"2 aydır vəzifəyə keçmişdim" - Şantaj edilən direktor

"2 aydır vəzifəyə keçmişdim" - Şantaj edilən direktor"Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Bakı İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüxasarə Əliyeva ifadə verib.

O yalnız Hikmət Nəcəflini tanıdığını deyib.

Direktor həmin tanışlığı barədə belə danışıb: "Kollecə poçt vasitəsi ilə "Bizim dövr" qəzeti göndərilmişdi. Həmin qəzetə baxanda kollec barəsində, mənim barəmdə xoşagəlməz yazılar vardı. Guya mən katibə işləmişəm, oradan da bir başa kollec direktoru kimi göndərilmişəm. Mənim elmi dərəcəm var. Bundan çox əsəbiləşdim. Qəzetin, Surxay Əliyevin nömrəsini tapıb zəng elədim. Əsəbi olduğum üçün onunla çox emosional şəkildə danışdım. Çünki cəmi 2 ay idi ki, direktor təyin edilmişdim. İstəməzdim ki, barəmdə belə neqativ yazılar yazılsın. Surxay Əliyev dedi ki, işçisini kollecə göndərəcək. Səhəri gün Hikmət Nəcəfli məktəbə gəldi. Mən düşündüm ki, gəlib kollecə baxacaq, mənim diplomuma nəzər yetirəcək, yazdıqları yazının yanlış olduğunu görəcəklər. Amma Hikmət gələndə yazını silmək üçün 600 manat istədi. Razılaşmadım. 200 manat verdim. Bundan sonra onları nə görmüşəm, nə də barəmdə yazı yazılıb".

Məhkəmədə digər zərərçəkmiş Vasif Məmmədov da ifadə verib. O, Tovuzda Yaşıllaşdırma İdarəsinin rəisi olduğunu söyləyib.

O bildirib ki, barəsində qəzetdə və saytda şantaj xarakterli yazılar yazılıb. Onun sözlərinə görə, Hikmət Nəcəfli ondan 1000 manat tələb edib:

"Mən şikayət də etdim. Amma onlar xahiş etdilər ki, şikayəti götürüm. Mən də götürdüm. Amma yazılar davam etdi. Surxayla da görüşdüm. Amma məndən pulu Hikmət istədi. Bir neçə qəzetdə bu yazılar çıxırdı. Surxayı mən rayona da dəvət elədim. Amma gəlmədilər. Dedilər ki, yazılar onlara göndərilir və dəqiqdir. Mən pul verməyə razılaşmadım".

O, hazırda şikayətçi olmadığını deyib.

Zərərçəkmiş Rasim Hüseynov da məhkəmədə ifadə verib. O, bir neçə dövlət qurumunda çalışdığını söyləyib. Barəsində qəzetdə yazı yazıldığını və 1500 manat istənildiyini deyib: "Pulu bankdan kredit götürüb verdim. Əlavə olaraq da bir neçə dəfə 150 manat vermişəm".

Zərərçəkmiş şikayətinin olmadığını deyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində "reket" nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Daha sonra "Gündəlik Bakı" qəzetinin baş redaktoru H.Vəliyevin cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə baxılır.

///Lent.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1619   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021