Pensiyaçılara şad xəbər - "Bayrama kimi..."

Pensiyaçılara şad xəbər - "Bayrama kimi...""Novruz bayramınadək mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılacaq".

Bu barədə Sonxeber.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib
Onun sözlərinə görə, əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq.

O bildirib ki, Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla, bayrama qədər ödənişinin həyata keçirilməsi üçün aidiyyəti işlər aparılır. Sabahdan etibarən Bakı şəhəri üzrə pensiyaların maliyyələşməsinə başlanılacaq, növbəti günlərdə isə mərhələli şəkildə ölkənin digər əraziləri üzrə pensiyalar ödəniləcək. Tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməklə, Novruz bayramına qədər bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsinin yekunlaşdırılması nəzərdə tutulur.

Şöbə müdiri vurğulayıb ki, son bir ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2016-cı ilə nisbətən 7 faizə yaxın, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz artıb. Həmin daxilolmalarda artım cari ildə davam edib. Bu artım dinamikasının, habelə Maliyyə Nazirliyinin dəstəyinin nəticəsi kimi bütün ölkə üzrə mart ayının pensiyalarının bayrama qədər maliyyələşdirilməsinə imkan yaranıb. "2018-ci ilin 01 yanvar tarixinə olan məlumata əsasən, ölkədə 1 milyon 318 min 446 nəfər əmək pensiyası alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamı cari ilin əvvəlindən pensiyalarda növbəti artımın təmin edilməsinə imkan verib. Sərəncama əsasən, 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının 2017-ci il üzrə əmək haqlarının orta aylıq artım tempinə uyğun, yəni 5,7 faiz səviyyəsində indeksləşdirilərək artırılması təmin edilib", deyə E.Babayev vurğulayıb.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7397   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel