"Məni təhdid edirlər ki, Əli Həsənov bizim çörəyimizi kəsir"

"Məni təhdid edirlər ki, Əli Həsənov bizim çörəyimizi kəsir""Qurultaydan kənar şəxslər bu gün burada səslənən çıxışlarla bağlı mənfi rəy formalaşdıracaqlar. Ancaq siz bundan qorxmayın. Sadəcə olaraq onlara opponent kimi baxın".
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu jurnalistlərin qurultayında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışlardan sonra səsləndirilən təkliflərə cavab verərkən deyib. O, bildirib ki, jurnalistlər cəmiyyəti formalaşdıran əsas institutlardan biri kimi çıxış edir: "Pis nümunələri, yaxşı nümunələri də siz cəmiyyətə çatdırırsınız. Kənar təsirlərə məruz qalmayın. Nəyə görə öz dövlətindən aldığın pay qəbahət sayılmalıdır? Niyə xarici qrantlardan formalaşanlar normal sayılsın? Mən müxalifət nümayəndələrinə səslənirəm. Onların üzvləri bu gün Milli Məclisdə təmsil olunurlar. Ancaq bu gün haradan maliyyələşməsi məlum olmayan partiyalar var. Övladları xaricdə oxuyur. Siz onlara cavab verməlisiniz".

O əlavə edib ki, Mətbuat Şurasının fəaliyyətini tənzimləyən qanunun olmasının vaxtı gəlib çatıb: "Eyni zamanda dili qoruyub saxlamaq lazımdır. Bu gün milli mənəvi dəyərləri qorumayan insanlar da vəzifələrdə təmsil olunurlar. Onu Azərbaycanlı adı daşımasından məhrum etməlisiniz. Frankfurta çatan kimi onların pasportları əlindən alınır və onların dediyi kimi hərəkət etməyə məcbur edilirlər. Amma siz təəssüf ki, onlara cavab vermirsiniz. Azərbaycanın dövlət simvollarına qarşı irinli çirkab yağdırırlar. Siz bu məsələni fəaliyyətinizdə mütləq şəkildə nəzərə almalısınız ".

Ə. Həsənov bildirib ki, rayon qəzetlərinin elektron portalının yaradılmasına KİVDF kömək edə bilər: "Jurnalistlər üçün təlimlər keçirmək olar. Mətbuat Şurası reket jurnalistlərlə bağlı ciddi mübarizə aparırlar. Həmin şəxslərin siyahısı mənə təqdim olunur. Onlar məni təhdid edirlər ki, Əli Həsənov bizim çörəyimizi kəsir. Ancaq siz onu - bunu şantaj etməkdən əl çəkin. Bu yaxşı hal deyil. Belələrinin neçəsi həbsə gedib, bəziləri də getmək üzrədir. Onların əksəri istedadlı adamdır. Məmurun elə açığını tuturlar ki, məmur pul verməkdən başqa yol tapmır. Onlar təhdid edib zəhmətsiz pul alırlar və sağlam medianın imicini korlayır. Hamılıqla istəsək reketlərin fəaliyyətinin qarşısını ala bilərik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1911   Tarix: 11 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021