Oğlu ölən ata məhkəmədə qatili təhdid etdi: "Çıxmağını gözləyirəm"

Oğlu ölən ata məhkəmədə qatili təhdid etdi: "Çıxmağını gözləyirəm"Əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Rəşad İsgəndərovun cinayət işi üzrə məhkəmə başlayıb.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihamda göstərilir ki, Rəşad İsgəndərov ötən il Xəzər rayonu, Türkan qəsəbəsində birlikdə fəhlə işldiyi əmisi oğlu Pərviz İsgəndərovun ürək nahiyyəsindən bir bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisəyə səbəb isə söyüş olub. Hər iki əmioğlu spirtli içkinin təsirindən bir-birini söyüb. Bundan sonda Rəşad İsgəndərov əmisioğlunu öldürüb.

İttihama münasibət bildirən Rəşad İsgəndərov özünü tam təqsirli bilib.

O, məhkəmədə sərbəst ifadə verərək bildirib ki, Bakıya işləməyə gəlib: "Bizim hər ikimiz rayondan işləmək üçün gəlmişdik. Fəhləlik edib ailəmizi dolandırırdıq. Həmin gün nahar fasiləsində Pərvizlə içdik. Hər ikimiz sərxos idik. Aramızda mübahisə düşdü. Mübahisəyə səbəb onu mənə "mənim sənə çox xeyirim dəyib" söhbəti oldu. Mən bunun əksini dedim. Həmi vaxt mağazaya siqaret almağa gedirdik. Nar kəsmək üçün isə bıçaq üstümdə idi. Söyüş söydü. O da özündə deyildi, mən də. Bıçaqla onu vurmuşam. Yerə yıxıldı. Heç onda da bir şey bilmədim. Birdən özümə gəldim ki, mən neyləmişəm. Qonşuluqda olan Füzuliyə dedim, təcili yardım çağırsın. Əmimoğlu yerdə idi. Onun yanında durdum. Təcili yardım gələnə kimi Pərviz öldü. Polislər də gəlib, hadisə yerində məni saxladı. Çox peşmanam, özümdə olmamışam. Biz Pərvizlə qardaş kimi böyümüşük".

Daha sonra prosesdə zərərçəkmiş şəxsin atası Məzahir İsgəndərov dindirilib: "Rəşadın anası uşaq vaxtı ölüb. O gündən bizdə qalıb. Ona öz övladlarımdan fərqli baxmamışam". Məzahir İsgəndərov hadisədən xeyli sonra xəbər tutduğunu deyib: "Pərvizin xalası oğlu Zaur zəng elədi. Dedi, bəs belə bir hadisə baş verib. Bakıya gəldik. Hadisə yerinə getdim. Oğlumun can verdiyi yerə baxdım. Qonşularla, müstəntiqlə danışdım. Olan olmuşdu. Oğlumu geri qaytara bilmirdim".

Məzahir İsgəndərov qardaşı oğluna qarşı heç bir şikayət və tələbinin olmadığını deyib: "Bağışlayıram. Olan olub. Onun həddi-buluğa çatmış uşağı olsaydı, Rəşada göstərərdim, bala dağı nə olan şeydi. Allah mənə vaxt versin, onun çıxmağını gözləyirəm".

Hakimlər onun sözünü bu yerdə kəsiblər.

Şahidlər gəlmədiyindən proses martın 29-a qədər təxirə salınıb.

Qeyd edək ki, Rəşad İsgəndərova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1153   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Suriyada neft boru kəmərində yanğın olub, ölən var

Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi

21 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Ceyranbatan su kanalında bir nəfər batıb

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regiona

20 aprel
.

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasını

20 aprel
.

Xaçmazda dönərxana yanıb

Xaçmaz şəhərində yanğın baş verib. APA xəbər verir ki, Xaçmaz bazarının yaxınlığında yerləşən dönərxana qəfil alışıb. Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır

21 aprel
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub. "Report" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində üç bala qədər hiss olunub. Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib

20 aprel
.

Kürdə batan Səmanın meyiti tapıldı

12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, azyaşlının meyiti çayın Zərdab rayonu

21 aprel
.

2 ildir COVID-dən əziyyət çəkirdi, öldü

Hollandiyada təqaüdçü iki ilə yaxındır ki, koronavirusdan əziyyət çəkir. xarici KİV-ə istinadla bildirir ki, bu müddət ərzində həkimlər onun həyatı üçün mübarizə aparsalar da, 50-dən çox mutasiyadan xilas olan kişinin bədənində virus daha güclü olub. "Daily Star" kədərli dünya rekordu haqqınd

20 aprel