Rüstəm Əbülfətoğlu Mir Şahinin layihəsindən danışdı: "Böyük zövqlə REAL TV yə baxacam"

Rüstəm Əbülfətoğlu Mir Şahinin layihəsindən danışdı: "Böyük zövqlə REAL TV yə baxacam"Müxtəlif illərdə ANS, Space və Azad Azərbaycan telekanallarında müxbir, teleaparıcı və baş redaktor vəzifələrində çalışıb.

Söhbət tanınmış jurnalist Rüstəm Əbülfətoğlundan gedir.

Hazırda mətbuat sahəsindən uzaqlaşan jurnalist "R&R Şirkətlər Qrupu"- R&R Müstəqil Yayım və Media MMC-nin təsisçisi və baş direktorudur.

Sonxeber.az topxeber.az-a istinadən 11 ildir jurnalistikadan ayrı düşmüş Rüstəm Əbülfətoğlu ilə müsahibəni təqdim edir:

— Rüstəm bəy, bir oxucu olaraq, Azərbaycan mətbuatının hazırkı durumunu necə qiymətləndirirsiniz?

— Əvvəla təşəkkür edirəm, məni yada saldığınız üçün. Mən 11 ildir jurnalistikadan uzaqlaşmışam və daha çox biznes fəaliyyəti ilə məşğulam. Buna baxmayaraq, mətbuatı çalışıram izləyim. Sualınıza gəlincə, Azərbaycan mətbuatının hazırki durumu, fikrimcə birmənalı şəkildə cəmiyyətimizə adekvatdır. Cəmiyyət müxtəlif təsirlər altında milli-mənəvi dəyərlər, əxlaq baxımından nə qədər geriləyirsə, mətbuat da o qədər ciddi xəbərçilikdən uzaqlaşır. Sosial media ciddi mətbuatı da sosiallaşmağa vadar edir. Bundan sonra düşünmürəm ki, bizim vaxtı ilə gördüyümüz ciddi mətbuatı, ciddi xəbərçilik ənənəsini bir də nə zamanda yenidən görmək mümkün olsun. Bu gün barmaqla sayıla biləcək qədər ciddi mətbu orqanlar var ki, onlar da tədricən yoxa çıxır. Qarabağla bağlı danışıqlar, mühüm neft və qaz kontraktları, regional projelərlə bağlı xəbərlərin yerini bayağı və lüt sosial xəbərlər tutur.

— Nə vaxtsa fikrinizi dəyişib, yenidən jurnalistakaya qayıdaya bilərsiniz?

— Həyatda hər şey mümkündür. Lakin hazırda belə bir niyyətim yoxdur. Jurnalistikaya bu günkü yanaşmam ilə daha çox maliyyəçi olaraq qayıda bilərəm, hər hansı bir media təşkilatının maliyyə dayanıqlığını təmin etmək üçün. Bunun üçün onların görmədiyi, lakin onları gözləyən bir çox maddi imkanlar var. Çox qəribədir ki, hələ də bir çox elektron media strukturunun bütün marketing siyasəti yalnız xəbər tıklamalarının sayını saymaqla məhdudlaşır. Və ya bəzi telekanallar süni və müvəqqəti, ani reytinq köpükləndirməsi ilə məşğuldur. Son olaraq isə gəlirlər yalnız tıklamalara hesablanmış ehtimal edilən reklam bazarından əldə olunacaq gəlirlərlə məhdudlaşır. Media hər şeydən əvvəl bir biznes, kommersiya strukturudur, başqa sözlə bir marketdir, hoteldir, hava yolları şirkətidir, taksi şirkətidir, restoran və ya ticarət mərkəzidir. Buna görə daha çox diqqət onun kommersiya baxımından bir neçə il əvvələ hesablanmış strateji yol, gəlir xəritəsinə yönəlməlidir. Yoxsa hər iki gündən bir, hansısa media qurumunun möhtəşəm təbriklərlə dolu açılışı az sonra səssiz, utancverici gedişi ilə müşaiət olunacaq.

— Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən pedaqoq kimi çalışmaq təklifi gəlsə, gedərsiniz?

— Bakı Dövlət Universiteti Azərbaycanın hər zaman sayılıb seçilən ali təhsil ocaqlarından biri olub və hər zaman yüksək peşəkarlığı ilə seçilən kadrlarla zəngin olub. Təəssüf ki, gördüyüm işlərin çoxluğu və vaxt məhdudiyyəti baxımından hazırda hər hansı digər fəaliyyətlə məşğul olmaq barədə düşünmürəm. Amma çox böyük məmuniyyətlə tələbələrə jurnalistikanın yalnız üslub, janr, stilistika nə bilim müxbir və ya redaktorluqdan ibarət olmadığını, bu sahənin ilk növbədə biznes maraqları baxımından, xəbərin də daşınmaz əmlak kimi bir sərmayə olduğunu, aktiv və ya passivlərə bölünməsi, passiv xəbərin az sonra gəlir gətirən aktivə çevrilməsinin sirlərindən danışa bilərdim. Onda əminəm onların bu sahəyə marağı yalnız yorucu imtahan nəticələrinə hesablanmış biliklərlə məhdudlaşmazdı. Onlar ilk növbədə özlərini bu sahədə gəlir əldə edəcək media qurumunun idarəedicisi olaraq görə bilərdilər. Yəni yaxşı jurnalist olmaq üçün yalnız oxumaq kifayət etmir, bu həm də Allahın hər kəsə bəxş etmədiyi bir istedad məsələsidir. Amma istənilən sahənin tələbəsində biznes təfəkkürü oyatmaq mümkündür ki, seçdiyi sahənin iqtisadi baxımdan gəlirli olacağına əmin olsun. Çünki ətrafımızda gördüyümüz nə varsa iqtisadi münasibətlərin təzahürüdür.

— Mirşahin Ağayevin yeni layihəsinə münasibətiniz necədir?

Mir Şahin müəllim müasir Azərbaycan jurnalistikasında bir DƏYƏRDİR. Bu gün bu dəyər qorunmalı və qiymətləndirilməlidir. 1996-cı ildəki ilk tanışlığımızdan Mir Şahin Ağayev hər zaman, bütün iclaslarında vətəni, milləti, dövləti sevməyi, xalqın bir parçası olan ölkə vətəndaşının qədrini bilməyi, ona hörmətlə yanaşmağı öyrədirdi. İnanıram ki, hazırda bu sahədə mövcud olan boşluğu REAL TV bir televiziyanın əhatə edə biləcəyi qədər aradan qaldıracaq.

— Hansı Azərbaycan kanallarına baxırsınız?

Hər zaman ANS-ə baxmışam. İndi də hərdən çaşıb deyirəm çevirin ANS-ə xəbərə baxaq. İmkan olduqda ATV-nin, arada AZTV-nin xəbərlərini izləyirəm. Bundan sonra böyük zövqlə REAL TV-yə baxacam.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2159   Tarix: 09 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021