Böyük müharibəyə HAZIRLIQ BAŞLADI – Açıq şəkildə elan ETDİLƏR

Böyük müharibəyə HAZIRLIQ BAŞLADI – Açıq şəkildə elan ETDİLƏRİsrail ordusu ölkə miqyasında "böyük müharibəyə hazırlıq" çərçivəsində təlimlərə başlayıb.

Dünən yerli vaxtla saat 19:00-da başlayan təlimlər 7 gün davam edəcək.

İsrailin müdafiə naziri Aviqdor Liberman keçən ay verdiyi açıqlamasında Livanın "Hizbullah" hərəkatı müharibəyə başlayarsa, İsrailin bütün gücündən istifadə edəcəyini və quru qüvvələrinin Livana girəcəyini bildirmişdi. O, bütün Beyrutun sığınacaqlarda olacağını söyləmişdi.

"Müharibə başlayarsa, İsrail əsgərləri Livan torpaqlarının dərinliklərinə enməlidir. Kimsə macəra arxasınca qaçmır. Məqsədimiz işi mümkün qədər tez və dəqiq bitirməkdir. Təəssüf ki, Yaxın Şərqdəki bütün münaqişələrdə görünən budur ki, əsgərlər sahəyə enmədən əməliyyat bitmir. Belə əməliyyatlar üçün böyük səy göstərmək və təəssüf ki, insan itkisi vermək lazımdır. Bütün variantlar açıqdır. İstifadə etməsək belə, manevrlərin seçimi üçün hazır olmalıyıq", - İsrailin müdafiə naziri deyib.

Mümkün qədər tez irəliləyəcəklərini deyən nazir hər şeyin 2006-cı ildən fərqli olacağını söyləyib: "İkinci Livan müharibəsində olduğu kimi Beyrut sakinlərinin çimərlikdə günəş vannası qəbul edərkən Təl-Aviv sakinlərinin sığınacaqlara enməsi görüntülərini görməyəcəyik. İsraildəkilər sığınacaqlarda oturursa, növbəti müharibədə bütün Beyrut sığınacaqlarda olacaq".

İsrail ordusuna görə, "Hizbullah" Livanın cənubunda İsrail sərhədi boyunca yerləşən 240 kəndi hərbi qarşıdurma başlayacağı halda, müharibə zonası olaraq müəyyən edib. 2006-cı ildə İsrailə göstərdiyi müqavimətlə dünyanı heyrətləndirən "Hizbullah" o zamandan bəri Yaxın Şərqin yalnız hərbi deyil, həm də siyasi baxımdan ən güclü təşkilatlarından birinə çevrilib.

Xatırladaq ki, ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Lindsey Qraham İsrailə səfərindən sonra danışıqların bəzi detallarını açıqlamışdı. O, israilli səlahiyyətlilərin Livanın "Hizbullah" təşkilatı ilə bağlı məlumat verdiyini yazıb.

"Hizbullah"ı çox güclü təşkilat adlandıran Qraham "bu təhlükə davam edərsə, yəni, hava limanını vura biləcək raketləri hazırlamaqda davam edərlərsə və İsrail dövlətinə zərər verərlərsə, Livana girəcəklərini dedilər. Bir sonrakı savaş Livanın cənubunda olacaq" - senator deyib.

Amerikalı senator İranın dəstəklədiyi "Hizbullah"ın Livanda həssas silahların istehsal ediləcəyi fabrikin inşası barədə ABŞ-ın yanvar ayında hazırladığı hesabatı xatırladıb.

Suriyanın cənubunda son günlər baş verənlər İsrailin də bu ölkədə davam edən qarşıdurmalara daha aktiv qoşulduğunu göstərir. Bu isə regionda vəziyyəti daha da gərginləşdirə, ən əsası, İsrail və İran arasında genişmiqyaslı hərbi qarşıdurmanın baş verməsinə gətirib çıxara bilər.

İsrailin "Yerusalem Post" qəzetində bir müddət əvvəl dərc olunan məqaləsində İsrail və İran arasında açıq bir döyüşün başlandığı qeyd edilib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3281   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel