"Firəngiz Bakıda məkan qoymayıb, görməmişlikdir" - Rəhim Rəhimli - VİDEO - FOTO

"Firəngiz Bakıda məkan qoymayıb, görməmişlikdir" - Rəhim Rəhimli - VİDEO - FOTOARB TV-nin "Açıq pəncərə" proqramının ilk buraxılışının qonaqlarından biri müğənni Rəhim Rəhimli olub.

O, məşhurların sosial şəbəkə paylaşımlarını qınayıb:

"Yeyib-içdiyimizi insanalara göstərmək olmaz. Evi, maşını nümayiş etdirmək olmaz. Evimə bu vaxta kimi kamera girməyib. Bir dəfə proqramda baxmışdım ki, aparıcı girir yataq otağına, şkafı açır. Bu, tərbiyəsizlikdir. Sevmirəm yeyib-içdiyimi göstərim, maşınımı göstərim".

Müğənni bildirib ki, bunlar onun şəxsi fikirləridir:

"Müğənnilər mənə bu dediklərimə görə, cavab verməsin. Bu, mənim öz fikrimdir. Ağızlarını Allah yoluna qoyub danışmasınlar. Bu, insanların nəfsi ilə oynamaqdır. Bunu yeyə bilməyən, maşını sürə bilməyən var".

Rəhim məşhurların hər yerdə şəkil çəkib paylaşmasını da pisləyib:

"Bəzi müğənnilərimiz Bakıda məkan qoymayıb. Səhv etmirəmsə Vasif demişdi ki, maşallah, Firəngiz məkan qoymayıb. Bunlar görməmişlikdir. Görməmişliyin əlamətidir, görməyib".

Şou-biznes   Baxılıb: 2057   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR