Övladlarıma ən çox onu məsləhət görürəm ki...Azər Axşamla MÜSAHİBƏ
Sonxeber.az bildirir ki, tanınmış aparıcı və aktyor Azər Axşam Publika.az-ın "Üç nöqtə" layihəsində yarımçıq qalan sualları tamamlayıb.
Məşhurun cavablarını təqdim edirik:
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Məni narahat edən bir çox məsələləri var, təəssüf ki, onları dəyişdirmək mümkün deyil. Amma özümü dəyişdirməzdim.
- İndiki ağlım olsaydı...
- Doğulmazdım.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Yəqin ki, onları sevən qadınlara.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Hesab edirəm ki, kişinin sözündən çıxmayan xanımlar hər zaman sevilir.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Kişilərdən cavan görünmək üçün gizlədirlər (gülür).
- Qadına qarşı şiddət...
- Belə xəbərlər eşidəndə təbii ki, məyus oluram. Şiddəti nəinki xanımlar, heç kişilər də sevmir. Ümumiyyətlə, insana yaraşan hərəkət deyil.
- Təəssüf edirəm ki...
- Qoy, bu bənd cavabsız qalsın, çünki kimlərsə səhv başa düşər, xoşagəlməz söz-söhbətlərə səbəb ola bilər.
- Vanqa nənə ilə görüşsəydim...
- Özüm haqqında heç nə soruşmazdım. Gələcəyi öyrənməyi sevmirəm.
- Küsülü olduğum insana demək istəyirəm ki...
- Küsülü olduğum insan yoxdur.
- Tənhalıq insan üçün lənətdir, yoxsa...
- Tənhalıq lənət deyil, həm də baxır kimin üçün. Bəzən çoxluq insan üçün lənət olur.
- Kiminsə yalan danışdığını hiss edəndə...
- Həmin adama deyirəm ki, mən də belə yalan danışıram.
- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Bütün bərabərliklər yalnız Allaha məxsusdur. Bərabərsizlik ona görə var ki, biz kiməsə baxıb şükür edək və öz səhvlərimizi düzəldə bilək.
- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Dünya dağılacaq.
- Günahlarım yadıma düşəndə...
- Bu barədə tez-tez fikirləşirəm və axirət məni qorxuya salır.
- Övladlarıma ən çox onu məsləhət görürəm ki...
- Ən pisiniz elə mənim kimi olun.
- İlahi ədalətə inancımı o zaman itirdim ki...
- Heç zaman itirməmişəm. İlahi ədalət var, olub və olacaq. Çünki dünya elə onun üzərində qurulub.
- Heç vaxt heç kimə icazə vermirəm ki...
- İnsanlara icazə vermirəm ki, sadəliyimi sadəlövhlüklə səhv salsınlar.
- O zaman düşünmədən riskə gedirəm ki...
- Düşünmədən addım atmıram, verdiyim qərarları yüz ölçüb bir biçirəm.
- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...
- Hamı kimi, Allaha sığınaraq vəziyyətdən çıxaram.
- Yaxşı gündə, pis gündə...
- Ümidimi itirmirəm.
- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.
- Minnətdaram.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı Baxılıb: 1843 Tarix: 11 mart 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşEvlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1
15 sentyabr 2021Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021"Twitter"də yeni funksiya istifadəyə veriləcək
"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze
9 sentyabr 2021Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 20216 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR
Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d
8 sentyabr 2021"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR
"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir
12 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021