Ordumuz 25 min əsgərlə hərəkətə keçdi - İrəvanı qorxuya salan ikinci aprel planı

Ordumuz 25 min əsgərlə hərəkətə keçdi - İrəvanı qorxuya salan ikinci aprel planı12-17 mart tarixlərində Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirəcək. Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən keçirilən təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Genişmiqyaslı hərbi təlimlər ilk növbədə Ordunu daim ayıq və tətikdə saxlamaq məqsədi daşıyır. Müharibə şəraitində olan bir ölkənin Ordusunun belə təlimlər keçirməsi normal haldır. Lakin burada diqqət çəkən məqamlardan biri təlimlərin prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gözlənilən proseslər öncəsi baş tutmasıdır.

Şübhəsiz ki, Azərbaycanda prezident seçkilərinin vaxtının önə çəkilməsinin arxasındakı əsas səbəblərdən biri – bəlkə də birincisi – Dağlıq Qarabağ faktorudur. Çünki apreldə Ermənistanda da seçkilər keçiriləcək. Əgər Azərbaycanda prezident seçkiləri nəzərdə tutulduğu kimi oktyabr ayında keçirilsəydi, bu, danışıqlar prosesində durğunluğa səbəb ola bilərdi. Rəsmi Bakı məhz bunu istəmir.

Həmsədrlər ötən ay Bakıda səfərdə olarkən, onları qəbul edən Prezident İlham Əliyev də seçkilərdən sonra danışıqların ciddi şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bu görüş haqqında danışarkən bildirdi ki, "Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin".

XİN rəhbəri Elmar Məmmədyarov da seçkilərdən sonra keçiriləcək danışıqların pozitiv ola biləcəyini vurğuladı.

Mümkündür ki, seçkilərdən dərhal sonra rəsmi Bakı danışıqların konkret nəticələr verməsi istiqamətində ciddi addımlar atsın. Bu proseslərdən öncə 25 minlik ordu ilə hərəkətə keçmək məhz işğalçı ölkəyə, həmçinin, münaqişənin həllinə maneə yarada biləcək kənar güclərə sonuncu mesaj vermək gedişidir.

Müdafiə Nazirliyinin təlimlərlə bağlı rəsmi məlumatında "Təlimlərdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirəcək" sözləri də xüsusi diqqət çəkir. Bu taktika "aprel müharibəsi" ssenarisinə çox bənzəyir. 2016-cı ilin aprelində də Ermənistan hərbi birləşmələri təxribat hücumuna keçdi, Azərbaycan Ordusu bu təxribatın qarşısını alaraq, müdafiəni bərpa etdi və əks-hücumla düşmənə ağır zərbələr endirərək, işğal altındakı ərazilərin bir hissəsini azad etdi. Belə ssenari Ermənistanı qorxuya salıb.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Azərbaycan Ordusunun təlimlərə başlaması Bakının mövcud status-kvo ilə barışmayacağını və yaxın zamanlarda ərazilərin azad olunması üçün hərəkətə keçəcəyini göstərir: "Ermənistanda bəziləri bunu seçkilərə hesablanmış addım kimi dəyərləndirir, halbuki, bu yanaşma özünü aldatmaqdır. Çünki İlham Əliyevin buna ehtiyacı yoxdur. Bu addım seçkidən sonra gedişlərdən xəbər verir. İlham Əliyev həmsədr ölkələrinə göstərir ki, Qarabağdakı status-kvo ilə barışmayacaq".

Erməni şərhçi hesab edir ki, rəsmi Bakı bu siyasətini davam etdirərək, seçkidən sonra istədiyinə nail olacaq.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3000   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021