Vəfat edən 25 yaşlı polis müstəntiqinin toy dəvətnamələri paylanıbmış
Martın 10-da bədbəxt hadisə nəticəsində dünyasını dəyişən polis müstəntiqi Mirzəli Cavid Ədalət oğlu haqqında yeni məlumatlar əldə olunub.
25 yaşlı Cavid Mirzəli nişanlı olub. Onun Novruz bayramından sonra toy mərasiminin olacağı gözlənilirdi. Mərhumun yaxınlarının interpress.az-a verdiyi məlumata görə, mərhumun toy mərasimi üçün uzaq qohumlara dəvətnamələr də paylanılıb.
Qeyd edək ki, martın 10-da Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu bədbəxt hadisə nəticəsində ölüb. O, küçə ilə hərəkət edərkən yıxılıb.
Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.
Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.
Faktla bağlı araşdırma aparılır.
Əlavə edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2929 Tarix: 13 mart 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO
Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib
19 aprelQətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...
Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla
19 aprelXocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb
Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə
19 aprelÖldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR
Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat
19 aprel