Almaniyada polis işləyən həmyerlimiz: "Gülüb, lağa qoyurdular" - FOTOLAR

"Elçilərimiz" adlanan rubrikanın ilk qonağı Almaniyada polis komissarı çalışan 29 yaşlı Nurlana Atakişiyevadır. Alman, rus, türk, ingilis və fransız dillərində danışa bilən müsahibimiz ana dilimizi də unutmayıb.

Onun haqda mətbuatda və sosial şəbəkələrdə çox yazılsa da, xanım ölkə mediasına ilk müsahibəsini bizə verdi.

- Nurlana xanım, ilk olaraq özünüz haqda oxucularımıza məlumat verərdiz...

- Bakıda, Bayılda doğulub, böyümüşəm. Bayılda 163 saylı orta məktəbə və pianino üzrə 3 saylı uşaq musiqi məktəbinə getmişəm. 15 yaşım olanda anamın müalicəsi üçün Almaniyaya köçdük. Anamda şəkər, anemiya, osteoporoz xəstəlikləri var. Almaniyanın Berlin şəhərinə köçəndə almanca heç danışa bilmirdim. Buna görə məktəbdə uşaqlar illərboyu mənə gülüb, lağa qoyurdular. Amma arzularımın arxasında getmək üçün, ən əsas da atamı ve anamı sevindirmək üçün ruhdan düşmədən, saatlarca dərs oxuyurdum. Məktəbdə müəllimlər mənim heç zaman universiteti bitirməyimin mümkün olmayacağını demişdilər, çünki almancam mükəmməl deyildi. Ancaq mən ruhdan düşmədin, dili mükəmməl öyrəndim. Polislik üzrə 3 illik universitet oxudum və arzularımı reallaşdırdım. Burada polis olmaq üçün akademiyaya getmək olur, ya da Universitet oxumaq olur.

- Almaniyada azərbaycanlıların sayı çoxdur. O ölkəyə inteqrasiya olunmaq üçün nə etmək lazımdır?

- Mən deyərdim ki, inteqrasiya üçün ən önəmli və ilk addım, alman dilini yaxşı danışa bilməkdir. Dili bilmədən iş tapmaq olmur. Əlbəttə burada türklər və ərəblər çox yaşayan rayonlar var və dili bilməyənlər orada iş tapırlar. Amma orada qazanc o qədər yaxşı olmur. Bu baxımdan inteqrasiya üçün dil ən önəmli üsuldur.

- Qadın polis olmağın çətinlikləri nədir?

- Buraya o qədər axın var ki. Berlində əhali getdikcə çoxalır. Buna görə də polislərin sayını da artırırlar, getdikcə qadın polisləri də artır.Mən heç bir çətinlik görmürəm. Polislik tək kişi işi deyil. Cinsə baxmayaraq, bu işi hər kəs görə bilməz. Qəbul olunmaq üçün bir sıra testlərdən keçirik. İlk növbədə fit və formada olmaq lazımdır. Xarakter də uyğun gələndən sonra qadın da, kişi də bu işi görə bilər.

- Fit olmaqdan söz düşmüşkən. Formada olmaq üçün nə edirsiz?

- Fitneslə daimi məşğul oluram. Qaçmağa gedirəm, qışda, yayda temperatura baxmadan məşq edirəm. İşimdə qaçmaq məcburiyyəti olduğuna görə yağışda da, buzlu havada da qaçmağı sevirəm.

- Sosial şəbəkələrdə də çox fəalsız. Bu işinizə mane olmur?

- İnstagramım mənim işimə heç mane olmur. Əksinə, çox müsbət fikirlər gəlir.

- Çox gözəl. Bildiyimiz qədərilə subaysız. Ailə qurarkən ilk növbədə nəyə önəm verməyi planlaşdırırsız?
- Bəli. subayam. Mənim üçün ən əsası sayqı və hörmətdir. Atamla, anamla evliliyi mənə nümunədir.

- Bəzən görürük ki, Azərbaycandan xaricə gedən gənclər orada ölkəmiz və dövlətimiz əleyhinə təbliğat aparırlar. O şəxslərə nə demək istərdiz?

- Mən siyasətə qarışmıram. Ümumiyyətlə, bildiyiniz kimi Almaniyada fikir və söz azadlığı var, bundan istifadə edənlər də çoxdur. Mən sadəcə qanunları, asayişi qoruyan bir şəxsəm.

- Gənc yaşda uğur qazanan bir xanım olaraq oxucularımıza nə demək istərdiz...
- Fikrim budur ki, kim nə deyirsə, desin insan arzularına çata bilir. Yetərincə özgüvən və displin olduqdan sonra insan bütün məqsədlərinə çatar. /azxeber.com
Almaniyada polis işləyən həmyerlimiz: "Gülüb, lağa qoyurdular" - FOTOLARAlmaniyada polis işləyən həmyerlimiz: "Gülüb, lağa qoyurdular" - FOTOLARAlmaniyada polis işləyən həmyerlimiz: "Gülüb, lağa qoyurdular" - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2645   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi

"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm

23 aprel
.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel
.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvdən yararlana bilərmi? - AÇIQLAMA

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər əfvdən yararlana bilər? . Məsələ ilə bağlı vəkil Elvin Əliyev -a açıqlama verib. Vəkil məsələyə aydınlıq gətirib:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikas

23 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüat MƏLUM OLUB - YENİLƏNİB + FOTO

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi

23 aprel