Onun əşyalarına toxunanlar ölür - Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏT

Onun əşyalarına toxunanlar ölür - Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏTMariya Kürinin dünya elminə bəxş etdiyi töhfələr hər kəsə məlumdur. О, bütün həyatını radioaktivliyin öyrənilməsinə həsr edib. Elmi fəaliyyəti ilə dünya şöhrəti qazanan madam Küri iki dəfə Nobel mükafatına layiq görülsə də, ölümünün əsas səbəbi də peşəsi olub. Kürinin cəsədi Parisdəki Panteonun xüsusi hazırlanmış tabutunda basdırılıb. Bunun da səbəbləri var.

Ümumiyyətlə, Panteon dedikdə, ölkənin məşhur incəsənət, mədəniyyət və siyası xadimlərinin dəfn olunduqları məkan başa düşülür. Parisdəki Panteonda basdırılanlar arasında Volter, Jan-Jak Russo, Viktor Hüqo, Emil Zolya və digər şəxlərin adını çəkmək olar.

Panteonda dəfn olunmaq şərəfi yalnız iki qadına nəsib olub. Onlardan biri məşhur fizik Marselen Bertlo ilə eyni vaxtda dünyasını dəyişən arvadı Sofidir. Bu həmçinin dövlətin öz aliminə göstərdiyi hörmətin təcəssümüdür. İkinci xanım isə yazımızın qəhrəmanı Mariyadır ki, o da burda həyat yoldaşı Pyer Küri ilə birgə uyuyur. Bu cütlük 1903-cü ildə birgə fizika üzrə Nobel mükafatına layiq görülüblər.

Madam Küri ömrünü radium və poloniumun tədqiqatına həsr edib. Məhz polonium onun ana vətəni Polşanın şərəfinə adlandırılıb. Təəssüf ki, həmin dövrdə radiasiyanın insan orqanizminə mənfi təsiri haqda heç nə məlum deyildi. Mariya laboratoriyadakı təcrübələr zamanı bəsit qoruyucu vasitələrdən istifadə edirdi.

Mariya Küri sözün həqiqi mənasında elm fədaisidir. Çünki 1934-cü ildə radium və poloniumun orqanizminə göstərdiyi mənfi təsir nəticəsində qan azlığından dünyasını dəyişib. Onun böyük qızı İren Jolio Küri də anasının təcrübələrinin qurbanına çevrilib. O, laboratoriyadakı yüksək şüalanma nəticəsində yoluxduğu leykemiyadan gənc yaşda ölüb.

Mariya 28 il öncə dünyadan köçən ərinin yanında basdırılıb. 1995-ci ildə isə hər iki dahinin nəşi Paris Panteonuna aparılıb. Məhz bu zaman alimlər müşahidə ediblər ki, cəsədlər radiasiya mənbəyidir və güclü şüalanma ötürürlər. Odur ki, hər ikisi üçün qurğuşundan xüsusi tabut hazırlanıb. Çünki yalnız bu üsulla Panteonun işçilərini radiasiyadan, şüalanmadan qorumaq mümkün idi. Bu radiasiyanın təsiri 100 il davam edir. Odur ki, Kürinin sümükləri yalnız bu müddətdən sonra zərərsizləşəcək.

Madam Küri təcrübə apardığı maddələrin mənfi təsirindən xəbərsiz olduğu üçün çox vaxt evindəki laboratoriyada çalışırdı. Hətta bəzən radium və poloniumdan bir hissəni cibinə qoyub, evə gətirər, boş zaman tapan kimi, yeni ixtiralarına başlayardı. Bu gün onun evindəki kitablar, geyimlər, qeyd dəftərçələri, bir sözlə, bütün əşyalar ətrafdakılar üçün çox böyük təhlükə mənbəyidir.

Alimin ölümündən artıq 80 il keçib və ona məxsus dəyərli əşyalar Fransanın Milli Kitabxanasında xüsusi qurğuşun qəliblərdə qorunur. Onun qeyd dəftərçələrini istənilən qonaq öz arzusu ilə açıb oxuya bilər. Lakin bunun nəticələrinə görə kitabxana məsuliyyət daşımır və həmin şəxs xüsusi kostyum geyinmək məcburiyyətindədir.

Onu da vurğulamaq lazımdır ki, uzun illər radiasiya sağlamlıq üçün faydalı hesab olunub. Hətta XX əsrin əvvəllərində bir sıra məişət avadanlıqları, o cümlədən saat gecələr işıq saçsın deyə, hazırlanmasında radioaktiv elementlərdən istifadə olunardı. 1938-ci ildə isə amerikalı alimlər anladılar ki, radioaktiv elementlər insan orqanizmini məhvə aparır. Bundan sonra kütləvi istehsalda radioaktiv maddələrdən istifadəyə qadağa qoyuldu.
Onun əşyalarına toxunanlar ölür - Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏTOnun əşyalarına toxunanlar ölür - Məşhur alimin dəfnində ortaya çıxan DƏHŞƏT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1681   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Məni vecinə almadınız" dedi, xəstəxanaya hücum etdi - VİDEO

Müalicə üçün gələn və ona baxılmadığını iddia edən şəxs xəstəxanaya hücum edib. xarici mediaya həmin şəxs ov tüfəngi ilə xəstəxanaya hücum edərkən saxlanılıb. Təcili xidmətin girişi qarşısında polis qrupları tərəfindən saxlanılan şəxs ilk ifadəsində boğaz xərçəngi olub-olmaması üçün müayinə olunmaq üçü

24 aprel
.

Qadın evdən ulu babasının sevgi məktublarını tapdı

97 yaşlı Koloradolu nənəsinin əşyalarını gözdən keçirəndə təsadüfən 1890-cı il avqustun 5-də ulu babası Salvatore Ciuccinin yazdığı bir sevgi məktubu tapıb. xarici KİV-ə istinadən xəbər verir ki, Salvatore məktubda İtaliyadan San-Fransiskoya gəldikdən qısa müddət sonra həyat yoldaşı olan Anna Merfidə

23 aprel
.

Ev sahibi mənzildən çıxarmaq istədiyi kirayəçinin kanalizasiyasını bağladı

Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, kirayəçisinin evini tərk etməsini istəyən ev sahibi mənzilin kanalizasiyasını bağlayıb. Baş verənlərə üsyan edən və 20 gün tualetdən istifadə edə bilmədiklərini bildirən kirayə qalan ailə evdəki pis qoxuy

24 aprel
.

Avtostop çəkdikləri maşında qətliam törətdilər

Türkiyədə səhər saatlarında avtostop ilə iki nəfəri götürən 21 və 20 şəxslər silahlı hücuma məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə naməlum səbəbdən böyüyüb. Avtomobilə minən şübhəli şəxslər atəş açaraq maşında olan digər iki nəfəri yaralayıb. Şübhəlilər avtomobildən düşərək sürətl

25 aprel
.

İtkin düşən uşağın meyiti çayda tapıldı

Başqırdıstanda itkin düşən uşağın meyiti tapılıb. Rusiya mediasına istinadla bildirir ki, hadisə Xaybullinski rayonunun Yantışevo kəndində qeydə alınıb. Xilasedicilər bir gün əvvəl yoxa çıxan bir yaşlı uşağın cəsədini aşkar ediblər. Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından verilən məlumat

24 aprel
.

29 yaşlı qadın canlı yayımda ərinə zəng edib hər şeyi ETİRAF ETDİ: "19 yaşlı oğluna qoşulub qaçdım" - VİDEO

Türkiyədə 29 yaşlı qadın 19 yaşlı ögey oğluna qoşulub qaçdı. xarici mediaya istinadən xəbər verir, Türkiyədə Müge Anlının aparıcılıq etdiyi "Tatlı Sert" verilişində qalmaqallı hadisələrindən biri yaşanıb. 29 yaşlı qadın canlı yayımda 19 yaşlı ögey oğlu ilə qaçdığını etiraf edib. Həmin an canl

23 aprel
.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel
.

Rusiyada maraqlı hadisə: Avtoyuma məntəqəsinə gələn sakinlər fillərlə qarşılaşdılar - VİDEO

Rusiyanın Vladiqafqaz şəhərinin sakinləri avtoyuma məntəqəsində maraqlı mənzərəyə şahid olublar. Məntəqəyə gələn sakinlər avtoyumanı "su parkı"na çevirən fil ailəsi ilə qarşılaşıblar. Belə ki, Şimali Osetiyanın paytaxtına fil sirki gəlib və rəhbərlik əsas artistləri - 37 yaşlı ana fili və onu

24 aprel
.

Axtarışda olan 25 yaşlı fəhlənin cəsədi tapıldı

Günlərdin itkin düşən 25 yaşlı gəncin cəsədi tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Dərə yatağının qamışlıq sahəsində hərəkətsiz bir adam görən şəxslər polisə xəbər verib. Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Həkim qrupları müayinə zamanı hərəkətsi

25 aprel