YAP onlardan niyə imtina etdi? - ŞOK FAKTLAR

YAP onlardan niyə imtina etdi? - ŞOK FAKTLARYeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədliyini irəli sürmədiyi deputatların adları məlum olub.

Partiyanın açıqladığı deputatlığa namizədlər siyahısında hazırda YAP-ın deputatı olan bəzi şəxslərin adı yoxdur.

Siyahıya salınmayan şəxslərin arasında Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmovun adı da var.

Sonxeber.az femida.az-a istinadla bildirir ki, o, noyabrın 1-nə təyin olunan parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini və rektor olaraq fəaliyyət göstərəcəyini demişdi.

"Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır, biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm, bu il keçiriləcək parlament seçkilərində YAP-ın deputatlığa namizədi olmayacam. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım. İndi belə bir seçim qoyulub. Deputatlığa namizəd kimi gənclər irəli sürülüb. Hesab edirəm ki, YAP-ın yeni deputat üzvləri köhnələrdən heç də pis işləməyəcək. YAP-ın tanınmış gənclərinin namizədlikləri irəli sürülüb".

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədləri siyahısına salınmayan şəxslərin arasında Rəbiyyət Aslanova da var. Millət vəkili növbəti seçkilərdə iştirak etməyəcəyini belə şərh edib:

"Partiyamız necə məsləhət bilir elə də olur. Mən bu partiyanın üzvüyəm və YAP-ın qərarına da hörmətlə yanaşıram. Həmin dairədən namizədliyini irəli sürmüş şəxsə uğurlar arzu edirəm. Hər şey dövlətimiz, ölkəmiz üçündür."

Xatırladaq ki, xanım millət vəkilinin oğlu Elnur Aslanovun adı Türkiyədə məşhur olan "nurçuluq"da hallanmışdı. "Nurçu"ların lideri və "Hizmet" hərəkatının rəhbəri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənə yazılmış və "elnur_aslanov" ünvanlı elektron poçtdan göndərildiyi iddia olunan məktubu yerli media da yaymışdı.

Məktubda Fəthullah Gülənin səhhətindən narahatlıq ifadə olunur, məktub müəllifinin hərəkata "sadiq" qaldığı vurğulanırdı. Müəllif anası "Rəbiyyət xanımın salam və hörmətləri"ni də izhar edirdi.

"Partiya necə məsləhət bilibsə, elə də olmalıdır".

Bu sözləri isə hakim partiyanın 2015-ci ilin noyabrın birində keçiriləcək seçkidə namizəd siyahısında adı olmayan millət vəkili Fərhad Qəribov deyib.

O, bildirib ki, hər bir partiya üzvü dövlətin əsgəridir:

"Nə deyiblərsə onu da edəcəyik. Müstəqil şəkildə namizədliyimi irəli sürməyəcəm".

Qeyd edək ki F.Qəribov 57saylı Kürdəmir seçki dairəsindən deputatdır. Onun yerinə Qəribov Nizami İsməli oğlunun namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Fərhad Qəribovun adı "Debüt" Kommersiya Bankı vasitəsilə dövlətin 2,96 milyon manatının mənimsənilməsi xəbərlərində hallanırdı. Onun məsələ ilə bağlı qeyri-rəsmi olaraq dindirildiyi haqda da məlumatlar yayılmıdı.

"Debüt" Kommersiya Bankı ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdı.

Hazırda deputat olan, amma adı gələcək seçkilər üçün hazırlanan siyahıya düşməyən şəxslərdən biri də Ayaz Orucovdur.

Ayaz Orucov da açıqlamasında müstəqil şəkildə namizədliyini irəli sürməyəcəyini bildirib:

"Partiya necə məsləhət bilibsə elə də olmalıdır…"

Hazırda 81 saylı Beyləqan seçki dairəsindən deputat Ayaz Orucovun yerinə İsmayılov Şahin Əmir oğlu namizəd olub.

Xatırladaq ki, A. Orucov da bir zamanlar mətbuatın gündəminə oğlunun paytaxtda bir maşını gülləyə tutması ilə gəlmişdi. Belə ki, ötən il, noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, "Mercedes Galenvagen" markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Həmin vaxt "Nissan Juke"də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub.

Sonradan deputat oğlu bu hərəkətini "kefinin köklüyü" ilə izah etmişdi.

Hakim partiyadan namizədliyini irəli sürməyən 13 deputatın adlarını təqdim edirik:

109 saylı Balakən Seçki Dairəsindən deputat seçilmiş Rəbiyyət Aslanova,

6 saylı Culfa-Babək Seçki Dairəsi İsmayıl Hacıyev,

16 saylı Yasamal II Seçki Dairəsindən Abel Məhərrəmov,

27 saylı Sabunçu II Seçki Dairəsindən Qalib Salahzadə,

62 saylı Saatlı Seçki Dairəsindən Cəlal Əliyev,

81 saylı Beyləqan Seçki Dairəsindən Ayaz Orucov,

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən Ərəstun Cavadov,

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Gülçöhrə Məmmədova,

55 saylı Xaçmaz şəhər Seçki Dairəsinfən Arif Əşrəfov,

57 saylı Kürdəmir Seçki Dairəsindən Fərhad Qəribov,

77 saylı Astara Seçki Dairəsindən Aslan Cəfərov,

107 saylı Qazax Seçki Dairəsindən Əhməd Vəliyev

121 saylı Laçın Seçki Dairəsindən Nazim Fərəcov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1461   Tarix: 16 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Qur

20 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel