Əməkdar artistimiz ana oldu - FOTO

Əməkdar artistimiz ana oldu - FOTOAzərbaycanlı xoreoqraf, əməkdar incəsənət xadimi və tanınmış rəqqasə Nailə Məmmədzadə ikinci dəfə ana olub.

Bu barədə tanınmış rejissor Ülviyyə Könül məlumat verib. Rejissor bildirib ki, Elnur Hüseynovun "Say Hallelujah" klipinin xoreoqrafı Nailə Məmmədzadə olub:

"Klipin təqdimat mərasimində Nailə xanım iştirak edə bilmədi. Çünki bir neçə gün əvvəl ana olub, xəstəxanadadır".

Məlumat üçün bildirək ki, keçən il Azərbaycanı "Eurovision"da təmsil edən Diana Hacıyevanın müsabiqə nömrəsinin quruluşçu rejissorluğunu Azərbaycanın Əməkdar artisti, xoreoqraf Nailə Məmmədzadə edib.

Nailə Məmmədzadə Faiq Ağayevin "Aldatdı məni" klipindəki rolu ilə tanınıb.

Mədəniyyət   Baxılıb: 8158   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR