, çölə çıxan zaman əvvəllər heç vaxt görmədiyi şəxslə mübahisə edib: "Qədir də məni vurmağa başladı. Cibimdə bıçaq vardı. Cib bıçağı deyildi. Sadəcə, meyvə alanda götürmüşdüm. Sonradan yadımdan çıxıb, cibimdə qalıb. Özümü qorumaq üçün bıçağı çıxardıb, havada oynatmışam. Ola bilər ki, həmin vaxtı bıçaq ona sürtüb".

3 nəfərə xəsarət yetirən şəxs deyib ki, Alı Alıyevi də bıçaqlamaq fikri olmayıb: "Hadisə yerindən Alatavaya tərəfə qaçırdım. Bu zaman dalımca gəlirdilər. Həmin yerdə məni təkləmək istədilər. Bıçağı yenə havada fırlayırdım. Məqsədim özümü müdafiə etmək idi. Orda Alı Alıyevə bıçaq dəydiyini xatırlamıram".

Daha sonra prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Fərid Ağayev bildirib ki, Saleh axşam saatlarında restorana gəlib: "Dönər sifariş etmişdi. Bu zaman məndən badə istədi. Verdim. Gördüm ki, cibindən spirtli içki çıxarır. Yaxınlaşıb, mədəni şəkildə dedim ki, restoranda nə spirtli içki satılır, nə də kənardan gətirilməsinə icazə var. Başladı mənimlə mübahisə etməyə və şəxsimə nalayiq ifadələr işlətməyə. Bir neçə dəfə xəbərdarlıq elədim. Bu zaman Saleh konyak şüşəsi ilə boyun nahiyəmə zərbə endirdi. Ayaq üstə qaldım, qayıdıb onu yumruqla vurdum. Yerə yıxıldı. Kənarda olanlar bizi ayırdı. Sonra heç mən çölə çıxmadım. Kassanın yaxınlığında qaldım. Onu çölə çıxartdılar".

Bu zaman təqsirləndirilən şəxs zərərçəkənin danışdıqlarının yalan olduğunu deyib: "Kişisən, bədənində kişi qanı axır. Yalan danışırsan. Mən sənə həmin şüşə ilə vursaydım, sən ayaq üstə qala bilməzdin".

Zərərçəkmiş Fərid Ağayev isə qeyd edib ki, hadisə ilə bağlı videogörüntülər var: "Bax, bura gəlmişdim ki, səndən şikayətçi olmayım. Belə heç kimə lazım deyil ki, gedib sən illərlə içəridə yatasan. Amma adamın üzünə elə durursan ki, sanki biz günahkarıq".

Bu zaman təqsirləndirilən Saleh Şahverdiyev zərərçəkəni bağışladığını deyib: "Əşi, balaca qardaşımdır, mən onu bağışladım, Allah da bağışlayar".

Bu zaman hakimlər və proses iştirakçıları təqsirləndirilən şəxsin dediklərini heyrətlə qarşılayıblar.

Hakim təqsirləndirənə başa salıb ki, onu zərərçəkəni yox, zərərçəkən onu bağışlamalıdır: "A kişi, sən danışırsan? Sən bu işdə təqsirləndirilənsən, o yox. Xahiş et ki, Fərid səni bağışlasın".

Prosesin davamında digər zərərçəkən Qədir Məmmədov ifadə verərək bildirib ki, hadisə günü qonşusu Alı Alıyevlə gecə yürüşündən sonra dönər yemək üçün restorana gediblər: "Həmin gün günorta içmişdik. Sonra axşamüstü çıxdıq, gəzdik. Dedik ki, çıxaq "Şamaxinka"da dönər yeyək. Yemək yeyib çıxırdıq ki, dava düşdü. Baxdım ki, bir nəfər döyülür. Araladım, çölə çıxardım. Orada maşınlara baxan bir oğlan vardı, o da Salehi döymək istəyirdi. Mən də qoymadım. Saleh də çox içmişdi. Özündə deyildi, onların üstünə getmək istəyirdi. Bu zaman məni söyməyə başladı. Dedim sərxoşdur, yola verdim. Maşınıma minib, aralanmaq istəyirdim ki, yenə qabağıma keçdi, başladı təhqir etməyə. Düşüb əlimin içi ilə ona bir zərbə vurdum. Bu zaman məni bıçaqla vurdu. Birinci hiss etmədim. Bu qaçıb aradan çıxdı. Lakin qarın nahiyəmdə bir ağrı hiss elədim. Baxdım ki, qan gedir. Dalınca qaçdıq. Dedim, vurub hara qaçırsan? Yuxarı 300-400 metr qalxmışdıq ki, onu tutduq. Bıçaqla üstümüzə gəldi.

Gözünə heç nə görünmürdü. Mən yerdən taxta götürmək istəyəndə gördüm ki, yanımdakı Alı Alıyevə 2 bıçaq zərbəsi vurdu. Taxta ilə bir neçə zərbə vurub, bıçağı əlindən alıb, polisə təslim elədik".

Zərərçəkən bildirib ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur: "Olan olub. Həmin hadisəyə görə işimdən olmuşam. Hazırda bir tərəfimdə keyləşmə var. Bıçaq sinirlərimi kəsib. Lakin heç bir şikayətim yoxdur".

Alı Aliyev də Qədir Məmmədov kimi oxşar ifadə verib. O da təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.

Proses fevralın 27-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxs daha əvvəllər də xuliqanlıq əməlinə görə məhkum edilib.

Mənbə: lent.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3116   Tarix: 24 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Prokuror "Qurtuluş 93"ün sahibinin kürəkəninin cəzasının ağırlaşdırılmasını istəyir

Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub. -ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 7-nə təyin edilib. Şikayət hakim Həsən Əhmədovu

5 mart
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel