Quba və Lerikə qar yağır - Ağsu aşırımında vəziyyət
Ölkənin dağlıq ərazilərinə gecə saatlarından başlayaraq güclü qar yağıb.
Hazırda bəzi dağətəyi ərazilərə də qar yağır.
Sonxeber.az bildirir ki, Lerik Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, dünən axşam saatlarından rayon ərazisinə qar yağmağa başlayıb: "Rayon ərazisində sulu qar yağsa da, dağ kəndlərində qarın hündürlüyü 5-6 sm-ə çatıb".
Qeyd edək ki, Quba rayonuna da hazırda qar yağır. Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, hazırda rayon ərazisi qardır və yağmaqda davam edir.
Rayonun dağlıq ərazisində şaxtalı hava şəraiti hökm sürür.
Şamaxı rayonuna ötən gün güclü qar yağsa da, rayon sakinlərinin sözlərinə görə, hazırda qar yağmır: "Ötən gün yağan qar səbəbindən bəzi dağ kəndlərinə gediş-gəliş pisləşib. Qar yolları bağlayıb, kəndlərə gedən yollar buz bağlayıb".
Ağsu rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayonun dağ kəndlərinə qar yağıb: "Hazırda həmin kəndlərdə qar var. Amma rayon ərazisində yağışlı havadır. Ağsu aşırımının bəzi hissələrində qar olsa da, avtomobil yolu tam açıqdır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1156 Tarix: 14 mart 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü DANIŞDI
Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi "Qaynarinfo"ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 10
17 aprelƏmanətlərin Sığortalanması Fondu ilə əməkdaşı arasında QALMAQAL
Əmanətlərin Sığortalanması Fondu məhkəməyə verilib. bildirir ki, Həsənov Zabil Əlövsət oğlu sözügedən fondla bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə işi hakim Aygün Həsənovanın icraatına verilib. İşin mahiyyəti Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələrdən ibarətdir
17 aprel"Bu gün Ermənistan Naxçıvana quru yolun açılmasına maneə törədir" - DEPUTAT
"Azərbaycanın kəndlərini 90-cı illərdə işğal edən, əhalisini soyqırıma məruz qoyan, tarixi abidələrini, mədəni irsini darmadağın edən Ermənistan cinayətlərini ört-basdır etməkdən, Qazaxın işğal altında olan kəndlərini qaytarmamaqdan ötrü bəhanələr uydurur". Bunu -a danışan deputat Müşfiq Cəfəro
17 aprelTovuzda erməni təxribatının qarşısı alındı - FOTO
Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığ
17 aprelAzərbaycanda şagirdləri "tok" vurub öldürdü – Kimdir cavabdeh?
Xəbər verdiyimiz kimi, ötən gün İmişlidə 5 saylı tam orta məktəbin həyatındə 6 və 8-ci sinif şagirdlərini elektrik cərəyanı vuraraq öldürüb. Məktəbin yanında yüksək gərginlikli transformator var. Bu transformator 88 nömrəli tam orta məktəbə bitişik formadadır. Məktəbin həyətində hansı azyaşlı oyanas
17 aprel