"Kəpəz"in futbolçusu: "Biz uduzmağa layiq komanda deyilik"

"Kəpəz"in futbolçusu: "Biz uduzmağa layiq komanda deyilik""Kəpəz"in oyunçusu Tərzin Cahangirovun klubun saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Qış fasiləsindən sonrakı üç oyunda minimal hesablı məğlubiyyətin ardından "Kəpəz" ötən tur nəhayət ki, qələbə qazana bildi. Əvvəlcə "Səbail"lə matç haqda fikirlərini öyrənək.
- Hələ "Səbail"ə kimi oyunlarda xallar qazana bilərdik. Hətta çempionatda ən güclü rəqiblərimizdən olan "Qarabağ"la görüşdən də xal götürmək mümkün idi. "Neftçi" ilə matçda qolu son dəqiqələrdə buraxdıq, qalib də gələ bilərdik. Bunun üçün imkanlarımız da oldu. "Keşlə"yə qarşı görüşdə də meydanda vuruşduq amma xal götürmək mümkün olmadı. Ona görə "Səbail"lə qarşılaşma bizim üçün vacib idi və maksimum nəticə üçün oyuna çıxmışdıq. Heç-heçə belə sərf etmirdi. Şükür ki, məqsədimizə çatdıq. Uşaqlar ürəklə vuruşdular.

- Komandanın qazandığı qələbədə sənin rolun böyük oldu. "Kəpəz"ə penalti qazandırıb qol da vurdun. Özünü qələbənin memarı hesab edirsən?
- Xeyr, qələbəmizin memarı tək bir insan yox, bütün komandadır. Baş məşqçidən tutmuş futbolçulara qədər hamının uğurumuzda payı var. Belə azarkeşləri olan komandanın üzvü kimi həmişə qalib gəlməyi istəyirik. Vurduğum qoldan çox stadionda yaşanan atmosfer xoşuma gəldi. Gəncədə oynamaq möhtəşəmdir. Burada oynamaq, azarkeşləri sevindirmək gözəl hisdir. Qolu kimin vurmasından asılı olmayaraq qələbəni komanda qazanır.

- Yeri gəlmişkən, qolu vurandan sonra əlinlə tribunanı göstərdin. Nəyə işarə edirdin?
- Qolumu bizi dəstəkləyən azarkeşlərimizə həsr etdiyimdən onları nişan verirdim. Bu qol onların haqqı idi. Sosial şəbəkələrdə xoş sözlər yazırlar, açığı, çox xoşuma gəlir. Qoy bilsinlər ki, qələbə qazanmağı çox istəyirik. Əvvəlki oyunlarda bəxt də sanki bizdən üz döndərmişdi. Onların görmək istədiyi "Kəpəz" yavaş-yavaş geri qayıdır.

- Qarşıda daha bir çətin oyun var. Keçmiş klubun "Qəbələ"yə qarşı mübarizə aparacaqsınız. Bu görüş haqda nə düşünürsən?
- Çətin oyun olacaq, "Qəbələ" son iki turda uduzub. Aydın məsələdir ki, onlar gedişatı düzəltməyə çalışacaqlar. Amma "Kəpəz" asan təslim olan komanda deyil. Biz də meydana uğurlu nəticə üçün çıxacağıq. Məqsədimiz qələbə qazanmaqdır.

- "Kəpəz"in artıq özünə gəldiyini söyləmək olar?
- Hamı görür ki, komanda mövsümün ilk dövrəsindəki "Kəpəz" deyil. Yunis Hüseynovun gəlişindən sonra klubda çox dəyişiklik baş verib. Bununla elə başa düşülməsin ki, bizdən əvvəl heyətdə olan oyunçular zəif olub.Onda da komandada yaxşı uşaqlar vardı, indi də. Biz uduzmağa layiq komanda deyilik. Meydanda mübarizə aparmağı sevən kollektiv var. Bunu yəqin ki, hamı görür.

- Hər bir futbolçunun arzusu əsas heyətdə oynamaqdır. "Kəpəz"in keçirdiyi son dörd oyundan üçündə ilk "11-lik"də yer almısan. Demək olar ki, artıq yerin möhkəmlənib?
- Əlbəttə ki, "Kəpəz"ə oynamaq üçün gəlmişəm. Bunun üçün də əlimdən gələni edəcəm. Məşqlərdə öz üzərimdə dayanmadan çalışıram. Məşqçidən forma almaq asandır, amma onu qoruyub saxlamaq çətindir. Çalışıram ki, hər oyun əsas heyətdə meydana çıxım. Yeri gəlsə qol da vurum, məhsuldar ötürmə də verim ki, komanda qələbə qazansın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 831   Tarix: 08 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dani Alveş üçün 1 milyon avronu hansı futbolçu ödəyib?

Braziliyalı futbolçu və "Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşə 1 milyon avro girov müqabilində həbsdən çıxmasına "Atletiko"nun niderlandlı hücumçusu Memfis Depay kömək edib. Bu barədə insayder Mabhut Al-Narri xəbər verib. Onun sözlərinə görə, Alveşin özünün borcları və dondurulmu

26 mart
.

Messinin transfer qiyməti ucuzlaşdı

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib. xarici KİV-ə istinadla bildirir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb. Dəyərin azalmasına baxmayaraq, "İnte

26 mart
.

"Real Madrid"ın qapıçısı "Mançester Yunayted"ə keçə bilər

"Real Madrid"in qapıçısı Andrey Lunin "Mançester Yunayted"dən transfer təklifi alıb. Premyer Liqa klubu bu mövsüm özünü kral klubunun əsas qapıçısı kimi təsdiqləyən 25 yaşlı ukraynalı ilə müqavilə imzalamaq istəyir. İspaniya komandası ilə müqaviləsi 2025-ci ilin iyununda başa çataca

24 mart
.

"Qarabağ"ın futbolçularının maraqlı görüntüsü yayıldı - VİDEO

Sosial şəbəkələrdə "Qarabağ"ın futbolçuları Kevin Medina və Patrik Andradenin maraqlı görüntüsü yayılıb. Ölkə.az xəbər verir ki, görüntüdə Medinanın Andradenin saçını qırxması anı əksini tapıb. Bu zaman futbolçular zarafatlarından da qalmayıblar. Medina saçı 15 manata qırxdığını söyləyib

21 mart
.

Azərbaycan idmançısı Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Azərbaycan idmançısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində atıcılıq üzrə beynəlxalq ISAS-2024 turnirində ikinci qızıl medalını qazanıb. "Trend"in məlumatına görə, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında o, bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünü

24 mart
.

"Qarabağ" bu gün 11-ci çempionluğunu rəsmiləşdirə bilər - FOTO

Azərbaycan Premyer Liqasında 4-cü – sonuncu dövrəyə start veriləcək. -in məlumatına görə, bu gün XXVII turun ilk iki oyunu keçiriləcək. Premyer Liqanın lideri "Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Ağdam klubuna "Kəpəz"lə görüşdə məğlub olmama

29 mart
.

Avropanın ən bahalı oyunçularının simvolik komandası - SİYAHI

Transfermarkt Avropanın ən bahalı oyunçularından ibarət simvolik komandasını hazırlayıb. xarici mediaya istinadla həmin komanda üzvlərini təqdim edir. Qapıçı: Dioqa Koşta 945 milyon avro, Portuqaliya). Müdafiəçilər: Yoşko Qvardiol (75 milyon avro, Xorvatiya), Ruben Diaş (80 milyon avro, Portuqaliya)

25 mart
.

Həmin azarkeşlərdən ikisi həbs edildi

Türkiyədə qalmaqallı "Trabzonspor"- "Fənərbaxça" oyunundan sonra 2 nəfər həbs edilib. "Qafqazinfo" DHA-ya istinadən xəbər verir ki, həbs edilən 2 nəfər meydana daxil olan maskalı Hasan Çetinkaya və künc dirəyi ilə futbolçulara hücum edən Engin Taşkındır. Bildirilib ki, hə

20 mart
.

Kartofu qaynadanda soda əlavə edin - MƏTBƏX SİRRİ

Kartof qaynatmaq çox asan yemək reseptlərindən biri ola bilər. Ancaq burada da bəzi nüanslar var. Məsələn, kartof tez-tez qaynadılır və püre halına gətirilir. xarici KİV-ə istinadən xəbər verir ki, əgər kartof püre üçün deyil, salat üçün bişirilirsə, bu problemə çevrilir. Aşpaz Yuliya Arxipova deyi

23 mart