Bakı tərəddüd etmədən İrəvanı vuracaq – Sərkisyan

Bakı tərəddüd etmədən İrəvanı vuracaq – SərkisyanNəinki Azərbaycan ordusunun iki gündür davam edən irimiqyaslı təlimləri, eləcə də Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsini PKK/YPG kürd birləşmələrindən təmizləmək üçün apardığı hərbi əməliyyatlar Ermənistanda ciddi narahatlıqla izlənir.

Bu gün Ermənistan Demokrat Partiyasının lideri Aram Sərkisyan İrəvanda jurnalistlər qarşısına çıxıb və Türkiyənin Naxçıvandan platsdarm kimi istifadə edərək "Cənubi Qafqazda möhkəmlənmək niyyətləri" haqda danışıb.

Sərkisyanın fikrincə, Türkiyə ordusunun Afrinə müdaxiləsi və başqa ölkənin ərazisinə hərbi müdaxiləyə görə beynəlxalq ictimaiyyətin Ankaraya adekvat reaksiya verməməsi Ermənistan üçün türk təhdidini artırır.

"Digər tərəfdən, aydındır ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa, Azərbaycan Türkiyənin birbaşa dəstəyi ilə Naxçıvan ərazisindən Ermənistana zərbə endirməkdə tərəddüd etməyəcək. Nəzərə alanda ki, muxtar respublikadan İrəvana qədər məsafə cəmi 80 kilometrdir, bu məsafə reaktiv yaylım atəşi sistemləri üçün tamamilə əlçatandır", - Sərkisyan deyib.

Partiya lideri xatırladıb ki, Naxçıvanda müntəzəm olaraq Türkiyə və Azərbaycan birgə təlimləri keçirilir. Mətbuatda belə şayiələr dolaşır ki, Türkiyə Naxçıvanda daimi baza yarada bilər. Sərkisyanın fikrincə, Ermənistan XİN Naxçıvan istiqamətindən qaynaqlanan təhdidlə bağlı "çox zəif" işləyir. Hansı ki, çoxdan bu məsələ ilə bağlı KTMT-yə və Rusiyaya müraciət etmək lazım idi.

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan da bu fikirlərlə razıdır və hesab edir ki, Naxçıvan doğrudan da Türkiyə üçün Cənubi Qafqaza və Orta Asiyaya "sıçramaq" üçün tramplin ola bilər.

Qeyd edək ki, Azərbaycan Ordusu doğrudan da son illər Naxçıvana böyük həcmdə hərbi qüvvə cəmləşdirir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu ən yeni hərbi texnika və silahlarla, o cümlədən "Smerç" reaktiv yaylım atəşi sistemləri, "Solntsepyok" TOS-1A ağır odsaçanları, Türkiyə və İsraildən alınan, 120-150 km mənzilli raket sistemləri, T-90S tankları və digər yeni hücum texnikası ilə silahlanıb. Aydın məsələdir ki, Naxçıvandakı bu fakt Rusiyadan aldığı "İsgəndər" raketləri ilə Azərbaycanı hədələyən Ermənistan üçün ciddi çəkindirici amil olmalıdır. Çünki mümkün hərbi əməliyyatlar zamanı Ermənistanın bütün ərazisi Azərbaycan ordusunun hədəfində olacaq.

Mənbə: Virtualaz.org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2267   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

"Ermənistanın havadarı olan ölkələr sülh məsələsinin həll olunmamasına çalışırlar" - Politoloq

Ermənistan mətbuatında Nikol Paşinyan bu gün Tavuş marza səfər edəcəyi bildirilib. Ermənistan hökumət səfərin təfərrüatlarını açıqlamayıb. Paşinyanın Azərbaycanla sərhəd olan əraziyə gəlməsinin səbəbi nə ola bilər? Sərhədlərin delimitasiyasına necə təsir göstərə bilər ?. Məsələ ilə bağlı politoloq Tura

18 mart
.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart
.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart