"Zeytun budağı" 53-cü günündə: şəhərdən qaçan terror başçıları və Afrindən SON GÖRÜNTÜLƏR

"Zeytun budağı" 53-cü günündə: şəhərdən qaçan terror başçıları və Afrindən SON GÖRÜNTÜLƏRTürkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin şəhərində birgə həyata keçirilən "Zeytun budağı" hərəkatının 53-cü günüdür.

"Mehmetçik"lərin Afrinin mərkəzinə doğru irəliləyişindən qorxan PKK/YPG terror təşkilatının başçıları şəhərdən qaçmağa başlayıb.

Şəhərin mərkəzindən çıxışlarına icazə verilməyən dinc sakinlərin də terrorçulara təzyiqləri artmaqdadır. Canlı sədd kimi istifadə edilmək istəmədikləri üçün bölgədən getməyə çalışan dinc sakinləri terrorçular yalnız silah gücünə şəhərdə saxlaya bilir.

PKK cənubdakı nəzarət məntəqələrindən çağırış edərək əlavə qüvvələrin şəhərin mərkəzinə cəlb edilməsini istəyib. Bu hadisələr terrorçuların şəhərin mərkəzindəki nəzarəti əldən verdiyini göstərir.

TSQ-ya aid pilotsuz təyyarələrin Afrinin cənubunda qeydə aldığı görüntülərdə xalqa aid avtomobillərin şəhərdən çıxmaq üçün YPG/PKK-nın nəzarət məntəqəsinin qarşısında böyük konvoy yaratdığı görünür. Təşkilat isə adambaşına 1000 dollar rüşvət almaqla, dinc sakinlərin yalnız TSQ və ASO-nun hədəfində olan bölgələrə çıxmasına icazə verir. Onların məqsədi hərəkatın önünə dinc sakinlərdən ibarət sədd çəkmək və TSQ-nın əməliyyatlarını ləngitməkdir.

Yerli qaynaqlar PKK-nın Qəndil dağından Afrinə gələn terrorçularla Əsəd rejimi və İranın dəstəklədiyi qüvvələrin nəzarətindəki Nubul bölgəsindən çıxdığını bildirib.

Mənbə: publika.az

Siyasət   Baxılıb: 1538   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR