Vaqonda 15 dəqiqə adam saxlamaq nədir, ay başına dönüm?

Vaqonda 15 dəqiqə adam saxlamaq nədir, ay başına dönüm?Nərmin Dadaşova

Səhər metroda müdhiş bir sıxlıq var idi. İlahi, nəfəsim dayanmışdı, gəlirdi getmirdi, gedirdi qayıtmırdı. Əsl yoqa havası idi, nəfəslə əlləşib vuruşurdum. Üzümü göyə tutub " mən burdayam, ilahi" deyə-deyə ağlamaq, ağı demək, mərsiyə oxumaq istəyirdim. Fikir verməyin, bir balaca "Claustrophobia"m var, tünlük olan yerdə özümü idarə edə bilmirəm.

Kiminin səhərlərinin vazkeçilməz detalı şirin çay, kimininki tost çörəyi, kimininki isə metro müsibətidir. Bu nə zülümdür, uca Şirvin? Kinolarda insanlar yuxudan duran kimi portağal suyu içir, mən ürək dərmanı. Döyüşə girirmiş kimi giririk metro vaqonlarına. "Atam, əlini yığışdır", "ay bacı, imkan ver düşək" ədəbiyyatı ilə günmü başlayar? Sonuncu dəfə dal-qabaq dayandığımız qadının ürəyindəki aritmiyanı öz kürəyimlə hiss etmişdim. Həkim tanıyıram, fonidaskopla tuta bilmir aritmiya söhbətini. Düşəndə özünə də dedim "Həkimə get, anam. Deyəsən aritmiyan var, ürəyin stabil döyünmür..."

Bu gün isə, dünənkinin eynisi olmadı, oxucu dost, daha betəri oldu. Deməli, metronun "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında texniki nasazlıq yarandığı üçün qatarların hərəkətində gecikmələr yaranıb. İnsanların işə və dərsə tələsdikləri saata tuş gələn gözlənilməz bəla sıxlığa səbəb olub. Aləm qarışıb bir-birinə. Əlini o yana çək deyib, bir-birinə qışqıran kim, ağlayan kim, əsəbiləşən kim, ürəyi sıxılan, yerə yıxılan, qıc olan kim. İctimai nəqliyyatda texniki nasazlığın olması mümkündür, əlbət. Dəmirdi də, sındı, nə etmək olar? Məsələ bu deyil, məsələ belə hadisələr zamanı bizim və aidiyyatı şəxslərin özünü necə apardığı, vəziyyətdən necə çıxdığıdır. Havalandırma sistemi çalışmayan vaqonda 15 dəqiqə adam saxlamaq nədir, ay başına dönüm. Biri dişini yuyur, biri yumur, birinin mədəsi xəstədi, birinin disbakteriyozu var. Yazıq deyilik?

Guya ağıllı tərpənib "İnşaatçılar"metrostansiyasından getməli olduğum yolumu "20 Yanvar"dan davam etmək istədim. Qatardan ayağımı yerə qoyan kimi gördüm "hər yerdə eyni cür üşüdür külək" ... bir xanım huşunu itirib, xalqımın igid oğullarından biri də əlini salıb qızın ağzına ki, dilini çıxarda. "Ay qardaş, sağa döndər xəstəni, kifayətdir, özünə gələcək. Nə axtarırsan xalxın ağzında" müsibətini başladar - başlatmaz qıraqdan bir xanım çımxırdı üstümə. "Hoqqa çıxartma!" Dedim "ok!" Bir də gördüm o talpanın içindən bir əl, özü də ən gözəlindən, telefonunu yuxarı qaldırıb şəkil çəkir.

"Neynirsən o şəkli, yığışdır telefonunu" deyibən acıqlanan polisə "işə gecikmişəm, müdirə göstərəcəm" deyib, şəkil çəkən müəllim aradan çıxdı. Saat onun yarısına az qalırdı, əlimdəki xəstəni ağzıaşağı buraxıb "faktlar"ı ilə bərabər aradan çıxmış müəllimin arxasınca qaçdım...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3897   Tarix: 11 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda motosiklet ağaca çırpılıb: Sürücü ölüb

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb. APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Teyyub Həsənağa oğlu Piriyev idarə etdiyi "Yamaha R15" markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb

13 aprel
.

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan  -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl

11 aprel
.

Sumqayıtda tanınmış iş adamı vəfat etdi

Sumqayıt şəhərində tanınmış iş adamı Mais İsmayıl oğlu Nəcəfov 68 yaşında dünyasını dəyişib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Belə ki, iş adamı insultdan vəfat edib. Qeyd edək ki, Mais İsmayıl oğlu Nəcəfov 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub

11 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -a bildirilib. Vurğulanıb ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub

13 aprel
.

Ukraynada son vəziyyət: "Əhalisi 30 min nəfərə yaxın olan şəhərdə 10 faiz əhali qalıb" - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Xarkov vilayətinin Vovçanska şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib. Belə ki, əhalisi 30 min nəfərə yaxın olan bu şəhərdə 10 faiz əhali qalıb

14 aprel
.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

Türkiyədə naməlum silahlıların hücumu zamanı 1 nəfər ölüb, yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda 3 naməlum silahlıların atəş açması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Qeyd edilir ki, hücum zamanı 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Əraziyə polis əməkdaşlar

13 aprel
.

Daha bir məhkum Bakı həbsxanasında öldü

Bakıda daha bir məhkum həbsxanada ölüb.  xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada cəza çəkən Nəcəfov Elşən Nəcəf oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir

11 aprel